Bizim Azərbaycandakı işimiz fasiləsiz və təhlükəsiz aparılır - BP-nin vitse-prezidenti

10:13 24.07.2020 426
Bizim Azərbaycandakı işimiz fasiləsiz və təhlükəsiz aparılır - BP-nin vitse-prezidenti
BP-nin Azərbaycandakı işi fasiləsiz, təhlükəsiz və heç bir maneə olmadan gedir.

Bunu Trend-ə region əlaqələri, xarici işlər və "BP Azerbaijan"ın strategiyası üzrə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli bildirib: "Qürurla deyə bilərəm ki, bu son dərəcə çətin günlərdə və misli görünməmiş dərəcədə çətin şəraitdə işçilərimizin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün əlimizdən gələni etməyə çalışmışıq. Bizim işimiz fasiləsiz, təhlükəsiz və heç bir maneə olmadan gedir. Belə çətin günlərdə ölkə və region üçün fasiləsiz neft və qaz hasilatı və ixracının nə demək olduğunu hamımız yaxşı bilirik".

Azərbaycanda davam edən layihələrdən danışan B.Aslanbəyli qeyd edib ki, BP "Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunu qazmağa davam edir və bu ilin sonuna qədər qazma işlərini başa çatdırmaq niyyətindədir:

"Qazma qurğusunun modernləşdirilməsi başa çatdıqdan dərhal sonra Abşeron yarımadasının dayaz sularında ilk kəşfiyyat quyusunun qazılmasına başlamağı planlaşdırırıq. Ümid edirik ki, qazma qurğusunun modernləşdirilməsi bu ilin sonunadək başa çatacaq. Bildiyiniz kimi, biz bu ilin əvvəlində D-230 blokunda ilk 3D-seysmik proqramımızı başa vurduq və indi Hyustondakı superkompüterimizin vasitəsi ilə əldə edilmiş məlumatların emalını və interpretasiyasını sürətləndirmək niyyətindəyik".

BP-nin vitse-prezidenti əlavə edib ki, Azəri-Çıraq-Günəşli üçün yeni platformanın tikintisi də davam edir. O qeyd edib ki, pandemiyanın tikinti işlərinə təsirinə baxmayaraq, şirkətin 2023-cü ildə AÇG platformasından ilk neftin çıxarılması planları dəyişməz olaraq qalır:

"Fürsətdən istifadə edərək, həm dənizdə, həm də quruda yerləşən bütün platformalarımızdakı bütün əməkdaşlarımızza təşəkkür etmək istərdim. Onlar gecə-gündüz ailələrindən uzaqda işləməklə böyük məsuliyyət və öhdəlik hissi nümayiş etdirirlər. Onlar işə çıxmadan əvvəl 7-14 gün karantində qalmağa məcbur olurlar. Onlar sağlamlıq, təhlükəsizlik və sosial məsafə qaydalarına uyğun olaraq yaşayır və işləyirlər. Bütün bunlar tək bir məqsədə çatmaq üçündür: hər gün fasiləsiz neft və qaz hasilatını və ixracını təmin etmək".

BP-nin vitse-prezidenti COVID-19 pandemiyasının səbəbilə tətbiq edilən məhdudiyyətlər şəraitində göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib:

"BP adından ölkə rəhbərliyinə, Nazirlər Kabineti yanında Operativ Qərargahı, bütün dövlət qurumlarına, səfirliklərə və digər təşkilatlara saysız-hesabsız vəziyyətlərdə tez və vaxtında göstərdikləri dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Sərhədlərin bağlandığı bu çətin zamanlarda biz heç vaxt müstəqil şəkildə işin öhdəsindən gələ bilməzdik. Mühüm əməliyyatlarda iştirak edən bəzi xarici əməkdaşlarımızın və podratçılarımızın giriş-çıxışı, onlar üçün çarter uçuşlarının, icazələr və vizaların təşkili, onların ölkəyə daxil olmasından sonra karantin üçün xüsusi yerlərinin ayrılması, lazımi avadanlıq və materialların tədarükündə dəstəyə ehtiyacımız var idi. Onların dəstəyi və köməyi olmadan heç vaxt bu çətin şəraitdə istehsal və ixrac əməliyyatlarımızı fasiləsiz və effektiv şəkildə davam etdirə bilməzdik".

1 iyul 2020-ci il tarixindən etibarən BP-nin Yaxın Şərq və Xəzər regionunda rabitə və təbliğat üzrə vitse-prezidenti təyin olunan B.Aslanbeyli qeyd edib ki, BP Azərbaycanda təlim və inkişaf proqramlarını optimallaşdırmaq üçün səylərini davam etdirəcək:

"Azərbaycan yüksək səviyyəli mühəndisləri, mütəxəssisləri və neft-qaz sənayesində işçi qüvvəsi ilə fəxr edir. "BP Azerbaijan"ın peşəkar heyətinin 90 faizini 2018-ci ilin ortalarından etibarən yüksək təhsilli və təcrübəli sənaye mütəxəssislərindən ibarət qrup təşkil edir. Onların bir çoxu rəhbər vəzifələrdə çalışırlar, o cümlədən Regional Rəhbərlik Qrupunun üzvləridirlər. Bundan əlavə, Azərbaycan vətəndaşlarının böyük bir qrupu xaricdə vəzifələr tutur, BP-nin qlobal müəssisələrində işləyirlər. Onların bir çoxu BP-nin dünyadakı ofislərində rəhbər vəzifələr tutan biznes-rəhbərlər və ya baş menecerlərdir. Şirkətdə milli işçilərin inkişafı, habelə yerli mühəndislik universitetlərində müxtəlif təhsil proqramlarına dəstək BP-nin prioritet istiqamətlərindəndir. BP təlim və inkişaf proqramlarının optimallaşdırılması üzrə səylərini davam etdirəcək və yerli mütəxəssislərin inkişafına imkan yaradan dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirak edəcək. Bu, ölkəyə öhdəliyimizin elementi olaraq qalır".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO