Impera
XƏBƏR LENTİ
10:42Məleykə Əsədova üç milyonluq villasını necə aldığını açıqladı10:35Ərdoğanın İdliblə bağlı qapalı İclası 6 saat çəkib10:33Hərbi blokun baş katibi Yerevanda Qarabağı müzakirə etdi21:58Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxardı21:56Azərbaycanda 177 nəfər koronavirusa görə xəstəxanaya aparıldı21:55AXCP sədrinin müşaviri həbs edilib14:31Nazirlik Azərbaycandan Gürcüstana keçən şəxsdə koronavirus aşkarlanması ilə bağlı məlumat yaydı14:28Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” - Video13:55Ata Abdullayevlə "Ana harayı" abidəsinə ziyarət edənlər arasında gərginlik yaşanıb - VİDEO13:04“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu12:27Gənclər Fondu Xocalı qurbanlarını andı12:25Prezident koronavirusa görə karantinə alındı - Video12:23Baş nazirdən dərsliklərlə bağlı QƏRAR12:18Bakıda baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO22:32Meriya mitinqlə bağlı müraciətə cavab verdi22:30Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI22:28Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi22:19Ərdoğan Qarabağdan danışdı: “Nə ABŞ, nə də Rusiya bu işi həll edib”22:17Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...22:11Təcili yardım maşını sıradan çıxdı - TRAKTORA QOŞDULAR - VİDEO22:04Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ MƏLUMAT22:03Azərbaycanlı neftçi vəfat etdi - FOTO21:59Hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA21:57İlham Əliyev və xanımı Ayaz Mütəllibovla görüşdü - VİDEO21:54Baş Prokurorluqda YENİ TƏYİNAT - FOTO21:52Xocalını görən litvalı müxbir dəhşətli faktları açdı14:16XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ12:59Mirvari Fətəliyeva: “Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm” - MÜSAHİBƏ10:31Göyə dron qaldıran serfer dəhşətə gəldi: akulaların mühasirəsində üzürmüş – VİDEO10:29Nazirlik ağac kəsən şirkəti cərimələdi10:22Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”10:18Xocalı soyqırımından 28 il ötür15:50Ümidim yalnız Sizədir cənab Prezident!13:03Nazir: "Koronavirusa yoluxanların hamısı sağalıb"13:02“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”13:00Bakı Bulvarında qorxunc hadisə - AXTARIŞLAR BAŞLADI12:54Ölümcül virus bütün Avropaya yayıla bilər12:21Bu ərazidə işıq olmayacaq12:12Keçmiş deputat oğlunun məhkəməsi başlayır12:06Koronavirus Vahid Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb oldu10:48Türkiyə və Britaniyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər10:46Bu gün ilk çərşənbədir10:44Bu gün 20 seçki məntəqəsinin nəticələri ləğv edilib - SİYAHI22:06İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi22:02Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib14:34Ermənilərin diversiya cəhdinin qarşısı alınarkən bir hərbçimiz şəhid olub13:43Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR13:42Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib12:31Azərbaycan Prezidentinin köməkçisi koronavirusdan DANIŞDI12:30İran Türkiyənin koronavirusla bağlı təklifini qəbul etməyib12:29SON DƏQİQƏ - Bakıda 16 mərtəbəli yaşayış binası yanır10:35Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ10:31Ermənistan ordusu atəşkəs rejimini 24 dəfə pozub10:29Məşhur müğənni Nəzakət Məmmədova niyə öldürülüb? — VİDEO10:27Koronavirusla mübarizəyə silahlı qüvvələr də cəlb ediləcək10:24Alman nəşri Xocalıdan yazdı22:10Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA21:45Prezidenti saymayan icra başçılarını DTX aparır: Sırada kim var?21:41Oqtay Gülalıyevdən son xəbər21:40Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu21:24MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı21:15I sinfə qəbul qaydaları açıqlandı - VALİDEYNLƏRİN DİQQƏTİNƏ!13:14Tək yaşayan qadının evinə basqın edib boyunbağısını apardılar - LƏNKƏRANDA13:11Qayınata toy günü kürəkənini öldürüb12:29Novruz bayramında neçə gün evdə qalacağıq?12:25Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI12:2140 yaşlı kişi qızının sinif yoldaşını dağa aparıb... – Azərbaycanda şok olay10:36Azərbaycan Avropada 6-cı, dünya isə 10-cu yeri tutur10:35Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub10:34Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır10:32Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir10:31SOCAR və “Snam” arasında saziş imzalandı17:10Fevralın 21-nə olan hava proqnozu17:09DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ - YENİLƏNİR13:27Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO13:15Xəstə beyin əməliyyatı zamanı skripka çaldı - Video13:12Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO13:09Heydər Əsədovun külli miqdarda əskiyi üzə çıxdı: "Prokurorluğa müraciət etdim..."13:07Türklərin olduğu kafeyə silahlı hücum olub, ölülənlər və yaralılar var10:4910 yaşlı uşaq sosial şəbəkələrdə gündəm oldu - 5 ayda 250 kitab - VİDEO10:47Ermənilər azərbaycanlılardan üzr istədi10:46Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır10:44Nardaran camaatından Aygün Muradxanlıya cavab - VİDEO10:42Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi15:29Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama15:25Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq14:19Qonşusunu güllələyənin cinayət işini məhkəmə araşdırır14:16“Sədərək”dəki yanğında polisdən BÖYÜK FƏDAKARLIQ - VİDEO14:15Seçkini saxtalaşdıranların cəzası açıqlandı13:23Ata deputat, övlad məmur - ADLAR13:19General: "İlham Əliyevin Münhendə qətiyyətli çıxışı düşmənə müharibə mesajı verdi"12:53İNANILMAZ: Alimlər ömrü uzadan QİDANI tapdılar - Müntəzəm qəbul etdikdə... - VİDEO12:48Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı10:33Prezident parkinqlərdən danışdı10:30ABŞ Hindistan və Çini Venesuela neftindən imtina etməyə çağırıb22:19Dizaynerin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA22:17“Reuters”: AKP-də kütləvi istefalar başlayacaq22:01Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə yeni müavin təyin edildi - YENİLƏNİB21:59MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB21:43SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA
BÜTÜN XƏBƏRLƏR

Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb

16 Ock 2020, 21:54   
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
Baş Nazir Əli Əsədov "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və "Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli.36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
BAKU.WS xəbər verir ki, qərarla "Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilib (əlavə olunur). Eyni zamanda "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəliQərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 378, № 11, maddələr 1934, 1976; 2018, № 12 (II kitab), maddə 2730) 1-4-cü hissələri ləğv edilib.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əlilliyin qiymətləndirilməsi qaydası "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanıb və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.
Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir.
Əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:
- ümumi səbəblərdən:
- ümumi xəstəlik;
- istehsalat zədəsi;
- peşə xəstəliyi;
- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
- hərbi xidmət dövrü ilə əlaqədar;
- hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar;
- xüsusi səbəblərdən:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
- hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (I dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir.
Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.
Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir.
Əlilliyin qiymətlləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərgləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Xidmətə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Xidmət tərəfindən qəbul edilir.
Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.
Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir:
- əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda;
- göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.
- Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.
Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.
Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır.
Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
OXŞAR MÖVZULAR