Avro-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda şok anlar yaşanıb.
ZamanTV.az xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində danimarkalıların ulduz futbolçusu Kristian Eriksen ürəktutmasından yerə yıxılıb.
Həkimlər onu xəstəxanaya aparıb. Durumu ağır olan Eriksen üçün azarkeşlər, futbolçular göz yaşlarına qərq olub.
Buna görə matç dayandırılıb.
Məlumata görə, təcrübəli futbolçu artıq özünə gəlib, hazırda vəziyyəti stabildir.
UEFA-nın yaydığı məlumata görə, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən davam etdiriləcək.
Zamantv.az