Ötən ilin yayında CBC Sport kanalından ayrılan şərhçi Ürfan Məmmədlinin yeni iş yeri bəlli olub.
Bu barədə Fanat.Az-a tanınmış jurnalist özü məlumat verib.
Məmmədli saytımıza açıqlamasında karyerasında yeni səhifə açdığını bildirib: "Karyeramı bundan sonra İctimai TV-də davam etdirəcəm. Burada əvvəlki iş yerlərimdən fərqli olacaq. İdman sahəsindən qismən uzaqlaşıram. Artıq İctimai TV-nin Xəbərlər Redaksiyasında ictimai-siyasi mövzular üzrə redaktor vəzifəsində çalışacam. Karyeramda yeni səhifə açıram. İTV rəhbərliyinə etimad göstərdiyi üçün minnətdaram".
Zamantv.az