Şahmat üzrə Birinci Azərbaycan Kubokunun oyunları canlı yayımlanacaq

18:40 15.04.2020 475
Şahmat üzrə Birinci Azərbaycan Kubokunun oyunları canlı yayımlanacaq
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə keçiriləcək internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokuna qeydiyyat sona yaxınlaşır.

Oxu.Az xəbər verir ki, yarışda iştirak etmək üçün 100-ə yaxın şahmatçı qeydiyyatdan keçib.

İştirakçılar arasında Azərbaycan milli komandasının üzvləri, Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Vasif Durarbəyli, qadın şahmatçılardan ibarət yığmamızın təmsilçiləri – Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və digər tanınmış şahmatçılar yer alıb. Eyni zamanda, ABŞ, Ukrayna, Türkiyədə yaşayan Azərbaycan şahmatçıları da yarışda iştirak edəcəklərini təsdiqləyiblər.

Layihənin təşəbbüskarı - Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və AŞF-nın vitse-prezidenti Mahir Məmmədov yarış barədə bunları deyib: “İlk növbədə, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının layihəyə dəstək olduğunu qeyd etmək istərdim. Koronavirus pandemiyası ilə əlaqədar hamı evdə qalmağa çalışır. Biz də özünüzün və ailənizin sağlamlığını qorumaq üçün məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik. Eyni zamanda, evdə qalan şahmatçılara Azərbaycan Kubokunda mübarizə aparmaq imkanı yaradırıq. Yəni evdə qal, amma şahmatdan qalma. Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb. Bir neçə saat davam edəcək yarışda rəqabətin olacağı sevindiricidir. Yığma üzvlərinin də iştirakı yarışa olan marağı daha da artıracaq. Şahmat həvəskarlarının internet vasitəsilə bütün oyunları canlı izləmək imkanı olacaq”.

Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat bu gün saat 22:00-da başa çatacaq. Yarış sabah saat 19:00-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün bir dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün bir saniyə əlavə vaxt veriləcək.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 min manat təşkil edir. Qalib üç min manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 AZN əldə edəcək. 16 yaşadək olan və FIDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün də mükafatlar nəzərdə tutulub.

Turnir “İdman” telekanalı ilə canlı yayımlanacaq. Partiyaları əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO