Putindən Paşinyana müəmmalı zəng: hədəf Türkiyədir? - İLGİNC

11:35 14.10.2019 406
Putindən Paşinyana müəmmalı zəng: hədəf Türkiyədir? - İLGİNC

MDB dövlət başçıları Şurasının Aşqabadda keçirilən sammitindən bir gün sonra Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana telefonla zəng edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, telefon söhbəti zamanı MDB Dövlət Başçıları Şurasının iclasında qaldırılan bəzi məsələlərin inkişafı ilə əlaqədar məqamlar müzakirə edilib.

V.Putinin Aşqabaddakı görüşdən bir gün sonra məhz Nikol Paşinyana zəng etməsi müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlərin sözlərinə görə, Paşinyan Suriya məsələsində Türkiyəyə təsir etmək üçün Putinə müraciət edib. Bunun ardınca isə Suriyadakı ermənilərdən ibarət “Nubar Ozanyan” adlı terror qruplaşması Türkiyəyə qarşı müharibə elan edib. Bu baxımdan istisna deyil ki, əslində Rusiya prezidenti bu iki məsələ barədə Ermənistan baş nazirinə zəng edib.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavata bildirdi ki, Ermənistan baş nazirinin mətbuat xidmətinin rəsmi məlumatına görə, Paşinyan və Putin arasında son telefon danışığında tərəflər Suriyanın şimalında mövcud vəziyyəti müzakirə ediblər. Paşinyanın bu məsələni Putinlə müzakirə etməsində bir neçə məqsəd ola bilər: ”Suriyada yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması üçün Rusiyanın dəstəyini təmin etmək, Türkiyəyə qarşı vuruşan kürdlərin təhlükəsizliyinin təmin olunması üçün Putindən dəstək almaq və sair ola bilər. Nəzərə alsaq ki, PKK-da kürd adı altında Türkiyə dövlətinə qarşı savaş açmış çoxlu erməni var, eyni zamanda onların PYD/YPG terror təşkilatının tərkibində Türkiyəyə qarşı Suriyanın şimalında vuruşması istisna edilmir, o zaman Paşinyan və Putin arasında telefon danışığının məzmununu təxmin edə bilərik.

Bildiyimiz kimi, Türkiyə ordusunun Suriyada başladığı “Barış Pınarı” əməliyyatı uğurla davam edir. Türkiyə terrorçuları küncə sıxışdırıb məhv edir. Türkiyənin hər bir uğuru həmişə erməniləri sarsıdıb, mənəvi cəhətdən əzib və ermənilər onlara bilavasitə aidiyyəti olub-olmamasından asılı olmayaraq, hər zaman Türkiyənin düşmənləri ilə birləşərək gücləri çatdığı qədər ona mane olmağa çalışıblar. Bir məsələni də istisna etmirəm ki, ola bilər Qərbdəki diaspora, yaxud Suriya erməniləri hansısa mühüm hesab etdikləri, yaxud dezinformasiya xarakterli məxfi kəşfiyyat məlumatını Paşinyan vasitəsilə Putinə ötürməyə çalışıblar. Lakin yenə də hədəf çox böyük ehtimalla Türkiyədir".

“Ola bilərmi ki, Putin zəngində həm də Paşinyana Türkiyəyə qarşı bu məsələdə erməniləri qızışdırmamaq tövsiyəsini etsin” sualına politoloq belə cavab verdi: “Paşinyanın böyük bir nüfuzu olmadığı üçün onun istər Ermənistan daxilindəki, istərsə də xaricdəki ermənilərə hər hansı təsir imkanları məhduddur və Putinin onu bu məsələdə istifadə planları o qədər də ağlabatan deyil. Lakin Suriyadakı Rusiya kontingentinin daxilində Ermənistanın humanitar missiyası da var, Ermənistan bu məsələdə Rusiyanın müttəfiqidir və bu baxımdan ola bilər ki, Putin müəyyən məsələləri Paşinyanın diqqətinə çatdırmağı lazım bilib. Digər tərəfdən, Ermənistanda və Dağlıq Qarabağda suriyalı ermənilər var, Türkiyənin suriyalı qaçqınları öz yurdlarına qaytarmaq məsələsi hazırda gündəmdə olduğundan Ermənistanda və işğal olunmuş torpaqlarımızda qeyri-qanuni məskən salmış Suriya ermənilərinin qaytarılmasının da müzakirə edilməsi mümkündür.

Böyük ehtimalla, Ermənistan və Rusiya onlardan gələcəkdə kəşfiyyat məlumatları toplamaq üçün agentura şəbəkəsi quraraq istifadə etmək niyyətindədir. Onlar Suriya ərazisində rusların, eləcə də Ermənistan agenturasını təşkil etmək potensialı olan kontingentdir".
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO