Sentyabrın 29-də “YARAT” Müasir İncəsənət Mərkəzində Aqil Abdullayevin quruluşunda “Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm” adlı bağlanış performansı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, performans elektron musiqi tarixi və uşaqların alter-eqosunda baş verən dəyişiklik ilə əlaqə yaratmaq cəhdidir. Burada Azərbaycanda gənc nəslin yeni tarixinin təkrar olunan motivləri vurğulanır. Bu motivlər xalq musiqisi, klub mədəniyyəti, kişi dostluğu, Bakı küçə mədəniyyəti davranışı və “zor uşaqlara” aid olan istinadlardan bəhrələnərək, süjet xətti olmadan yarıbioqrafik hekayələrdə, sinizm və sentimentallıq arasında olan yumşaq balans ilə ifadə janrları və üsulları arasında hərəkət edir.
Zamantv.az