“Semaşko”da narazılıq baş qaldırıb – İşçilər baş həkimlə bağlı şok faktlar açıqladı

12:23 25.09.2019 508
“Semaşko”da narazılıq baş qaldırıb – İşçilər baş həkimlə bağlı şok faktlar açıqladı

“Yeni Sabah” xəbər verir ki, xəstəxananın işçiləri baş həkim Ədalət Dadaşovun idarəçiliyindən narazıdır. Xəstəxananın adlarının çəkilməsini istəməyən bir qrup işçisi iddia edir ki, Ədalət Dadaşov baş həkim təyin ediləndən tibbi xidmətin səviyyəsi aşağı düşüb.
“Pulsuz” tibbi xidmətlərin qiymətləri
“1 saylı Şəhər Klinik Xəstəxanasında 760 çarpayı üçün 2 minə yaxın işçi çalışır. Onlardan 500-ə yaxını həkim, 800-ü orta tibb işçisi,700-ü isə kiçik tibb işçiləridir. Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilir. Baş həkimin tabeliyində olan işçilər onun təkidi ilə xəstələrdən açıq şəkildə pul istəyirlər. Çünki baş həkim məcburi qaydada bütün əməkdaşlarına aylıq “haqq” qoyub”,- deyə işçilər müraciətlərində bildirir.
Onların sözlərinə görə, xəstəxanada ödənişsiz olmasına baxmayaraq, UZİ 20 manat, EKQ 30 manat, rentgen müayinəsi 20-25 manat, kompüter tomoqrafiyası 50-80 manat, maqnit rezonans tomoqrafiyası 80-120 manat, analizlərin hər biri 10 manatdır. “Palataya xəstənin daşınması 10 manat, çarpayı pulu 10 manat pul alınır.
Rayondan gələn xəstələrdən isə 400-500 manat civarında pul tələb olunur. Vermədikdə göndəriş olsa belə, müxtəlif bəhanələrlə xəstəxanaya yerləşdirilmir, saatlarla qapıda saxlanılır, qeydiyyat ünvanı ilə ərazi üzrə xəstəxanaya yaxınlaşması bildirilir. Narazı olan vətəndaşlarla gərginik yaşandıqda isə xəstələr şikayət yazır və “qaynar xətt”ə müraciət edirlər. Bu zaman isə baş həkim yox, onun təkidi ilə bu işləri görməyə məcbur olan həkimlər hədəfə gəlir. Çünki məhz onlardan izahat alınır, töhmət verilir, xəbərdarlıq edilir, işdən uzaqlaşdırılır. Baş həkim isə bu hadisədən xəbəri olmadığını bildirərək yaxasını qırağa çəkir”, – deyə həkimlər əlavə edib.
Həkimlərdən nə qədər pul yığılır?
İddialara görə, Ədalət Dadaşovun tətbiq etdiyi “qaydalara” görə hər şöbədən ayda 3000 manat (hər həkim ayda 300-350 manat arası), tibb işçilərindən 1500 manat (hər tibb işçisindən 70-80 manat arası), 1 il bundan əvvəl özünə təyin etdiyi müavini Səbinə xanıma vermək üçün ayda 1000 manat, növbəyə qalan hər həkimdən 100 manat, hər cərrahiyyə əməliyyatına görə 100 manat pul yığılır: “Son 1-2 il ərzində əmək müqaviləsinin bir il uzadılması üçün 3 min manat haqq verməkdən imtina edən ixtisaslı, peşəkar həkimlərdən Travmatologiya şöbəsinin müdiri Alim Mirzəyev, Cərahiyyə şöbəsinin reanimasiya müdiri Vaqif Rəhimov, Anestiziologiya şöbəsinin müdiri Fətəli Fətəlizadə, Neyrotravmatologiya şöbəsinin müdiri Əmirəli Yusifov, nevropatoloq Səlim həkimin əmək müqavilələrinə səbəbsiz yerə xitam verilib.
Ərizəsini öz razılığı ilə yazmayanlara isə töhmət, xəbərdarlıq verilməklə işdən xaric olunublar. Respublikada nevropatoloq kimi öz sözünü demiş, tanınmış Səlim həkim haqsızlığa dözmədiyi üçün keçirdiyi əsəb, stres nəticəsində insult keçirərək vəfat edib. Ədalət həkim də dərhal onun otağına öz həyat yoldaşını yerləşdirərək kardioloq kimi işə götürüb”.
Dərmanlar pulla satılır
Bildirilir ki, Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilməlidir. Lakin xəstələrin yaxınları dərmanları öz vəsaitləri hesabına alırlar.
“Xəstəxanaya verilən dərmanlar isə Ədalət müəllimin göstərişi ilə apteklərdə, Laboratoriya şöbəsinin müdiri Mais Sailovun vasitəsilə onun şəxsi klinikası olan “Biolab” kinikasına daşınır.
Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanada müalicə olunan xəstələr üçün xüsusi qida norması müəyyənləşib. Normativə uyğun olaraq, xəstələrə toyuq, balıq, ət, sosis, kolbasa, meyvə, tərəvəz, qurudulmuş meyvələr, süd və süd məmulatları, çovdar, buğda şörəkləri verilməli olduğu halda xəstələr keyfiyyətsiz və vitaminsiz qidalar təklif olunur. Verilən ərzaqları isə hər axşam xəstəxananın baş mühasibi Hüseyn müəllim və onun qardaşı giriş qapısından öz şəxsi maşınlarına daşıyaraq aparırlar.
Hər 3 aydan bir baş mühasib Hüseyn müəllim təsərrüfat mallarının alınması üçün ayrılan pulun silinməsi məqsədilə guya pulun avadanlıqlara xərclənməsi barədə sənədlərə qol çəkdirsə də, həmin avadanlıqlar, vəsaitlər heş biri xəstəxanaya, şöbələrə verilmir.Təmir işlərinin aparılması və təmirə lazım olan avadanlıqların (boya, metlax, lampa, su kranı, sanitar texnika və dəftərxana ləvazimatları) alınması həkimlərin şəxsi hesabına həyata keçirilir.
Ədalət Dadaşovun xəstəxanaya rəhbərlik etdiyi bu neçə il ərzində saysız-hesabsız şikayətlərə baxmayaraq, Səhiyyə nazirinin müavini Gülmirzə Poladova arxalanaraq peşəkarcasına bu nöqsanları ört-basdır etməyi bacarır və “haqq” yığımına öz ampluasında davam edir.
Ümidvarıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri yazılan faktları dərhal araşdırıb lazımi tədbir görəcəklər”.
Yenisabah.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL