Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə

10:57 21.09.2019 479
Azərbaycanın strateji obyektləri necə qorunur - Səudiyyə insidentindən çıxarılan nəticə

Sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu Azərbaycanda da təhlükəsizlik məsələsini gündəmə gətirib. Ölkəmizdə kifayət qədər neft zavodları, strateji obyektlər var ki, onların təhlükəsizliyi həyati əhəmiyyətli məsələdir.

Bu sırada Mingəçevir Su Elektrik Stansiyası, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmiryolu xətti və digər yerlərin adlarını çəkə bilərik. Bu yerlərin təhlükəsizliyinin Azərbaycan üçün nə qədər önəmli olduğu şübhəsizdir. Ermənilərin zaman-zaman səsləndirdikləri hədələr təhlükəsizlik məsələsini diqqətdə saxlamağın vacib olduğunu göstərir.

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl vacib obyektlərimizin hər zaman hədəfdə olduğunu söylədi: “İstənilən dövlət başqa bir dövlətin ərazisinə hücum etmək istəyəndə əvvəlcədən təxribat işləri görür. O təxribatlarda hədəf həyatı vacib obyektlər olur. Bu obyektlər su, işıq, çörəklə bağlı olur. Yəni bu insanların ehtiyaclarını ödəyir. Çaşqınlara daha çox səbəb olurlar. Həyatı vacib obyektlər müstəqillik qazandığımız zamandan hər zaman hədəf olub. Düşmən və təzyiq etmək istəyən dövlətlər bu amilləri öndə saxlayıblar. Amma ermənilərin hədəfindən nə üçün qorxuruq? Onların obyektləri bizdən də qorxuludur. Atom Elektrik Stansiyasına raket buraxsaq, onlar daha çox təhlükələr yaşaya bilərlər, nəinki biz. Ona görə də, ermənilərin elə hədəflərinin cavabı yerindəcə verilməlidir. Cavablar verilməyəndə, elə bilirlər ki, bunu edə bilmərik. Bu məsələlərdən narahat olmağa dəyməz. İndiyə qədər qeyd olunan obyektlər qorunub. Bundan sonra da qorunacaq. Sadəcə olaraq, onun səviyyəsi məsələsi var. Dövlət Təhlükəsizlik Xidmətinin bununla bağlı hər zaman tədbirləri olub. Digər mühafizə orqanlarının da tədbirləri var.

İlham İsmayıl: “Düşünürəm ki, kadr dəyişiklərindən sonra önəmli vəzifələrin başına gətirilənlər həyatı vacib obyektlərin qorunmasını artırıblar”

Bunların hamısı həyata keçirilir. Sadəcə olaraq onu deyə bilmərəm ki, həmin yerlər yüksək səviyyədə qorunur, ya yox. Ötənlərdə bəzi baş verən proseslər göstərib ki, bir sıra məsələlərə səthi yanaşılıb. Düşünürəm ki, kadr dəyişikliklərindən sonra önəmli vəzifələrin başına gətirilənlər həyatı vacib obyektlərin qorunmasını artırıblar. Onu da unutmaq olmaz ki, erməni terroru məsələsi atəşkəs əldə olunandan demək olar yoxdur. Onların məşhur terror təşkilatları hər zaman müəyyən bir istəyə nail olandan sonra hərəkət etmirlər. Yəni Qarabağı alandan sonra əvvəlki kimi Azərbaycanda metro, avtobus partlatmağı və digər terror hadisələrini törətməyi dayandırıblar. Amma ölkəmizə qarşı terror dayanmayıb. Azərbaycan terrorun hədəfində olub. Neft Akademiyasında baş verən terror, zaman-zaman neft və digər su borularını partlatmaq, digər hadisələr törətmək müəyyən bir təzyiq vasitəsi olub. Ona görə də, biz heç vaxt deyə bilmərik ki, biz terrordan sığortalanmışıq. Sadəcə olaraq, Azərbaycanda daxildə vəziyyət getdikcə gərginləşdikcə, xarici qüvvələr bundan yararlanmağa çalışacaqlar. Çalışmaq lazımdır ki, bunun qarşısı alınsın”.

Hərbi icmalçı Ramil Məmmədli təhlükəsizlik məsələsinə ölkəmizdə çox ciddi diqqət ayrıldığını qeyd etdi: “Azərbaycanda sosial-iqtisadi inkişaf artdıqca, ölkədə gərginlik yaradılmasında maraqlı olan qüvvələrin də sayı çoxalır. Həmin qüvvələr vətəndaşların dövlətə qarşı etimadsızlıq hissinin formalaşmasına çalışırlar. Biz bunu 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə şahidi olduq. Həmin hadisəni ölkədə strateji yerlərin mühafizəsi məsələsində dönüş dövrü adlandırmaq olar. Bu hadisə əhəmiyyətli müəssisələrin mühafizəsinin gücləndirilməsində dövlətin daha sərt qərarlar qəbul etməsinə səbəb oldu. Hazırda sadaladığınız bütün strateji obyektlər həm polis, həm Xüsusi Dövlət Mühafizəsi Xidməti tərəfindən güclü şəkildə qorunur.

Ramil Məmmədli: “Neft və qaz kəmərlərinin, inzibati binaların və digər yerlərin mühafizəsi peşəkar səviyyədə həyata keçirilir”

Ermənistandan yönələn təhdidlərin qarşısının alınması ilə bağlı isə daha genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu istiqamətdə də əsas ağırlıq xüsusi xidmət orqanlarının üzərinə düşür. Məsələn, Bakı-Tiflis-Ceyhan neft kəmərinin Azərbaycandan keçən hissəsi mühafizəsi Xüsusi Dövlət Mühafizəsi Xidmətinin müvafiq qurumu tərəfindən həyata keçirilir. Ümumiyyətlə, Xüsusi Dövlət Mühafizəsi Xidməti ölkədəki bütün strateji dövlət və hökumət orqanlarının - neft və qaz kəmərləri, inzibati binalar və digər obyektlərin mühafizəsini peşəkar səviyyədə həyata keçirir. Azərbaycan dövləti yaxşı bilir ki, ölkəmiz Ermənistan və digər dost olmayan ölkələrin xüsusi xidmət orqanlarının, beynəlxalq terror qruplaşmalarının təhdidindən kənarda deyil. Məhz ona görə də mərhələli təhlükəsizlik tədbirləri qeyd etdiyiniz müəssisələrin təhlükəsizliyi üçün həyata keçirilir”.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO