Astarada Ərəbovların ADAM OVU - GİLEY

12:57 13.09.2019 475
Astarada Ərəbovların ADAM OVU - GİLEY

Astara rayonu Şahağacı kənd sakini Əhədov Ceyhun Ağadadaş oğlu Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəsisəsindən redaksiyamıza müraciət ünvanlayıb. O, başına gələnlərin ölkə ictimaiətinə çatdırılmasını xahiş edib. Əhədov Ceyhun Moskva Dövlət Universitetinin məzunu olduğunu, həmçinin ailəli və üç uşaq atası olduğunu da qeyd edib. 2013-cü ildən Astara rayon Şahağacı Bələdiyyəsində və Kənd ərazi İcra Nümayəndəliyində baş verən qanunsuzluqlara göz yummadığına, kənd sakinlərinin müdafiəsinə qalxdığına görə Şahağacı Bələdiyyəsinin sədri Ərəbova Tərifə Saadət qızı tərəfindən şərləndiyini deyən Əhədov Ceyhun 200 nəfərdən artıq kənd sakininin bunu təsdiq edəcəyini də bildirib.

Ərəbovlar astaralıları bankdan necə asılı edib?

Başına gələn hadisənin səbəblərini yazan Əhədov Ceyhunun məktubunu ixtisarla oxucularımızın diqqətinə çatdırırıq: “Bələdiyyə sədri Tərifə Ərəbovanın əri Ərəbov Rauf Astara Rayon Əmək və Əhalinin Sosial müdafiə mərkəzində sektor müdiri işləyirdi. Rayon sakinlərindən, xüsusilə, Şahağacı kənd camaatının adına rayon ərazisindəki müxtəlif banklardan kreditlər götürmüş, sonra onlara sosial yardım düzəltməyə soz verib. Bir neçə nəfərə 6 ayını özü götürməklə sosial yardım təyin etdirib, qalanlara isə bildirib ki, alınmır, sakit durmayacağınız halda adınıza olan krediti ödəməyəcəm, məcbur qalıb özünüzə ödətdirəcəklər. Buna görə kənd sakinləri susmağa məcbur olub. Bundan sonra mən 2013-cü ilin aprel ayına kimi kənd sakinlərinə könüllü yardım etməyə başladım. Yuxarı instansiyalara şikayətlər yazmaqla 14 nəfərə ünvanlı sosial yardım təyin olunmasına, 8 nəfər sosial yardım alan şəxsin bank kartlarının Rauf Ərəbovdan alınıb özlərinə qaytarılmasına nail oldum. Bundan əlavə 10 nəfərin göndərişlə müalicə olunmasına, 13 nəfərə pensiya təyin olunmasına vasitəçi oldum”.

Bələdiyyə sədri hiyləyə əl atıb

C. Əhədov bu hadisələrdən sonra Bələdiyyə sədrinin hiyləyə əl atdığını bildirib. Məktubunda qeyd edir ki, Tərifə ərəbova onu İcra nümayəndəliyinə çağırıb, onun bacarıqlı və savadlı olmasını bildirməklə ona komək etməsini istəyib. Əvvəlcə buna razılaşmaq istəməsə də kənd sakinlərinin xahişi ilə buna razılaşıb, həm də bələdiyyə sədrini yaxından tanımaq istəyib. Onunla işlədiyi müddətdə müxtəlif kənd sakinlərinin adına yeni kreditlər götürməklə köhnə kredit borclarını bağlamasını da Əhədov öz məktubunda qeyd edib. “Kənd sakinləri bu qadının əlindən bezib zinhara gəlmişdi. Kənd camaatı ilə kredit müqavilələri bağlananda mənim də orada olmağımı istəyirdilər ki, sonrası bir şey olsa mən şahid kimi ortada olum. Bu səbəbdən Tərifə Ərəbovanın dediyi şəxlərli o zaman icra nümayəndəliyində mühasib işləyən Vasif Bağırovla banka birlikdə getməyə məcbur oldum. Amma mənim heç bir əməliyatda iştirakım olmayıb. V. Bağırova isə 5-10 manat taksi pulu verilməsinin şahidi olmuşam. Mən dəfələrlə Tərifə Ərəbovaya bu barədə irad bildirdikdə mənə dedyib ki, öz işinlə məşğul ol, başda kredit şöbəsinin müdiri Vüqar Yusifov olmaqla bank işçiləri ilə razılığa gəlmişəm. 2015-ci il devalvasiyadan sonra banklar kredit verməyi dayandırdı. Banklar isə köhnə kreditləri ödəməyi tələb edirdi. Bu işlər də şahid olduğum üçün yenə kənd sakinlərini müdafiə etməyə başladım. Bundan sonra Tərifə Ərəbova özünə yaxın bildiyi bir-neçə nəfəri məndən şikayətçi olmağa razı salıb. 2015-ci ilin avqustunda iki nəfərin saxta ifadəsi əsasında məni həbs etdilər. Bundan sonra Tərifə Ərəbova sərbəstlik əldə eddi. O zaman Astara rayon polis şöbəsinin rəisi Səfərov və rayan prokuroru Saatovla bələdiyyə sədrinin isti münasibətləri vardı. Tərifə Ərəbovanın Prezident Admistrasiyasının şöbə müdiri işləyən Zeynal Nəğdəliyevə güvənməsini rayonun bütün vəzifə sahibləri bilirdi. Bu işlərə görə kənd sakinləri ayağa qalxıb avtomobil yolunu və dəmir yolunu bağlamaq istəyəndə Tərifə Ərəbova xalası əri Nağdəliyevin rayon rəhbərliyinə tapşırığından sonra toxunulmaz qaldı”,- deyə Ceyhun Əhədov bildirib.

Günahım olmadan 10 il 6 ay həbs verildi

2017-ci ilin aprelində məhkəmə Ceyhun Əhədovu 10 il 6 ay azadlıqdan mərhumetmə cəzasına məhkum edib. Bundan sonra bütün şikayətləri baxılmamış qalıb. Daha sonra bank müdiri Rövşən Quliyev, Vüqar Yusifov da həbs edilib. “Həbs olunanlarla istintaq təcridxanasında üzləşmə olarkən mənə bildirildi ki, bank əməkdaşlarının bu işdə cinayəti var, onlara cəza veriləcək mən isə azad olunacağam. Amma heç cəzamı yüngülləşdirmədilər də. Quliyev Rövşən, Yusifov Vüqar, Əliyev Elşən azadlıqdan mərhumetmə cəzasına məhkum olunsa da digər bank işçiləri hər birinə 5000 manat ödəməklə probasiya tətbiq edilib azadlıqda qaldı. Məhkəmədə şahidlərin ifadəsi nəzərə alınmadı. Bələdiyə sədri heç şahid qismində belə dindirilmədi. Tərifə Ərəbova bu işlərdə ona yaxından kömək etmiş Vasif Bağırovu 20 min manat rüşvətin müqabilində istintaqdan yayındıra bildi. Daha sonra isə qeyri qanuni yolla ölkədən Rusiya Federasiyasına qaçırmağa nail oldu”,- deyə məktubda qeyd edilib.
Sonda Ceyhun Əhədov media və sosial şəbəkələrdə bu müraciətin yayılmasını xahiş edib. İmkanı olan media nümayəndələrinin Astara rayonu Şahağacı kəndinə gedib, sakinlərlə görüşüb onları dinləmələrini istəyib. Şahağacı camaatının həqiqəti söyləyəcəklərinə əminliyini ifadə edib. //teref.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO