İllik ödənişi 10 min manat olan məktəbdə BİABIRÇILIQ! - Valideynlər ayağa qalxdı

16:24 11.09.2019 484
İllik ödənişi 10 min manat olan məktəbdə BİABIRÇILIQ! - Valideynlər ayağa qalxdı

"4 gün sonra məktəblər başlayır, bizim uşaqların aqibəti isə necə olacaq bilinmir".

Bunu övladlarının təhsil aldığı "Dünya məktəb"-dən şikayətçi olan valideynlər BiG.AZ-a açıqlamasında bildirib. Valideynlərin sözlərinə görə, bu neçə ildə birinci dəfədir ki, belə vəziyyətlə qarşılaşıblar.

Onların şikayəti məktəbin rus bölməsində təhsil alan şagirdlərinin başqa binaya köçürülməsi ilə bağlıdır. Valideynlər bildirir ki, onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Hazırda məktəb rəhbərliyi ilə valideynlər arasında narazılıq davam etməkdədir. Onlar rəhbərlikdən nə üçün sırf rus bölməsinin şəraitsiz binaya köçürülməsinin izahını ala bilmirlər.

"Lisenziyası olmayan binanı təhsil ocağı kimi bizə təqdim edirlər ki, övladlarınız burada təhsil alacaq" - bu sözləri, 8 ildir oğlu burada təhsil alan valideyn Zahidə Rzayeva bildirib:

"Birinci sinifdən oğlum bu təhsil komleksində rus bölməsində təhsil alır. İndiyə qədər belə bir problemlə qarşılaşmamışıq. Təhsil haqqından əlavə, kitabı və məktəb formasını da özümüz almışıq.

Yalnız sentyabrın əvvəli bizə məktəbdən bildiriş gəlib və cari tədris ili üçün yeni ünvan göstərilib. Valideynlərlə birlikdə yeni binaya baxdıq. Yeni bina təhsil üçün yararsızdır. Həyəti, idman zalı, elmi laboratoriyaları, hətta bufeti belə yoxdur. Hazırki binada isə uşaqlara gündə bir dəfə çay, bir dəfə isti yeməklə təmin edirdilər. Yeni binaya köçürülmə haqqında əvvəlcədən valideynlərə xəbər etməməklə müqavilənin şərtlərini birtərəfli pozmuş sayılırlar. Əgər direktorun bildirdiyi kimi, yeni binaya köçmə iyul ayında qərarlaşdırıbsa, nə üçün valideynlərə sentyabrda xəbərdarlıq edilir?! Bunun yalnız bir adı var, qarşı tərəfin hüquqlarının kobud şəkildə pozulması. Yeni binanın əvvəllər kurs, daha sonra bağça olduğu deyilir. Aşağısında isə trenajor, spa, gözəllik salonu və s. kimi obyektər var. Yolun qarşı tərəfində isə xəstəxana fəaliyyət göstərir. Belə bir şəraitdə uşaq psixologiyasına necə zərbə dəyəcəyini təsəvvür etmək çətin deyil" .

Vüsalə Rəşidova adlı valideyn bidirib ki, 5-ci sinifə keçən övladını bu məktəbə yeni yazdırıb:

"Övladımı may ayında bu məktəbə gətirdim. İmtahandan keçdiyi üçün məktəbin şəraiti ilə maraqlandım və razı qaldım. Çünki təhsillə yanaşı mənim üçün təhsil müəssisəsinin şəraiti də önəmlidir. Gününün yarısını məktəbdə keçirən şagird üçün şərait də təhsil qədər vacibdir. Sənədləri təqdim edərkən dəfələrlə soruşdum ki, başqa binaya köçürülmə olacaqmı? Cavabında mənə uşağınız bu korpusda təhsil alacaq dedilər. Ödənişin də 40 faizini etmişəm. Sentyabrın 3-də valideynləri iclas üçün topladılar və bildirdilər ki, yeni ünvan buradır. Övladlarınız bu binada təhsil alacaqlar. Yeni bina isə 5-6 mərtəbədən ibarət bir bloklu tikilidir. Əgər mən başqa binanı görüb şəraitini bəyənib uşağımı burada oxumağa rəva bilirəmsə, deməli yeni təklif olunan bina hazırki binadan daha şəraitli olmalıdır. Çünki yeni korpus yaranırsa daha yaxşı vəziyyətdə olmalıdır. Mənim uşağım 4 il dövlət məktəbində oxuyub. O ödənişsiz dövlət məktəbi indi liseydə təklif olunan yeni binadan qat-qat şəraitli idi. Nəzərə alsaq ki, lisey ödənişlidir və mən bir tədris ili üçün 8 min manat ödəniş edirəm. Yeni binada tədris pulsuz olsa belə, mən orda uşaq oxutmaram. Bu gün ayın 10-dur. Bütün təhsil ocaqlarında şagird qəbulu bitib və yerlər dolub. Mən övladımı üçün hara müraciət edəcəyimi bilmirəm. Uşaq "havada" qalıb". Məktəbin məsul şəxsləri isə bildirir ki, yeni qərar budur və heç bir dəyişiklik olunmayacaq. Yalnız hər il pullu olan liseyin vahid məktəbli formaları güzəşt olaraqn şagirdlərə pulsuz veriləcək. Mən 8 min manat ödəniş etdiyim halda, 100 manatlıq forma almağa imkanım yoxdurmu?"

Məktəbin rus bölməsi üzrə 8-ci sinifdə təhsil alan şagirdin valideyni Həsənova Zəminə xanım isə bildirir ki, övladını keçən il bu liseyə yazdırıb:

"Keçən tədris ili bu məktəbə gəldim. Rəhbərlik bizə bu binanı göstərib, hətta, ekskursiya da təşkil edərək haqqında geniş məlumat verib. Oğlum da liseyi bəyənib, uyğunlaşa bildiyi üçün onu buraya köçürdüm.

Bu il sentyabr ayının 3-də bildiriş göndərərək xəbərdarlıq etdilər ki, bu tədris ilindən şagirdlər yeni ünvanda göstərilmiş binada təhsil alacaqlar. Valideynlər ilə birlikdə yeni binaya baxmağa getdik. Bina tədris üçün heç bir standarta cavab vermir. Heç bir təhlükəsizlik qaydalarına əməl olunmayıb, dəhlizləri dar, ayaqyolu şəraitsiz və şagirdlərin sayına görə deyil, yeməkxana olmadığı üçün yeməklər kənardan gələcək. Halbuki müqavilə imzalanarkən bəndlərin birində şagirdin yeməkxana və isti yeməklə təmin olunacağı haqqında bənd vardı. Şagirdlərə qarşı çox qanunsuz hərəkət edir, hüquqlarını kobudcasına pozurlar. Qeyd edim ki, yeni il üçün təhsil haqqını da ödəmişəm. Nə üçün mənə bir valideyn kimi başqa bir bina göstərilir, amma heç bir xəbər edilmədən, standartlara cavab verməyən bir binaya köçürülür? Mən heç pulsuz olsa da, o binaya uşaq yollamaram".

"Bizə göstərilən yeni bina ümumtəhsil müəssisəsi, məktəb binası kimi nəzərdə tutlmayıb". Bunu övladı rus bölməsi üzrə 8-ci sinifdə təhsil alan Cəfərova Məlahət adlı xanım bildirib:

"Ola bilər ki, bina başqa məqsədlərlə istifadə olunsun. Amma məktəb binasına uyğun deyil. Binanın lisenziyası yoxdur. Bu isə 160 şagirdin həyatını riskə atmaqdır. Əgər o bina təhsil üçün yararlı olsaydı, lazımı qurumlar binaya lisenziya verərdilər. O binada nə vaxtsa bir-iki ay kurs fəaliyyət göstərib. Sentyabrın 4-də isə bizə xəbərdarlıq göndərilib və yeni binaya dəvət olunmuşuq. Binanı gəzdikdən sonra şəraitsiz olduğu qənaətinə gəldik. Etiraz etdikdə isə, direktorlar şurasından olan icraçı direktor Mərufə xanım bizə bu binanın son qərar olduğunu və bundan başqa bir təklif edə bimədiklərini bildirib. Yalnız razılaşma olarsa məktəbli formalarını pulsuz verəcəklərini deyiblər. Yeni tədris ilinin ödənişini isə hələ aprel ayından məcbur edərək bizə ödətdiriblər. Ard-arda nə qədər mesaj göndərilib ki, yeni tədris ili üçün ödənişi indidən etmək lazımdır. İndi hamımızın əlində ödəniş qəbzi də var. Bu gün liseyin qərarını yazılı formada istəyirik ki, haqqımızı tələb edə bilək. Çünki müqavilədə göstərilən liseyin ünvanı başqadır, indi təklif etdikləri bina başqadır. Dövlətimizin, nazirlər kabinetinin məktəb barəsində , təhsil ocağı binası üçün təsdiq etdiyi standartlar var. Bu bina isə heç bir standarta uyğun deyil. Bir bloklu mənzil tipli binada məktəb olmaz".

Valideynlərin sözlərinə görə dünən keçirilmiş son iclasda isə icraçı direktor Mərufə Mədətlinin qəbul edilmiş qərarı dəyişilməyəcəyini və valideynlərin anlayış göstərmələrini xahiş edib.

Xatırladaq ki, məktəbin illik ödənişi I – VIII siniflər (Az. və rus böl.) – 7500 manat, IX-XI siniflər (Az. və rus böl.) - 8000 manat təşkil edir.

Qeyd edək ki, kütləvi informasiya vasitəsi olaraq məsələyə birtərəfli yanaşmanı yalnış hesab edir və qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Lakin məktəblə əlaqə saxlamağa çalışsaq da telefona cavab verilmir. Tərəfimizdən məktəbin mövqeyini də işıqlandırmağa hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO