Gədəbəy DSMF rəhbəri nazir Sahil Babayevə kələk gəldi - Faktlar

17:20 9.09.2019 486
Gədəbəy DSMF rəhbəri nazir Sahil Babayevə kələk gəldi - Faktlar

Bu günlərdə oxucularımızın diqqətinə Gədəbəy rayonu Saratovka kəndinin sakini Yazgül Əmiraslanovanın şikayət məktubunu təqdim etmişdik.

Həmin məktubda himayəsində xəstə ana və körpə uşağı olan xanım Əmiraslanova ona məxsus olan torpaq sahəsinin bir hissəsinin Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Elsun Xudaverdiyev tərəfindən mənimsənilməsi barədə şikayət edir və məmurun atasının ölkə prezidentin adına həqarət etməkdən çəkinmədiyini söyləmişdi.

Məktubu işıqlandırmaqda məqsədimiz Yazgül Xudaverdiyevanın probleminə Gədəbəy rayon rəhbərliyi, bir də Əmək və Sosial Müdafiə Nazirliyinin diqqətini cəlb etmək, xanımın tapdanan əmlak hüquqlarını bərpa etmək idi.

Yazının çap edilməsindən az sonra Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin sözçüsü redaksiyamıza zəng vuraraq nazirlikdə bu olayla bağlı ciddi araşdırma aparıldığını və bizə məsələ ilə bağlı açıqlama veriləcəyini bildirdi. Nazirlikdən aldığmız cavab bizi şoka saldı. Cavabdan bəlli oldu ki, cənab Xudaverdiyev nəinki rayon sakinlərinin torpaq sahələrini mənimsəməyə cəhd göstərir, həmçinin çalışdığı nazirliyin rəhbərliyini, yəni ki, cənab Sahil Babayevə fırıldaq gəlməyə çalışır.

Belə ki, Nazirlikdən aldığımız açıqlamada bildirilirdi ki, nazirlik yerli strukturlarının əməkdaşlarının fəaliyyətinə, dövlət qulluğundan irəli gələn vəzifələri yerinə yetirmələrinə nəzarət edir. "Onların şəxsi müstəvidə mülki məsələlərlə əlaqədar hər hansı vətəndaşla mübahisəli situasiyaları olarsa, bunlar mülki müstəvidə mübahisəli məsələlər kimi məhkəmə qaydasında həll olunur.

Eyni zamanda, sorğuda adı keçən və nazirlik yanında DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyevdən şikayətçi olduğu bildirilən vətəndaş - Gədəbəy rayonu, Saratovka kənd sakini Yazgül Əmiraslanova bir qədər əvvəl ərizəsində E.Xudaverdiyev və onun atası ilə heç bir mübahisəsinin və aralarında narazılığın olmadığını qeyd edib.

Y.Əmiraslanova həmçinin onun adından E.Xudaverdiyev və onun atası ilə bağlı yayılan şikayət məktubundan xəbərsiz olduğunu bildirib”.

Bütün bu deyilənləri xanım Yazgül Əmiraslanova notariusa gedərək təsdiq edib və həmin sənədi cənab Xudaverdiyev nazirliyə göndərib. Elə ilk baxışdan təqdim edilən olayın qurulmiş komediya olduğu bilinsə də tam əmin olmaq üçün xanım Əmiraslanova ilə əlaqə saxladıq və bəlli oldu ki, cənab Xudaverdiyev mahir fırıldaqçı imiş.

Belə ki Yazgül Əmiraslanovanın sözlərinə görə, məqalə çıxar-çıxmaz vəzifəsini itirəcəyi ilə bağlı təhlükə hiss edən DSMF Gədəbəy şöbəsinin müdiri xanıma ondan mənimsədiyi 6 sotluq torpaq sahəsini qaytaracağını və onunla sülh müqaviləsi bağlamaq istədiyini deyir. "Elsun və Elçin(hər kəs Elşad kimi tanıyır) Xudaverdiyev qardaşları məni iş günü olmamasına baxmayaraq notariusa gedib sülh razılaşması bağlamağa çağırdılar. Mən notariusa gələndə onlar hər ikisi orada idi. "Sülh müqaviləsi” adlandırdıqları məktubu da notariusun Telli adlı əməkdaşına əvvəlcədən yazdırmışdılar. Mən səhv etdim ki , o məktubu oxumamış imzaladım. Elə bildim ki, onlar gerçəkdən məni barışığa gətirmək üçün bunu edir və bu məktub elə aramızda qalacaq. Sən demə onlar bu sənədi başqa orqanlara təqdim edir və bildiriblər ki, mən ümumiyyətlə şikayətçi olmamışam və onun atası məim yanımda prezidenti təhqir etməyib. Mən gerçəkdən sizin redaksiyaya müraciət etmişəm və bu adam mənim torpaq sahəni səlahiyyətlərindən sui-istifadə edərək mənimsəməyə çalışıb, atası da prezidenti təhqir edib. Bunu istənilən məhkəmədə təsdiqləməyə hazıram”, - deyə Yazgül Əmiraslanova söylədi.

Yazgül Əmiraslanovanin razılığı ilə yazılmış səs yazısını diqqətinizə təqdim edirik

O, həmçinin bildirdi ki, cənab Elsun Xudaverdiyev xanımın özündən mənimsədiyi torpaq sahəsi ilə bağlı dövlət katastrından çıxarışı və bu sahəni xanıma bağışladığı barədə sənədi təqdim edib.

Əlbəttə Elsun Xudaverdiyevin səhvini anlaması və himayəsində xəstə anası və uşağı olan xanıma məxsus mənimsədiyi torpaq sahəsini qaytarması təqdirəlayiq haldır. Amma özünün və ailə üzvlərinin günahını ört basdir etmək məqsədilə Yazgül Əmiraslanovaya məktub imzalatması, ona məsul vəzifə tapşırmış nazir Sahil Babayevə kələk gəlmək istəyi, bizim redaksiyaya Əmiraslanovanin heç şikayət etmədiyini göstərməyə çalışmasına heç bir bəraət qazandırmaq olmaz. Bu ən azı Xudaverdiyevin işlədiyi idarəyə hörmətsizliyi kimi dəyərləndirilə bilər.

Amma cənab Xudaverdiyevin əməlləri bununla bitmir. Saytımızda çap edilən şikayəti sildirmək istəyi ilə bir neçə adlarını hallandırmaq istəmədiyimiz jurnalist həmkarlar bu məmurun adından müxbirimizə müraciət edərək pul müqabilində şikayəti pozmağı təklif etdilər. İstəklərinin baş tutmadığını görəndən sonra Elsun Xudaverdiyevin qardaşı Elçin(Elşad) Xudaverdiyev müxbirimizə zəng vuraraq onu təhqir və təhdid etdi. Bunu təsdiq edən səs yazısını da diqqətinizə təqdim edir, hüquq mühafizə orqanlarının həmin şəxslə bağlı tədbir görəcəyinə ümidliyik:


Bir daha Xudaverdiyev cənablarına müraciət edərək bildiririk ki, saytımız vətəndaşların şikayətlərini daim araşdırır və bütün tərəflərə danışmaq imkanı yaradaraq problemlərin həllinə kömək etməyə çalışır. Məqsədimiz yalnız dövlətçiliyimizə xidmət etmək, vətəndaşların tapdanan hüquqlarını bərpa etməkdir. Bizə hədə qorxu gəlmək, şikayətçi xanımı aldadaraq özünə bəraət qazandırmaq üçün sənədlər düzəltməkdənsə cənab Xudaverdiyev yaxşı olar ki, ona tapşırılan işin məsuliyyətini dərk edərək insanların sosial müdafiəsində dursun və ailə üzvlərini ölkə prezidentinə hörmətlə yanaşmağa çağırsın.

Düşünürük ki, bu məqalədə göstərdiyimiz faktlardan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev şəxsən Gədəbəy rayın DSMF rəhbərinin fəaliyyəti ilə ciddi məşğul olacaq və ən azı onu aldatmaq cəhdinə görə bu məmuru cəzalandıracaqdır. Onun guya Yazgül Əmiraslanovanın şikayətçi olmadığı barədə nazirliyə təqdim etdiyi sənədə başqa ad vermək olmaz.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO