Səlim Müslümovun qohumu Ağsunun başını buraxıb... - Rayon idarə olunmur?

14:52 3.09.2019 439
Səlim Müslümovun qohumu Ağsunun başını buraxıb... - Rayon idarə olunmur?

Ağsu rayonunda icra hakimiyyəti orqanlarının özbaşınalığı o həddə çatıb ki, qanunverici hakimiyyətin, özünüidarə orqanlarının -bələdiyyənin səlahiyyətləri də mənimsənilib. Hətta müqəddəs, toxunulmaz sayılan qəbristanlığı , məscidin torpağını da satan icra hakimiyyəti artıq mənəvi deqradasiyaya uğrayıb. Təsəvvür edin, rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası evi dağılan sakinlərə yox, eldə deyildiyi kimi, lotu-potulara rüşvət qarşılığında yeni evlər tikir. Evsiz -eşiksiz, yurd-yuvasız qalan zavallı yurddaşlara isə yardım etmək istəyən yoxdur. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra bildirilir: "Məhkəmə isə yerli-dibli yoxdur. Bəli, yanlış eşitmədiniz, Ağsuda 7 aydır məhkəmə hakimsiz fəaliyyət göstərir. 7 aydır bu boyda rayona hakim təyin olunmayıb. Bu da icra hakimiyyəti orqanlarının özbaşınalığına, avtoritar idarəçiliyə nədən olan başlıca amildir. Bir məsələni də vurğulamaq yerinə düşər. Ağsu rayonu inzibati-iqtisadi yöndən Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və Şəkiyə gedib -gəlmək nəqliyyatın olmaması səbəbindən problem olduğundan vətəndaşlar hüquqlarını inzibati yolla da təmin etməkdə acizdirlər. Ağsu rayonunu Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edən hakimiyyət , heç olmasa, Şəkiyə gedib -gəlməyə marşrut reysi təşkil etməli deyil ? Apellyasiya şikayətlərinin də Şəkidə araşdırılmalı olmasını nəzərə alsaq, əhalinin ciddi problemlə üzləşdiyinin şahidi olarıq. Ağsuda Vəkillər Kollegiyasının hüquq məsləhətxanasının olmaması da ciddi problemdir. Xatırladaq ki, cinayət işlərində təqsirləndirilən şəxsin, mülki işlərdə aztəminatlı şəxslərin vəkillə pulsuz təmin olunmaq hüququ qanunun tələbidir. Ağsuda vəkil bürosu olmayandan sonra insanların hüquqlarının müdafiəsinin hansı çıxılmaz durumda olduğunu təsəvvür etmək çətin deyil. Fikrimizcə, Ağsu və Şamaxı rayonlarını daha yaxın olan Bakının, yaxud Sumqayıtın yurisdiksiyasına aid etməklə, eləcə də Şirvan bölgəsi rayonlarını əhatə edən ayrıca məhkəmə kompleksi təşkil etməklə çözmək olar .

Ağsudakı hakimiyyət böhranından, hakimiyyətsizlikdən yararlanan elə icra orqanlarıdır. Fikir verin,Ağsu işıq idarəsi 50 ilin bina evindən sayğac quraşdırmağa 250 manat qarşılığında texniki şərt tələb edir, icra hakimiyyəti isə susur . Vətəndaşın evini dövlət hesabına bərpa etməyə 3 min manat rüşvət qarşılığında “xeyir-dua” verən, qanunu ciblərinə uyğun izah edən icra hakimiyyətinin özbaşınalığını kim durdura bilər? Məhkəmə hakimiyyəti! Di gəl, Nüsrət Kəsəmənli demiş , biri vardı, biri yox, Ağsuda isə heç məhkəmə də yox!"

Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO