Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...

11:12 21.08.2019 517
Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...

BP şirkətindən aldığı məvacibi sərmayə şəklində istifadə edərək, market açıb. Bir neçə nəfər işçi çalışdırır, vergi ödəyir və s.

Ancaq, bunlar ixtiyar verirmi dövlətə məxsus yolu zəbt etməyə, el dili ilə desək, el yolunu bağlamağa?

BNA ilə qanunsuz əlaqəyə girərək, adamları qanunsuz olaraq haqqlarına toxunub, əziyyətlə üz-üə qoymağa və nəhayət, kobud desək, camaatın cibinə girməyə?

PİA.az xəbər verir ki, bununla bağlı 30-a yaxın adam şikayətçidir. Həm də son zamanlar əksəriyyətin narazı olduğu, şikayətçi olduğu BNA-dan. Dəfələrlə tanınmış adamlar da bu idarənin yollarda qanunsuz yaratdığı maneədən öz nəsibini almış, şikayətlərini dilə gətirmişdilər. Lakin, hər dəfə BNA rəsmiləri, bəhanə gətirib, qarşıdakını haqsiz çıxarmağa çalışıblar. Narazıları sadalamaq fikrim yoxdur. Ona görə də keçid alım mətləbə.

Ceyhunbəy Hacıbəyli küçəsinin sakinlərinin deməsinə görə bir səhər telefonlarına gələn cərimə mesajları ilə narahat oyanıblar. Bundan sonra bu cərimələr qısa müddətdə bütün məhlə sakinlərinə, həm də bir neçə dəfə gəlib. Kiçik araşdırmanın ardından məlum olub ki, 30 ilə yaxın hər gecə avtomobil saxladıqları yerə dayanma-durma qadağandır nişanı və geniş ərazini görüntüləyə bilən kamera quraşdırılıb. Bu faktın nə dərəcədə dəqiq olduğu müəyyən edilə bilməsə də sakinlərə görə bu vəziyyəti məhlədə market açan, sürücülərin marketi olduğu ərazidə maşın əyləməsini istəməyən, buna görə də sakinlərlə daim mübahisəsi düşən Elgiz adlı şəxs BNA ilə razılaşdırıb. Həm də BNA-nı "babat görərək". Elgiz bəy, marketin qarşısına, yolun hərəkət hissəsinə maşınların durmasını əngəlləyə biləcək vasitələr də düzüb, hətta.

Deyilənə görə, Bu o Elgiz bəydir ki, marketinin qarşısına yığılan gənclərə hirslənən kimi, şəxsi əlaqələrindən istifadə edərək, istədiyi vaxt onları polis bölməsinə apartdırıb, qulaqburması verdirir. Belə əliuzun adamın BNAya əl uzatması, onları qadağan nişanı və kamera quraşdırmağa razı salması təəccüblü deyil. Bu razılaşma ilə BNAnı sanki, "Eşşək vurub, cənnətə salıb!" Həm pul qazanacaq, həm də bunun ondan xahiş-minnətlə, Allah bilir hansı vasitə ilə istəyirlər. Sakinlərin əziyyəti, avtomobillərini harada saxlayacaqları məsələsi nəyinə lazımdır BNAnın?! Təki pul gəlsin! Onsuz da son zamanlar hər kəsə məlumdur ki, bu qurumun işi mümkün ola bilən hər yerə qadağan nişanı qoyub, kamera quraşdırıb, pul yığmaqdan ibarətdir. Şəhər rəsmən zəbt edilərək, şəhər sakinlərinə haram buyurulub bu qurumun sayəsində!

Məsələ ilə əlaqədar qurumun mətbuat xidmətinin əməkdaşı Mais müəllimlə əlaqə yaratdım. Insafən deyim ki, Mais müəllimlə rabitə əlaqəsi çətin deyil. Nəticə olmasa da, hər dəfə zəngi cavablandırıb, məsələni araşdıracaqlarina, kömək edəcəklərinə söz verib. Ancaq, çifayda! Nə gələn var, nə gedən, nə də məsələ həll edən. Maliyyə terroru isə davam edir. Hər gün adamların cibindən pullar uçub, BNAnın xəzinəsinə qonur. Həm də təkcə küçə sakinlərinin yox, həm də marketə gələn müştərilərin, küçə sakinlərinə qonaq gələn sürücülərin də ciblərindən! Kimin ağlına gələr ki, otuz il gəlib-getdiyi, heç bir qadağa olmadığı, yaraşmadığı küçədə BNA xəlvəti "tələ qurub!"?! Bizə isə, gözləmək düşür! Gözləyək!..
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO