Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

“Yasmin” biznes mərkəzində nə baş verir? - QALMAQAL

16 Ağu 2019, 11:54   
“Yasmin” biznes mərkəzində nə baş verir? - QALMAQAL

Neçə vaxtdır ölkə mətbuatı “Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzi haqqında müxtəlif səpkili məlumatlar yayır. Yazılanların əksəriyyəti Azərbaycanı illərdi ağuşuna alan və ictimaiyyət arasında hədsiz narahatlıq yaradan ciddi bir məsələ -- pis niyyətli sahibkarın vicdan çərçivəsinə sığmayan qanunsuz əməlləri barəsindədir. "Yasmin"in direktoru Mərhəmət Bəşirovun burada törətdiyi qanunsuzluqlar da, paytaxtın ayrı-ayrı ərazilərində törədilənlərlə eyniyyət təşkil edir. Bir qrup iş adamının araz.az-ın redaksiyasına ünvanladığı müraciət də bu barədədir. Müəlliflər şikayət xarakterli bu müraciətlərində "Mars-M" və "Xalqbank" rəhbərlərinin onların əmlak hüquqlarını kobud şəkildə pozduqlarını xüsusi vurğulayırlar. Qeyd edirlər ki, onlar “Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar. Bunun üçün külli miqdarda pul ödəyiblər. Buna baxmayaraq, aldıqları yeni tikilini "Xalqbank" əllərindən almaqda israrlıdır. Bu qanunsuzluqların acı nəticəsidir ki, onların da ümidləri, gələcəyə dair planları tamamilə puça çıxıb. Konkret desək, bir ətək pul töküb, bu ticarət mərkəzində obyekt alanlara ancaq sonradan məlum olub ki, bu şirkətin sahibi də, onların adına rəsmiləşdirilən obyektləri həmin banka uduzub. Yəni, 22 nəfər iş adamının üstündə 17 milyon dollarlıq "qumar" oynanılıb.
Aldadılan bu iş adamlarının sözlərinə görə, hələ ticarət mərkəzinin istismarından öncə, yəni, Fövqəladə Hallar Naziriliyi binanın təhvil-təslim aktını verməmişdən əvvəl “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov onlarla alqı-satqı müqavilələri bağlayıb və bunun əsasında həmin qeyri-yaşayış sahələrini onlara satıb. Bu müqavilələr notarial qaydada təsdiqini tapıb da. Hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. Lakin...
Əlləri yerdən-göydən üzülən həmin iş adamlarının, son ümid yeri olaraq, ölkə başçısına ünvanladıqları müraciətlərində də, Mərhəmət Bəşirovun qanunsuz əməlləri barədə ətraflı məlumat verilir. Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun imzaladıları həmin açıq məktubda, müraciət müəllifləri “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin fırıldağının qurbanı olduqlarını deyirlər. Bildirirlər ki, onlar 2009-cu ildə “Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar. Sonra onlara məlum olub ki, “Mars-M” şirkətinin “Xalq Bank”a borcu olduğu üçün, bank bunun qarşılığında sahibkarların obyektlərinə “əl qoyub”. Maraqlı olsun deyə, həmin məktubun tam mətnini oxucularımıza təqdim edirik:

“Cənab Prezident!
Sizə hazırkı müraciətimiz bizə qarşı edilmiş qanunsuzluqla bağlıdır. Bu qanunsuzluq nəticəsində həm əmlakımızdan məhrum olmuşuq, həm də əmlakımıza xərclədiyimiz pullardan. Ümid edirik ki, bizə qarşı edilmiş qanunsuzluğun araşdırılmasını nəzarətə götürərək, onlarla vətəndaşın haqqının pozulmasına, əmlakının qanunsuz ələ keçirilməsinə imkan verməyəcəksiniz.
Bizi bizləşdirən hal ondan ibarətdir ki, hər birimiz “Mars-M” firmasından (VÖEN 1500418111) həmin firmanın Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə almışıq. Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik. Lakin, təəssüf ki, “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş “Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni F97748EF BD18 4F0B 8C7E C3CFF5522C9Fəsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur.
Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər – “Mars-M” firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da “Xalq Bank” ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş “Mars-M” firmasının digər vəzifəli şəxsləri, o cümlədən “Xalq Bank” ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar.
Cənab Prezident!
Biz vicdanlı, qanunlara riayət edən, halallıqla öz işini icra edən, fəaliyyəti ilə cəmiyyətimizə, dövlətimizə faydalı olmağa çalışan sadə vətəndaşlarıq. İllərlə qazandıqlarımızla qeyri-yaşayış sahəsi alaraq, böyük ümidlərlə ailəmizi, cəmiyyətimizi, dövlətimizi daha da inkişaf etdirən yeni planlar qurmuşduq. Lakin bir qrup pis niyyətli insanın vicdansız, qanunsuz əməli nəticəsində bu ümidlərimiz, gələcəyə dair olan planlarımız tamamilə dağıldı. Onlarla insan və bu insanlarla bağlı olan yüzlərlə ətrafı maddi zərərə və mənəvi əzaba düçar oldu. Ancaq biz inanırıq ki, Prezidentimiz və Mehriban xanımımız bizi həmin vicdansızların vicdanına buraxmayacaq, vətəndaşının haqqını ona geri qaytaracaq. Biz buna əminik!
Göstərilənləri nəzərə alaraq, qeyd olunan məsələnin araşdırılmasını təcili olaraq nəzarətə götürməyinizi, əmlaklarımızın bizə geri qaytarılmasında köməklik etməyinizi və bu məsələ ilə əlaqədar bizi qəbul etməyinizi xahiş edirik”.
...Keçmişində qaranlıq məqamları kifayət qədər olan "Yasmin"in "baş qumarbazı"nın qanun çərçivəsinə sığmayan hərəkətləri göz önündədir. Bəs, əslində onun özü kimdir? Haqqında nə bilirik?
Öncə onu qeyd etmək vacibdir ki, bir vaxtlar Texniki Universitetin prorektoru vəzifəsində işləmiş Bəşir Bəşirovun oğlu olan Mərhəmət Bəşirovun adı 1993-cü ildən üzübəri törətdiyi müxtəlif cinayət işlərində hallanıb. Əslən Lerik rayonundan olan bu şirkət sahibinin tükürpədici hansı qanunsuz işlərə əl atmasını bir çoxları, hətta ölkə mətbuatı da yaxşı bilir. Sübutlar və tutarlı faktlar əsasında qələmə alınmış mətbu materiallardan məlum olur ki, Mərhəmət Bəşirov Təhsil Nazirliyinin sabiq şöbə müdiri Şahrza Əliyevlə iş ortağı olub. Şəriki kimi, nazirliyin iqtisadiyyat şöbəsinin müdirinin də, vəzifə tutduğu 20 ilə yaxın müddətdə adı yaxşı yöndən hallanmayıb. Məlumatlara görə, vaxtilə Şahrza Əliyev külli miqdarda büdcə vəsaitini öz şəxsi maraqları naminə istifadə edib. Bunun nəticəsində də, Mərhəmət Bəşirovla birlikdə böyük biznes imperiyası yaratmağa nail olub. Bir daha xatırladırıq ki, onların firması paytaxtda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olması ilə ad çıxarıb.
Apardığımız araşdırmalar zamanı öyrəndik ki, Mərhəmət Bəşirov haqqında 1993-cü ildə də külli miqdarda mənimsəmə faktına görə cinayət işi də qaldırılıb. Cinayət işinin qaldırılmasına səbəb isə, həmin illərdə onun “ANAM” banka rəhbərlik etməsi və başqa bir məsələ olub. Mərhəmət Bəşirov “ANAM” banka rəhbərlik etdiyi dövrlərdə vəzifəli şəxslərdən biri ilə qohum olub. Hətta həmin məşhur ailə ilə birlikdə fabrik inşa etmək istəyən Bəşirovun sonradan heç də yaxşı xasiyyətə malik olmadığı üzə çıxıb. Hətta onun əliəyrilik edərək, daha çox pul qazanmaq üçün hətta qohumlarını belə güdaza verəcəyi məlum olub və onların qohumluq əlaqələri pozulub. Bunun ardından müflis olan Mərhəmət Bəşirov Azərbaycandan qaçaraq, Ukraynaya sığınıb. Bir müddət Ukraynada başını saxlamağa çalışan Mərhəmət Bəşirov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Onun külli miqdarda pulu mənimsədiyi aşkarlandığı üçün, həbsi barədə qərar çıxarılıb. Lakin Azərbaycanın nüfuzlu vəzifə sahibləri ilə çox yaxşı münasibətləri olan iş adamı onların yardımı ilə bir müddət həbsdən yaxasını qurtara bilib. Əldə etdiyimiz məlumatlara görə, onların sayəsində həbsdən yaxa qurtarmağı bacaran Mərhəmət Bəşirov tezliklə Ukraynanın ayrı-ayrı şəhərlərində çirkli biznes əməllərini davam etdirib. Məqsədi yalnız özünün çoxdankı bank arzusunu həyata keçirmək olub. 2003-cü ildən sonra isə, tikintiyə başlayıb. Bunun üçün ayrı-ayrı banklardan külli miqdarda kreditlər əldə edə bilib. Lakin 2008-ci ildə naməlum səbəblərdən Mərhəmət Bəşirov işini bina ilə birlikdə yarımçıq qoyaraq, Bakıya üz tutub. Xaricdəki yarımçıq tikililərinə isə, həbs qoyulub.
Azərbaycana qayıdan Mərhəmət Bəşirov yaxın dostu Şahrza Əliyevlə əl-ələ verərək, şəhərin ayrı-ayrı nöqtələrində iri ticarət obyektləri tikdirməyə başlayıblar. Hazırda “Yasmin” adı altında fəaliyyət göstərən ticarət obyektlərinin bir çoxu adıçəkilən şəxslərə məxsusdur. Deyilənlərə görə, ticarət mərkəzinin tikilməsi şəriklərə 40 milyon manata başa gəlib. Mərhəmət Bəşirovun MTK-ları tərəfindən tikilən belə obyektlərə sərf olunan pulların necə əldə edildiyi də dəhşətlidir.

Ukraynada məhkumluq həyatı yaşamış keçmiş bank müdiri iş ortağının xərcləri sayəsində bu səviyyəyə çatıb. Onların paytaxtda bir neçə tikinti şirkətləri də mövcuddur. Şahrza Əliyev və Mərhəmət Bəşirov sahib olduqları ticarət obyektlərindən, o cümlədən fahişə biznesindən il ərzində külli miqdarda gəlir əldə ediblər. Çirkin işlərin daha çox qeydə alındığı və milli mentalitetimizi məhvə aparan bu əxlaqsızlıq yuvasının birinin Azərbaycan Tibb Universitetinin bir neçə metrliyində yerləşməsi, baş verən əxlaqsızlıqların tələbələrin gözü qarşısında baş verməsi, azyaşlı qızların cinsi istismara məruz qoyulması, yetkinlik yaşına çatmayan bu qızların intim xidmətlər göstərməsi, üstəlik
qumarxana kimi tanınan bu hoteldə cərəyan edən digər qanun pozuntularının getdikcə çoxalması, imkanlı şəxslərin burada qumar oynamalarının səngimək bilmədən saylarının günbəgün artması dəhşətdir. Belə neqativ hadisələrə və burada açıq-aşkar yaşanan qadın ticarətinə aidiyyatı hüquq-mühafizə orqanları tərəfindən vaxtında reaksiya verilməməsinin səbəbi isə bambaşqa olub. Daha doğrusu, bir vaxtlar əlinin altında qisasçı dəstə saxlayan "Moren" ləqəbli Mərhəmət Bəşirovun bacısının keçmiş həyat yoldaşı, "Akula" ləqəbli Akif Mustafayevlə işbirliyində olması burada çox azyaşlı qızın həyatını məhv etməyə rəvac verib.
Adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində hallanan və çoxdandır qaçıb xaricə sığınan Akif Mustafayevin Mərhəmət Bəşirovla birlikdə törətdikləri qanunsuzluqların isə, sayı-hesabı yoxdur.
Mərhəmət Bəşirovun sahibi olduğu şirkətlərin dövlətə böyük miqdarda vergi borcunun olması barədə də əlimizdə təkzibolunmaz məlumatlar var. Lakin, o, buna da reaksiya verməyib. Onun bu arxayınçılığı da, Akif Mustafayevə güvənməsindən irəli gəlib və buna görə də, həmişə dövlətə vergi verməkdən qaçıb.
2016-cı ildə Mərhəmət Bəşirovun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə də əlimizdə tutarlı faktlar var. Buna “Asnaf Sənaye Şirkəti” MMC tərəfindən borclu qismində ona qarşı iddia qaldırılması səbəb olub. Nərimanov rayon Məhkəməsi “Asnaf Sənaye Şirkəti” MMC-in iddiasını təmin edib. Qərarla razılaşmayan Mərhəmət Bəşirov apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib.
“Mars-M” firmasının rəhbəri sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) maddəsi üzrə ittiham edilib. İş üzrə "Yasmin" ticarət mərkəzində özlərinə obyekt alan həmin 22 nəfər zərərçəkən şəxs qismində tanınıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, işinin materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib. Törətdiyi külli miqdarda mənimsəmə fakına görə, o, hal-hazırda həbsdədir.
Araşdırmalarımız davam edir.
Yazının davamı olacaq.
OXŞAR MÖVZULAR