Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Zorla ərə verilmə, erkən nikah: Qanun nə deyir? - TƏHLİL

08 Ağu 2019, 17:53   
Zorla ərə verilmə, erkən nikah: Qanun nə deyir? - TƏHLİL

Zaqatalada 17 yaşlı Gülər İsmayılova, Cəlilabadda isə eyni yaşlı Aysun Hacıyevanın intiharı bir müddətdir, mətbuatın, həmçinin sosial şəbəkələrin gündəmini zəbt edib. Müzakirələrdə hər iki qızın intihar səbəbi kimi erkən yaşda zorla tanımadıqları şəxslərlə ailə qurmağa məcbur edilmələri göstərilir. Baxmayaraq ki, intiharın səbəbinin həqiqətən də qızların istəmədikləri şəxslərlə ailə qurmağa məcbur edilmələri olduğu nə ailələri, nə də istintaq orqanları tərəfindən təsdiqlənir, hətta ailə üzvləri bu iddiaları təkzib edir, bu versiya müzakirələrin yenə də əsas predmeti olaraq qalır. Lakin qeyd olunanlar hər nə qədər iddia olaraq qalsa da, bu o demək deyil ki, ölkədə erkən nikahlar baş vermir. Verir, bəzən də iyrənc formada...

Erkən nikah nədir?

18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.

18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Hansı hallar nikahın bağlanmasına mane olur?

Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanması yolverilməzdir.

Məcburi nikah nədir və onun fəsadları...

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu yerdə qeyd edək ki, erkən nikah, erkən nikaha məcbur etmə hallarına əsasən qızlar arasında rast gəlinir.

Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.

Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanunsuz və əsassızdır, eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir.

Konstitusiyamızın yuxarıda qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Kənar şəxsin şikayəti cinayət işinin başlanmasına səbəb ola bilməz, ancaq özü...

Qadın nikaha daxil olmağa məcbur edildiyi anda cinayət bitmiş sayılır. Qadının rəsmi və ya faktiki olaraq nikaha daxil olub-olmamasının əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Nəzər alınmalıdır ki, bu cinayət ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğundan şəxsin özünün şikayəti əsasında və ya qanunvericilikdə qeyd olunan hallar yaranarsa, prokuror tərəfindən başlana bilər. Şikayətin hər hansı kənar şəxs tərəfindən yazılması cinayət işinin başlanmasına səbəb ola bilməz. Çünki nikaha daxil olmaq, nikahda qalmaq və ya qalmamaq şəxsin ayrılmaz hüququdur. Başqa şəxslər bu pozuntunu müşahidə etdikdə, şəxsin şikayət etmə imkanı olmadıqda cinayət işinin başlanması üçün müvafiq prokurora müraciət edə bilərlər.

Qız qaçırma

Qadının məcburi nikaha daxil olması, öz iradəsi əleyhinə evləndirilməsindən danışarkən el arasında “qız qaçırma” kimi tanınan və qız qaçırma ilə evlənmə adətinin olmasına diqqət etməliyik. İctimaiyyət arasında “qız qaçırma” kimi tanınan adət 1960-cı ilin CM-nin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddədə isə “qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuş, maddələrin sanksiyaları 3 il və 5 il azadlıqdan məhrum etmə cəzaları təsbit edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti də CM-nin 144-cü “adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib. Şəxsin iradəsinə zidd olaraq, evlənmək və ya başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir. Əslində, məqsədin nə olmasında asılı olmayaraq, hətta evlənmək məqsədi ilə olsa belə, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğlurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündü. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı ilə üz-üzə qalan qadın istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur. Qadının hüququnu qorunmaq əvəzinə, bəzən isə valideynlər də bu cinayətin ört-basdır olunmasında iştirak edir, evlənmək məqsədi ilə qaçırıldığına görə qızının başqa adama ərə gedə bilməyəcəyini düşünüb, övladlarını arzulamadığı adamla yaşamağa, nikaha daxil olmağa məcbur edirlər.

16 yaşına çatmayan şəxslə cinsi əlaqə bütün hallarda cinayət məsuliyyəti yaradır

Nəzərə alınmalıdır ki, rəsmi evlilik, qeyri-rəsmi nikah, valideynlər, qız və oğlan arasında razılıq, birlikdə yaşamağa qərar verilməsi - bütün hallarda qızın 16 yaşı tamam olmayıbsa, onunla cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Təcrübədə bu kimi hallara könüllü evlilikdə və ya qız qaçırma hallarında rast gəlinir. Qadının doğuş edərkən yaşının az olması tibbi heyət və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməz. Belə faktlar aşkarlandıqda ərin məsuliyyətə cəlb edilməsi üçün zəmin yaranır. Çünki CM-nin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Şamil Paşayev

Hüquqşünas //APA//
OXŞAR MÖVZULAR