Impera
XƏBƏR LENTİ
16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:15Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...18:00Netanyahu və Putin arasında telefon danışığı baş tutub17:40Bakının mərkəzində YANĞIN17:23Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini17:12Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib17:02Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY16:52Ürəyi zəif olanlar baxmasın: uşaq hamının gözləri qarşısında... - ANBAAN VİDEO - FOTO16:30Yeni Ramanada quru ot sahəsi yanır16:17Yunanlar narahatdır: Türkiyə hər şeyi məhv edəcək!15:48Tələbələr Bakıda kirayə ev tapmırlar - Qiymətlər də "günahkar" deyil15:45İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat15:43Cəbrayıl rayonundan olan bir qrup həkim məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirib15:41Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX15:40Bakıda süpürgəçilər ölümdən döndü — VİDEO14:59Sabaha olan hava proqnozu AÇIQLANDI14:56Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI14:45BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi14:41Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir14:39Aqrar sektora “ikinci nəfəs”?13:23Göyçayda evdən 14500 manat oğurlandı13:14“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar12:45Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO12:28Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…12:07Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu11:20Baş nazirdən tikinti ilə bağlı vacib qərar10:38Elektrik qatarlarından istifadə edənlərin nəzərinə10:28Əgər pullar Cargill şirkətinə gedibsə Beynəlxalq Bank niyə bu şirkətə borclu qalmalıdır?10:09"Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb09:42Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür17:29Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi17:25"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM17:20İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL17:12Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO17:10Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı12:14Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - GİLEY11:05FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır10:49“Şirkət sıradan çıxarılarsa, Lerik bundan nə qazanacaq?!” - İş adamından “Relax”a dəstək10:34KTN-nin 4 milyonluq tenderi ilə bağlı yeni faktlar - MÜƏMMA10:20ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL10:06Oqtay Şirəliyevin işçisi ittiham olunur... - "3600 manat pulumu alıb, dələduzluq edib..."09:51“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər09:45Paşinyan narahatdır: Bakının sərhəddə qəfil manevri - GƏLİŞMƏ09:22Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Sağalmaz xəstəliyə görə ordudan tərxis edildi, illərdir əlillik dərəcəsi ala bilmir - Keçmiş hərbçidən prezidentə MÜRACİƏT

08 Ağu 2019, 16:20   
Sağalmaz xəstəliyə görə ordudan tərxis edildi, illərdir əlillik dərəcəsi ala bilmir - Keçmiş hərbçidən prezidentə MÜRACİƏT

Şəki rayonun, Baş Göynük kəndində yaşayan, ordu sıralarından xəstəliyə görə tərxis edilmiş Cəfərov Sarvan Sabir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, social müdafiə naziri Sahil Babayevə, səhiyyə naziri Oqtay Şirəliyevə, müdafiə naziri Zakir Həsənova və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Əvvəlcə xatırlatmaq istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 1992-1996-cı illərdə “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam, 25 iyul 1996-cı ildən hərbi hissədə xidmət etmişəm.

Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərin ən qızğın vaxtlarında(1993-1994) mən bir sürücü kimi hərdən cəbhə bölgəsinə silah-sursat daşımaqla məşğul olmuşam. Elə vaxtlar olurdu ki, idarə etdiyim yük avtomobili cəbhə zonasında olduğu vaxt düşmən artilleriyasının atəşinə məruz qalırdı. Əsasən Fizuli, Beyləqan və Ağdam istiqamətində yüklər daşımışam.

Hərbi xidmət dövründə səhhətimdə yaranan ağrılarla bağlı hərbi hissənin növbətçi tibb məntəqəsində tez-tez müalicə olunmağa başladım. Lakin faydası olmadığı və ağ ciyərlərimdə xəstəlik şiddətləndiyi üçün məni 29 mart 1996-cı ildən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Ploiklinikasına yerləşdirdilər. 3 aylıq müalicədən sonra, 25 iyul 1996-cı il tarixindən hərbi hissə komandirinin 171 N-li əmri əsasında “Hərbi Xidmət Haqqında” AR qanunun 18-ci maddəsinin “B” bəndinə uyğun olaraq (xəstəliyə görə) ordu sıralarından tərxis edilmişəm. Yəni Müdafiə Nazirliyinin Mərkəzi Polikilinasının verdiyi rəy əsasında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

Ordudan tərxis edildikdən sonra Şəki Ağ Ciyərlər xəstəxanasında və vərəm dispanserində indiyədək qeydiyyata götürülmüş və müalicə almışam. Əsas həkimim Sevinc xanım olmuşdur. Sağlamlıq vəziyyətimlə əlaqədar fiziki işlər görə bilmədiyim üçün Şəki Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət edərək, uzun müddət keçirdiyim xəstəliklə əlaqədar əlilliyə çıxmağım və göndəriş almağımla bağlı xahiş etdim. Lakin həkim qeyd etdi ki, sənin xəstəlik kağızların köhnəlib, gərək təzədən 6 ay yatıb müalicə alasan ki, belə bir göndəriş verək. Elə Sevinc xanım da baş həkimin dediklərini təsdiqlədi. Axı mən necə təzədən kənddən gəlib Şəki şəhərində 6 ay müalicə alım? Üç yetkinlik yaşına çatmayan uşaq atasıyam. Yoldaşım işləmir və xəstədir. Ünvanlı Sosial yardım üçün müraciət etmişik. DSMF rəhbərinin imzaladığı 24 yanvar 2019-cu il tarixli cavab məktubunda absurd iddia yer alıb(ailə üzvlərinizin əmək qabiliyyətli olmaması, işsiz kimi qeydə alınması və s. şərtlər). Axı üç azyaşlı uşaq işləyə biməz. Mən də sağlamlığımı ordu sıralarında itirib tərxis olunsam da bu günədək kasıb olduğuma görə əlillik dərəcəsi ala bilməmişəm. İndi necə olsun? Bu mənim günahımdır ki, Azərbaycanın ərazi bütovlüyü uğrunda hərbi xidmət keçdiyim zaman sağlamlığımı itirmişəm. Bu günə qədər də deyirlər ki, sən arxa cəbhədə olduğuna görə əlillik dərəcəsi verilmir. Gərək düşmən gülləsindən ağır yaralanmağım lazım idi ki, bu formada hərbidən tərxis olunacağım halda mənə əlillik dərəcəsi veriləcəkmiş. Çox axmaq məntiqdir.

2017-də 2018-ci illərdə Şəki VİTEK-ə etdiyim müraciətlər də nəticəsiz qalmışdır. Bu vicdansız həkimlər mənə yüz cür bəhanələr uydururlar, kağızların köhnəlib, 6 ay xəstəxanada yatmalısan və s. Axı mən də bu Azərbaycanda yaşayıram. Və yaxşı bilirəm, yaxşı tanıyıram ki, istər Şəkidə, istərsə də Zaqatalada əlillik dərəcəsi alanların sayı digər rayonlarınkından dəfələrlə çoxdur. Bəli, kurort zonası olan bu regionda saxta əlillik dərəcəsi alanlar həddən artıq çoxdur. Amma əksinə olmalı idi. Və çoxu da rüşvətini verib əlillik dərəcəsinə alanda xəstəlik tarixçəsində hansısa xəstəliyinin olması və ya hansısa xəstəxanada yatması barədə bir kəlmə epiqriz yazılmayıb. Özləri də sağlamdırlar. Doğrudur, məsələn bizim rayonda da son 1 ildə belə saxta əlilliyi olanları tapıb, bir neçəsini gözə kül üfürmək üçün “cəzalandırdılar”. Amma bu heç 2 faiz saxtakarlığın aşkarlanması da deyil. Əgər ƏƏSSM saxta əlilliklə bağlı faktları aşkarlamışdısa, niyə o zaman bir dənə də olsun vicdansız həkim komissiyasının üzvləri cəzalanmadı? Ona görə ki, nazirliyin komissiyası maddi marqaların təmin olunması müqabilində üzə çıxardıqları sənəd saxtakarlığı, dövlət büdcəsinin mənimsənilməsi faktları hüquqi qiymət verilməsi üçün prokrurorluğa göndərilmədi. Deməli, “Ayının min oyunu varmış, bir armudun başında” zərb məsəli yerinə düşür. Nazirliyin bu işə rəhbərlik edən daxili audit şöbəsi saxta əlillik məsləsilə bağlı sonda aşkara çıxardığı və rəsmiləşdirdiyi rəqəmlərdən aydın olur ki, respublika üzrə saxta əlillik dərəcəsi almış 30-40 nəfər varmış və bunalara da ödənilən cəmi 3 milyon manat pulun yenidən büdcəyə qaytarılması təmin olunmuşdur. Bərəkallah!

ƏƏSMN- yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətin rəis müavini xanım Gülnarə Hacıyeva isə imzalandığı 26 aprel 2019-cu il tarixli cavab məktubunda bildirir ki, “vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göstərişi ( forma 088) əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qimətləndirilməklə müəyyən edilir. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişiklikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyildir”. Beləliklə siz Hərbi-Həkim Komissiyasının xəstələnmənin səsbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyətiniz sizin iştirakınız olmadan qiymətləndirilib, müvafiq qərar veriləcəkdir”.

Elə mən də bunu istəyirəm. Nəyə görə illərdir ki, rayon həkim komissiyasına ayaq döyürdüm? Hərbi Həkim Komissiyasının rəyi də xəstəliklə bağlı dispanserdə qeydiyyatda və vaxtaşırı müalicə almağım da ortalıqdadır. O zaman qoy forma 088-i yazıb göndərsinlər. Bəs biz nə istəyirik? Belə süründürməçilik və vicdansızlıq olmaz axı. Bunları əvvəl-axır bir məsuliyyətə cəlb edən olacaqmı? Axı onlar da yaxşı bilir ki, ağır xəstəliyimə görə ordudan tərxis edilmişəm, sağlamlığımı nisbətən qorumaq və ayaq üstə durmaq üçün borca xərcə düşüb müalicə alıram. Həkimlər də yaxşı bilirlər ki, sağlamlığım əldən gedib. Amma...

Mən Azərbaycanın ağır vaxtlarında, 1992-1996-cı illərdə sağlamlığımı ordu sıralarında birdəfəlik itirməmişəm ki, vicdansız məmurlar, həkimlər məni əsassız olaraq qapılarda süründürsünlər. Onlar da çox yaxşı bilirlər ki, xəstəliyim heç vaxt sağalan deyil. Ölməmək üçün dərmanlar qəbul edirəm. O zaman səhiyyə naziri cənab Oqtay Şirəliyevdən və ƏƏSM naziri cənab Sahil Babayevdən xahiş edirəm ki, mənim məsələmə yerli həkimləri və məmurları vicdanla yanaşsınlar, qanundaxilində (istər əlilliklə, istərsə də ünanlı sosial yardımla bağlı) həll etsinlər. Yox edə bilmirlərsə, açıq desinlər ki, sənə 2-ci və ya 3-cü qrup əlillik verə və 088 saylı forma verə bilmərik. Hər şeyin haqqı var. Get ödə, sonra gəl yanımıza. Mən də başımı götürüb ölkədən rədd olum gedim birdəfəlik.

Ali Baş Komandan cənab İlham Əliyev! Sizin biz hərbicilərə, xüsusən də sağlamlığını itirmiş hərbiçilərə qarşı həssas yanaşmağınızın dəfələrlə şahidi olmuşuq. Sizdən çox xahiş edirəm ki, mənim sağlamlığımın hərbi xidmət zamanı itirildiyini və hazırda da əziyyət çəkdiyimi nəzərə alaraq lazımi köməklik göstərilməsi üçün Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə göstəriş verəsiniz. Öncədən təşəkkür edirəm”.
Hurriyyet.org
OXŞAR MÖVZULAR