Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən

12:51 7.08.2019 510
Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən

Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi cəmiyyətdə müsbət qarşılanmaqla paralel, müəyyən gözləntiləri də zəruri etdi. Məlumdur ki, mediada yer alan əksər mülahizələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun istefaya göndərilməsinin zərurəti əks olunur. Bəs bu istefa ilə bağlı mülahizələr nədən qaynaqlanır və nə dərəcə də əsaslıdır?

Yenixeber.org olaraq bu suallara aydınlıq gətirməyə çalışdıq. Əvvəla, daxili işlər naziri postunda 71 yaşlı Ramil Usubovu 51 yaşlı Vilayət Eyvazov əvəz etdiyi kimi, nazirliyin digər rəhbər postlarında da yaşlı kadrların gənclərlə əvəzlənməsi kimi bir gözlənti var. 1970-ci il təvəllüdlü Seyfulla Əzimovun Daxili İşlər nazirinin birinci müavini təyin olunması, 1968 -ci il təvəllüdlü Əbülfət Rzayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunması qeyd etdiyimiz gözləntiləri stimullaşdıracaq faktorlardır. Bu iki təyinat göstərir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində daha gənc kadrların önə çəkilməsi davam edəcək.

Bu zaman ilk diqqəti çəkənlərdən biri isə heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Cənab Zeynalovun 68 yaşı bir neçə ay əvvəl tamam olub və düz 25 ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir. Xatırladaq ki, Ramiz Zeynalov məhz 1994-cü ilin bu ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi təyin olunub. 25 il ərzində Ramiz Zeynalovun fəaliyyəti ilə bağlı ictimai rəy yumşaq desək birmənalı deyil. İlk öncə onu qeyd edək ki, Dövlət Yol Polisi sovet sisteminin ən çox korrupsiyalaşmış sistemi olan Dövlət Avtomobil Müffətişliyinin şinelini üzərindən ata bilsə də, prinsipləri dəyişməz oldu. Dövlət Yol Polisində ümüd edilən islahatların olmaması səbəbindən narazılıq kütləviləşdi. Kütləvi dediyimiz narazılıq isə bu qurumun bütün fəaliyyət sahələini əhatə edir: istər patrul xidmətləri olsun, istərsə də, qeydiyyat-imtahan şöbələri.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin fəaliyyət dairəsi çox genişdir. Bu dairədə sürücülük vəsiqələrinin verilməsi, mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatına alınması, nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi kimi vəzifələr sıralanır. Bu vəzifələr Bakı və Naxçıvan Muxatar Respublikası istisna olmaqla 11 qeydiyyat-imtahan şöbəsi tərəfindən həyata keçirilir. Onların hər biri ilə bağlı mediada kifayət qədər tənqidi fikirlərə, bəzən isə daha da sərt ittihamlara rast gəlinir.Bu narazılıqlarla bağlı konkret faktlara istinadla qarşıdakı günlərdə ətraflı yazacağıq. (Yenixeber.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO