Onun yarıtmaz fəaliyyəti əsas tribunaya qədər daşınırsa... - Vüsal Kərimli ancaq pul silməyi bacarır...

13:57 6.07.2019 581
Onun yarıtmaz fəaliyyəti əsas tribunaya qədər daşınırsa... - Vüsal Kərimli ancaq pul silməyi bacarır...
Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan “Nəsillərin debatı” proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib.

Belə ki, iyun ayının 27-də efirdə yayımlanan proqramda Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti tənqid hədəfinə çevrilib və qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədikləri bildirilib.

Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını və telefon zənglərinə belə cavab vermədiklərini vurğulayıb:

“Çox maraqlıdır ki, biz Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına dəfələrlə zəng vurmuşuq. Lakin onlar verilişə dəvət alsalar belə, verilişimizə gəlməkdən çəkindilər. Hətta onların ”çağrı mərkəzi" də var ki, zənglərə cavab vermir. Hər hansı məsələyə aydınlıq gətirilməsini istədikdə, çəkinirlər, heç bir cavab vermək istəmirlər. Yəni biz çalışırıq ki, televiziya olaraq məsələni gündəmə gətirək, onların səlahiyyətində olan məsələlərə işıq salsınlar. Lakin problemlər çözülməmiş qalır".

Son zamanlar sosial şəbəkələrdə də Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt şəkildə tənqid edilir. Xüsusilə də nəzarət kameraları quraşdırılıb, sürücülər cərimələndikdən sonra bu kimi tənqidlər daha da genişlənib. İnsanlar iddia edirlər ki, BNA əməkdaşları sürücüləri qanunsuz yerə cərimələyir. Bunun üstünə maşınların evakuasiyası məsələsi də aktuallaşınca BNA-nı tənqid edənlərin sayı bir qədər də çoxalıb.

Şikayətlər eyni zamanda ictimai nəqliyyatdakı problemlərlə bağlıdır. Xüsusilə də Bakı kəndlərində avtobus çatışmazlığı, mövcud avtobusların yararsız vəziyyətdə olması sərnişinlərin ciddi narazılığına səbəb olur. BNA tərəfindən verilən açıqlamalarda plkənin avtobus parkının yenilənəcəyi söylənilsə də, ekspertlər bildirirlər ki, proses hələ də arzu olunan səviyyədə getmir.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, BNA vətəndaşlara xidmət etməkdən daha çox, nəzarətedici quruma çevrilib:

“Sürücülərə qarşı artıq BNA cəza tətbiq edən qurum kimi çıxış edir. Əslində isə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində bir ekspert olaraq mən də ciddi irəliləyiş və dönüş görmürəm. Təbii ki, bu səbəbdən də haqlı narazılıqlar əmələ gəlir. Xüsusən də son zamanlar BNA-nın fəaliyyətindən daha çox şikayətlər var. Həmin şikayətlər cərimələrin tətbiqi ilə bağlıdır. Bu qurumun özü də deyərdim ki, son aylarda elə cərimələrin tətbiqi məsələsi ilə gündəmə gəlib, yadda qalır. Artıq qurum bir qədər tarixə də baş vurub, evakuatorları yenidən ortaya gətirib. BNA fəaliyyətə başlayan zaman nəqliyyat vasitələrinin evakuasiyası prosesi dayandırılmışdı. Artıq geri - pis təcrübəyə dönüş edib, yenidən saxlama, durma qaydalarını pozan nəqliyyat vasitələrini evakuasiya edirlər. Bu məsələnin özü də ciddi narazılıqlara səbəb olub. İnkişaf etmiş və ya az inkişaf etmiş dövlətlərdə nəqliyyat vasitələrinin evakuasiya olunması prosesi yoxdur. Vətəndaş ailəsi ilə haradasa dincəlirsə, gəzirsə və qeyri-düzgün parklanma edibsə, avtomobilini aparırlar. Bu adam istirahətə çıxdığı halda, problemlər qarşı-qarşıya qalır, maşını axtarmalı olur. Bütün bunların hamısı geri - pis təcrübəyə dönüşdür, yenilik deyil. Avtobus parklarının yenilənməsində də deyərdim ki, irəliyə doğru hansısa addım atılmır. Sərnişin daşıyan avtobusların qrafikində tez-tez problemlər yaranır”.



Ekspert bildirib ki, kanalı, ekspertləri bir kənara qoysaq, vətəndaşlar da qurumdan narazıdırlar:

“Narazılığın səbəbi də yuxarıda qeyd etdiyimiz məsələlərdir. Sözsüz ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı haqlı narazılıqlar çoxdur. Çünki onların fəaliyyəti qeyri-ciddi nüanslarla yadda qalır. Əslində isə bu qurumun görməli olduğu iş nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, vətəndaşlara daha çevik, rahat xidmətin təşkilidir. Önəmli olan budur və Bakı Nəqliyyat Agentliyinin də fəaliyyətinin ana xətti bundan ibarət olmalıdır. Bir zamanlar cərimələri Dövlət Yol Polisi tətbiq edirdi. İndi isə Bakı Nəqliyyat Agentliyi bu işi həyata keçirir. Mən tamamilə inkar etmirəm. Sözsüz ki, mümkün deyil ki, sürücülər də necə gəldi park edib, istədikləri kimi avtomobil idarə etsinlər. Sürücülər arasında da yetərincə qaydaları pozanları var. Ancaq ümumilikdə təsadüf nəticəsində də qaydaları pozanlar az deyil. Xüsusilə də bu, parklanmaya aiddir. Hesab edirəm ki, məsələ Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti daxilində olmalı deyil. Əgər ölkədə polis fəaliyyət göstərirsə, belə bir sistem varsa, səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi başadüşələn deyil. Bu səlahiyyətlərin hesab edirəm ki, Dövlət Yol Polisinin səlahiyyətlərində saxlanılması daha düzgün və faydalı olardı. Xidmət göstərən dövlət orqanından çox Bakı Nəqliyyat Agentliyi cəza tətbiq edən orqan kimi yadda qalmağa başlayıb. Ona görə də narazılıqlar getdikcə artır. Bu narazılıqların içərisindən isə kifayət qədər haqlı və ciddi məqamlar tapmaq olar”.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO