Azərbaycan təhsilində “Avropa standartları”: Liseydə apelyasiya fırıldağı - İTTİHAM

17:14 4.07.2019 485
Azərbaycan təhsilində “Avropa standartları”: Liseydə apelyasiya fırıldağı - İTTİHAM

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də “istirahətə getmək” fikrində deyil. Daha doğrusu həmin problemləri yaradanlar ictimai fikrə,dövlət siyasətinə məhəl qoymadan öz bildiklərini etməkdədirlər. Təhsil sahəsində bu tendesiyanı qoruyub saxlayanlar isə daha təhlükəlidirlər. Çünki, ümummilli əhəmiyyət daşıyan,bilavasitə xalqın və dövlətin gələcəyinə hesablanan təhsil sektorunda hərc-mərcliyin,dərəbəyliyin hökm sürməsi yaxşı heç nə vəd etmir.
Rubrika.az saytına Bakı Avropa Liseyində baş verənlər barəsində ilginc məlumatlar daxil olub. 1991-ci ildən fəaliyyət göstərən lisey ölkəmizdə kifayət qədər tanınan təhsil ocaqlarından biridir. Liseyin direktoru Zülfiyyə Veysova da bu sahədə tanınmış simalardan hesab olunur.Lakin, 27 ildir ki, Liseyə rəhbərlik edən Zülfiyyə xanım öz davranışları və çıxışları ilə heç kimə məhəl qoymadığını, az qala özünü Azərbaycan təhsilinin memarı, ideoloqu hesab etdiyini sərgiləyir. Verilən məlumatlara görə daha çox kobud,qaba rəftarı ilə tanınan xanım direktor Azərbaycanda yeganə dürüst, obyektiv təhsil ocağı olduqlarını iddia edir, heç kimlə hesablaşmır, hər kəsə meydan oxuyur. Onun iddiasına görə Azərbaycanda Mehriban xanım tərəfindən aparılan təhsil siyasəti sıfra bərabərdir. Yəni iddiasına görə bildirir ki, Azərbaycanda təhsil sistemində yalnız və yalnız onun rəhbərlik etdiyi liseydə rüşvət yoxdur. Redaksiyamıza daxil olan məlumatlar Zülfiyyə xanımın liseyində heç də hər şeyin deyildiyi qədər dürüst və obyektiv olmadığı qənaətini yaradır.
Rubrika.az saytına verilən məlumata görə Liseydə 1-ci siniflərə keçirilən qəbul prosesində obyektivlik prinsipləri pozulub. İlk öncə ondan başlayaq ki, imtahan prosesində şagirdlər karandaşdan istifadə ediblər.(?) Yəqin ki, dünya praktikasında ilk dəfə Avropa liseyində karandaşla imtahan prosesi təşkil edilib. “Poz-qazan” lotoreyasını xatırladan imtahan prosesinin karandaşla keçirilməsi ona istənilən müdaxilənin mümkünlüyünü göstərir.

Əsl həngamə isə “poz qazan” imtahanlarından sonra başlanıb. Belə ki, imtahandan keçməyən şagirdlərin valideynlərinin telefonuna apelyasiya şikayəti ilə bağlı mesaj göndərilib və bunun üçün gün təyin edilib. Lakin, apelyasiya şikayəti də imtahandan fərqlənməyib. Belə ki, hər hansı bilik yoxlaması keçirilmədiyi halda tanışlıq söhbəti aparılıb. Bu zaman isə yalnız lisey rəhbərlərinə məlum olan kriteriyalara cavab verənlərin şikayəti təmin olunub. Digərləri isə ən sadə dillə desək “yola verilib.” Yəni lisey rəhbərliyinin apelyasiya adı altında təşkil etdiyi bu şou nəticəsində qeyd etdiyimiz kimi bir qrupun maraqları təmin edilib və bu zaman Zülfiyyə xanımın çox sevdiyi obyektivlik və aşkarlıq prinsiplərinə heç də riayət olunmayıb. Baş verənlər valideynlərdə haqlı olaraq narazılıq doğurub və əsaslı şübhələr yaradıb. Zülfiyyə xanımın “Avropa standartları” artıq ciddi narazılıq yaradıb.
Şikayətçilər Azərbaycan təhsilinin böyük hamisi Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova və Bakı şəhər İH başçısı Eldar Əzizova müraciət edərək Liseydə baş verən şübhəli əməliyyatlara son qoyulmasını, aşkarlıq və obyektivliyin təmin olunmasını tələb edirlər. Özünü Azərbaycan təhsilinin flaqmanı,ideoloqu hesab edən Z.Veysovanın hərəkətləri bu sahədə aparılan islahatlara, görülən ölçüyəgəlməz işlərə kölgə salır. “Təhsilimizə sırınan “Avropa standartlarına” son qoymağın vaxtıdır” deyən şikayətçilər aidiyyatlı qurumları qəti tədbirlər görməyə səsləyirlər!Məlumat üçün bildiririk ki, bu təhsil ocağının əsl sahibinin Zülfiyyə Veysova olmadığı bildirilir. Hətta Z.Veysovann Amerika fəaliyyəti ilə bağlı qaranlıq təəssüratlar üzə çıxmaqdadır. Bu barədə araşdırmalarımızı davam etdiririk.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO