Əkbər Hacıyev ətrafında MÜƏMMA... - İDDİA

11:54 24.06.2019 446
Əkbər Hacıyev ətrafında MÜƏMMA... - İDDİA

Ötən gün Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxil edilib.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş nazir qeyd edib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları, bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir. Baş nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Maraqlıdır, “Azəriqaz” bu müddət ərzində nöqsanları aradan qaldırmaq üçün hansı işləri görüb?

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, hasilat sənayesindəki çatışmazlıqlar dəfələrlə tənqid olunub:

“Cərimələrin tətbiqində, sayğac plomblarının qırılmasında ciddi nöqsanlar var. 2003-cü ildə Heydər Əliyevin imzaladığı fərmanla Dövlət Neft Şirkətinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə ARDNŞ strukturuna dəyişikliklər edildi. Təəssüflər olsun ki, bu qərara biganə münasibət bəsləyən Energetika Nazirliyi, SOCAR və “Azəriqaz” rəhbərləri cəzasız qalıblar. Hesab edirəm ki, struktur islahatları işinə məsuliyyətsiz yanaşdığı üçün ilkin olaraq Energetika Nazirliyindən başlanmalıdır. Çünki digər qurumlar Energetika Nazirliyinə tabedir. Eyni adamlar vəzifədə qalıb eyni siyasəti davam etdirirlər. Ekspertlər dəfələrlə vurğulayıblar ki, problemlərin həll edilməsi üçün “Azəriqaz” SOCAR-ın tabeçiliyindən çıxarılmalıdır. Hasil edənlə satan bir əldə cəmləşə bilməz, bu qeyri-mümkündür. Heç bir ölkədə bu təcrübə yoxdur. Satışla məşğul olan bir yox, bir neçə qurum olmalıdır. Özəl qurumların satışla məşğul olması daha məqsəduyğun olardı. Neçə ki, “Azəriqaz” SOCAR-ın tərkibində qalır, vəziyyət belə də davam edəcək”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Hesablama Palatası “Azəriqaz”da apardığı yoxlamanı səbəbsiz dayandırıb:

“Palata yoxlamanı dayandırmasına aydınlıq gətirmir. Ümumiyyətlə, bu gün əhali təchizatın və xidmətin yaxşılaşdırılmasından hələ də xeyir görməyib. Qış mövsümü başlayan kimi, daha çox çətinliklər ortaya çıxır. Birmənalı olaraq bu gün ölkədəki qaz itkisi 20-30 faizə çatır. Ölkə ərazisində qazlaşdırma tam başa çatmayıb. Son 3 ildə SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə ölkə başçısı qarşısında çıxış edəndə deyir ki, artıq ölkə ərazisi üzrə qazlaşma 93 faizdir, ilin axırınadək 95 faizə çatacaq. Tam dəqiqliyi ilə deyə bilərəm ki, ölkə ərazisi üzrə nə 93, nə də 95 faiz qazlaşma var. Bu gün müxtəlif rayonlardan verilən məlumatlardan bəlli olur ki, kəndlərin çoxunda qazlaşma yoxdur, yaxud da boruları çəkiblər, işlər yarımçıq qalıb”.

Mirvari Qəhrəmanlı hesab edir ki, qaz itkisinin qarşısını alacaq heç bir tədbir görülmür:

“Bu itkini əhaliyə tətbiq olunan cərimələr hesabına kompensasiya edirlər. 2017-ci ildə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun imzaladığı bir sənəd hazırladı. Bu, cərimələrin tətbiqi ilə bağlı bir sənəd idi. Əgər həqiqətən də, sayğacdankənar istifadə müşahidə olunsaydı və ya abonent tərəfindən tutulan digər bir səhv aşkarlansaydı, o zaman “Azəriqaz”a 3 aylıq dəymiş ziyan ödənilməli idi. Yəni abonent 3 ay ərzində nə qədər qaz istifadə edibsə, bu əsasla da cərimə tətbiq olunurdu. SOCAR bu qərarı daxili əmrləri ilə 6 aya qədər uzatmışdı. Artıq 6 ayı qaldırıb 3 ay ediblər. Bəlkə də bəzi yerlərdə cərimələr 6 aylıq dəymiş ziyanla hesablanır. Rayonlarda özbaşınalıqlar var.

Bütün bunların kökündə qohumbazlıq durur. Təəssüflər olsun ki, bu şəbəkədə “Azəriqaz”da o dərəcədə inkişaf edib ki, əgər o zəncirin biri qırılsa, çox adam işdən çıxarıla bilər. Ölkə başçısının apardığı islahatlar hasilat sənayesinə tətbiq olunmalıdır. SOCAR biznes quruma çevrilməli, onun tərkibindən artıq qurumlar çıxarılmalı, müqavilə ilə işləməlidir. “Azəriqaz”da yenidənqurma işləri aparılmalı, təcrübəli kadrlar işə cəlb olunmalıdır. Hər yoldan keçəni rəhbər, idarə rəisi təyin etmək olmaz. Sadaladıqlarım gözlənilənlərin 10 faizidir. Əgər bunlar baş verməsə, bunun birinci adı prezident sərəncamlarına sayğısızlıq olur. Ümumiyyətlə, prezidentin sərəncamına reaksiya verilmir, buna görə də qurum rəhbərləri ciddi cəzalandırılmalıdır. Bir sözlə, “Azəriqaz” fəaliyyəti ilə əhalinin sosial durumunun pisləşməsinə xidmət edir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO