"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

11:41 18.06.2019 1 745
"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

İllərdir ölkənin şirniyyat bazarında at oynadan AZZA Şirniyat Evində baş verənlərlə bağlı Bizimxeber.az-a olduqca maraqlı məlumatlar daxil olub. İnsanların hər gü bəh-bəhlə yediyi AZZA şirniyyatları necə hazırlanır və işçilər hansı problemlər yaşayır?

Bizimxeber.az-a daxil olan məlumatlardan görünür ki, AZZA-da çalışan işçilərə qarşı münasibət fərqlidir. İşçilər müqavilədə göstərilən iş saatından artıq işlədilir, əvəzində isə əlavə ödəniş almır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı — müddəti Əmək Məcəllsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda, gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda, gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Bəs, AZZA-da necədir? Bizə daxil olan fotolardan da görünür ki, bu şirkətdə işçilər 7 gün ərzində 53 saat işlədilir. Bayramlar da daxil. Bu isə qanunların kobud şəkildə pozulması ilə yanaşı, istismar deməkdir.

Təəssüflər olsun ki, AZZA-da dövlətin daha bir qanunu da kobud şəkildə pozulur. Şirkət 1 il ərzində işçini 21 gün məzuniyyətə göndərməli olduğu halda ,14 gün göndərir və ödəniş tam ödənilmir. Haqqını tələb edən insanlar narazı salınır, uzaqlaşdırılır, yaxud get-gələ salınır. Hər kəsə bildirilir ki, bu qaydaları rəhbərlik təyin edib. Rəhbərlik kimdir? Sahibkar Zöhrab Aslanov…

Əcəba, şirkət rəhbərliyi parlamentdə qəbul olunan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini nədən pozur? Bunlar azmış ki, hansısa səhv səbəbindən yaranmış xırda məsələyə görə, işçinin əmək haqqından niyə pul tutulur? Təki, AZZA ziyan etməsin? 300-400 manata 30 gün işlədilən işçinin əmək haqqından 30 manatın tutulması bilirsinizmi nə deməkdir? Bu barədə konkret faktlar mövcuddur.

Bəs, AZZA rəhbərliyi məhsulların keyfiyyəti necədir? Hər yerdə birinci olduqlarını ağızdolusu deyənlər o qədər də ucuz olmayan tort və şirniyyat məhsulların keyfiyyətinə necə zəmanət verir?

"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

Buzxanada saxlanılan torlarlamı, yoxsa, adicə Makarons şirniyyatlarının bisirilmə vaxtını 1-2 saat irəli-geri çəkməkləmi, yoxsa tam keyfiyyətləmi? Kiloqramı az qala 12 manata satılan Makarons şirniyyatlarının istifadə müddəti niyə bir neçə saat öncədən yazılır? Saat 12-də mağazaya gələn şirniyyatın üzrəində bişirilmə vaxtı necə 13:00 göstərilə bilir?

Həmişə “Siz bizim dükanda heç vaxt saxlama müddəti ötmüş məhsul tapa bilməzsiniz” deyən şirkət rəhbərliyinə bircə sualımız var. Tortlarınızın altındakı istehsal müddəti ilə satışa çıxarılma müddəti arasında neçə gün fərq var? Tort qutularının (poddon) altındakı fərqli tarixlər nəyi demək istəyir? Bəlkə doğrudan da bu belə olmalıdır…

Daha bir məlumat budur ki, AZZA-da torlar buzxanada dondurularaq saxlanılırmı? Bu barədə müştərilərə məlumat verilirmi? Müştəri bilirmi ki, sifariş verdiyi tort 2-3 və ya 10-15 gün əvvəl bişirilib buzxanada saxlanılıb? Yoxsa müştərilərə vaxt təyin edib, pulunu alıb yola salırsız ki, sabah yeni bişmiş tortu gəlib apararsız?

"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

Bəzən AZZA torlarının içərisindən kiçik sellofan çıxır. Bilirsinizmi bunlar nədir? Bu faktlara AZZA rəhbərliyi aydınlıq gətirsə daha yaxşı olar. Əslində şirniyyat məhsullarının, əsasən də tortların 21 gün saxlanması mümkündür.

Bizimxeber.az-a daxil olan məlumata görə, AZZA-nın buzxana hissəsində çalışan işçilərin telefonları əllərindən alınır ki, foto, video çəkilişləri apara bilməsinlər.

"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA

Məlumat üçün bildirək ki, AZZA Şirniyyat evi sahibkar Zöhrab Aslanova məxsusdur. Həmçinin Zöhrab Aslanov “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinn sahibidir.(Bizimxeber.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO