Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…

11:59 12.06.2019 445
Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…

Məlum olduğu kimi, bir müddət əvvəl ölkənin bank sektoru ilə əhali arasında ciddi problem yaranmışdı. Ölkədə baş verən gözlənilməz iki devalvasiya hadisəsindən sonra əhalinin çox böyük bir təbəqəsi dollarla olan kreditləri banklara geri qaytarmaqda çətinliklər çəkdi. Bunun da nəticəsində ölkədə problemli kreditlərdən əziyyət çəkən böyük bir vətəndaş ordusu yarandı.

Həmin müddət ərzində banklar əhaliyə heç bir güzəşt etməmək yolunu tutdular. Onlar əhalidən müxtəlif üsullarla pullarını geri almaq üçün baş sındırırdılar. Bunların heç biri fayda vermədikdə isə vətəndaşlar məhkəmələrə verilirdi. Həmin müddət ərzində əmlakı müsadirə edilən, hətta krediti ödəmədiyinə görə həbsə salınanlar da olub. Nəhayət, problemin ciddi xarakter aldığını görən ölkə rəhbərliyi bu məsələyə əncam çəkmək yolunu tutdu. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə vətəndaşların kredit borcları ilə bağlı ciddi güzəştlər tətbiq edildi. Devalvasiyadan sonra bankların əhalidən aldığı pulun böyük hissəsi kompensasiya şəklində vətəndaşlara qaytarıldı.

Ancaq buna qədərki dövrü tədqiq edəndə məlum olur ki, banklar onlara borcu olan vətəndaşlara qarşı çox böyük qanunsuzluqlara yol veriblər. Belə hərəkətlərin də əksəriyyəti vətəndaşla bank arasında borcun alınması üçün istifadə edilən kollektor şirkətlər tərəfindən edilib. Həmin vaxt ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı dəhşətli nüanslar ortaya çıxırdı. Edilən şikayətlərdən məlum olurdu ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlmək və başqa qanusuz üsullarla pulu tələb edirdilər. Ən maraqlısı isə budur ki, banklar bu qanunsuz fəaliyyətə qoluzorlu idmançıları, hətta bir neçə dəfə residiv əməl törətmiş keçmiş məhkumları da cəlb edirdilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslər borclu vətəndaşlara qarşı olmazın cinayətlər ediblər. Borclu olan xanımları ofisə dəvət edib, onlara qarşı nalayiq hərəkətlərə yol verib, sonra videoya çəkib, “borcunu qaytarmasan bunu yayacayıq” deyənlər də olub. Vətəndaşı yolun ortasında avtomobilindən düşürüb, sonra döyüb avtomobilini əlindən alanlar, heç bir məhkəmə sanksiyası olmadan, borclunun evinə girib istədiyi əşyanı götürüb aparanlar da qanunsuz fəaliyyət göstərən banka məxsus qoçu dəstələrin əməlləri sırasına aiddir. Maraqlıdır ki, ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan həmin qurumlar edilən şikayətlərə baxmayaraq, hər hansı məsuliyyətə də cəlb olunmurlar. Bu sahənin ekspertləri hesab edirlər ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslərin əməlləri qanunsuzdur. Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olurlar. Həm banklar haqqında qanuna, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında, kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor qurum olaraq bunların heç birinə aid deyil. İlk növbədə burada bank sirri pozulur. Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Xarici ölkələrin iş prinsiplərindən məlumdur ki, hər kəs kollektor işi ilə məşğul ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, residivist cinayətrkarlar deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlardan borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng etmək hüququna malikdir, necə danışmalıdır və sair. Hətta orada vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Hətta ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan, kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Problermli kreditlərin mövcudluğunun ən qızğın vaxtında kollektorlar borcluların başına min oyun açıb və təəssüf ki, bütün bunlar cəzasız qalır. Kollektorların müştərilərin başına açdığı oyunlara hansı formada hüquqi qiymət verilməlidir?

Aydın Hüseynov: “Belə hərəkətlər olubsa…”
Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşların problemini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılıb: “Bilirsiniz ki, Prezidentin müvafiq fərmanı ilə 10 min dollara kimi borcu olan vətəndaşlarla bağlı çox humanist addım atıldı. Bununla bağlı olan bütün prosedurlar birtərəfli qaydada ləğv edildi. Hətta problemli kreditlərlə bağlı məhkəmələrin gedişinə belə son qoyuldu. O ki, qaldı bankların həm keçmişdə, həm də indiki dönəmdə öz borclarını qanunsuz üsullarla tələb etməsinə, bu yolverilməzdir. Banklarımız bu cür məsələlərdə qanuni tələblərə riayət etməlidirlər. Vətəndaşın bank qarşısında hər hansı öhdəliyinin olması heç də o anlama gəlmir ki, ondan pulu qanunsuz elementlərin təzyiqi ilə almalısan. Bunun üçün qanunun tələbləri mövcuddur. İnsanı hədələmək, şantaj etmək isə cinayətdir. Banklar çalışmalıdırlar ki, müştəri ilə dil tapsınlar. Ölkə rəhbərliyi belə humanist addım atırsa, banklar nədən sərt və hətta cinayət üsullarından istifadə etməlidir? Bu heç də o demək deyil ki, müştərilər də götürdüyü öhdəlikləri yerinə yetirməkdən əsaslı səbəblər olmadan boyun qaçırmalıdırlar. Vətəndaşa hədə-qorxu gəlmək, onunla başqa üsullarla danışmaq qəti şəkildə yolverilməzdir. Belə hərəkətlər olubsa, onu edənlər, mütləq mənada, qanun qarşısında cavab verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO