4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb - GİLEY

12:17 4.05.2019 475
4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb - GİLEY

İnternet resurslarında vaxtilə Çində çəkilmiş bir şəkil tez-tez yayılır və təkrar-təkrar tirajlanır. Şəkildə bir həyət evi və onun sağından, solundan qövs cızaraq keçən 8 zolaqlı avtoban əks olunub. İzah verilsə də, verilməsə də, açıq şəkildə görünür ki, bu evin sahibi öz evini avtomagistal çəkənlərə satmayıb (bağışlamayıb), yol inşaatçıları isə vətəndaşın mülkiyyət toxunulmazlığını əsas götürərək yolu evin hər iki tərəfindən yan ötməklə çəkiblər.

Söz yox ki, Çin hökuməti bu şəkildən təbliğat məqsədilə, Çində şəxsi mülkiyyətə nə dərəcədə böyük önəm verildiyini dünyaya göstərmək üçün istifadə edirlər. Çünki Çini idarə edənlər bilirlər ki, bir dövlətin reputasiyasını müsbət edən bir neçə faktordan biri də onun vətəndaşın şəxsi mülkiyyətinə qoyduğu hörmət, verdiyi təminatdır.

Fəqət biz bu məsələdə döşümüzə döyə bilmərik. Çünki bu sahədə problemlər var. Az qala hər ay vətəndaşlar şəxsi mülklərinin dəyər-dəyməzinə əllərindən alındığı, zorakılıqla söküldüyü, tikinti şirkətləri tərəfindən lazımi qədər kompensasiya verilməməsi ilə bağlı məhkəmələrə, mətbuata müraciətlər edirlər.

4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb - GİLEY
Belə şikayətçilərdən biri də İsgəndərov Qafar Bədəlxan oğludur.

Qafar İsgəndərov həkimdir. O, artıq 4 ildir ki, Səudiyyə Ərəbistanında, Kinq Khalid xəstəxanasında ümumi cərrah-konsultant vəzifəsində işləyir. Qafar həkim öz sahəsi üzrə yüksək dərəcəli mütəxəssis olduğundan aylıq məvacibi yüksəkdir – bizim pulla 15 min manatdan çox (Səudiyyə Ərəbistanı riyalı ilə götürsək – 28 min 750, ABŞ dollarıyla – 9 min). Bu detalın qeyd olunmasının vacibliyi sonrakı abzaslarda bilinəcək.

Q.İsgəndərovun şikayəti ondan ibarətdir ki, onun Bakı şəhərinin Nəsmi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi 25\27 ünvanında yerləşən evi “Regal” MTK tərəfindən ona xəbər vermədən sökülüb-dağıdılıb. Həmin vaxt o, Səudiyyə Ərəbistanında olub. Evdə isə müvəqqəti olaraq onun dostu yaşayırmış (əşyalarla dolu ev boş qalmasın, oğrulara şikar olmasın deyə).

Ev sökülməzdən əvvəl tikinti şirkətinin rəhbərliyi aprel ayında Qafar İsgəndərovla telefonda danışıb, tərəflər may ayında, həkimin Səudiyyə Ərəbistanından Bakıya qayıtdığı zaman görüşmək və evin şirkətə satılmasına dair müqavilə bağlamaq haqqında razılığa gəliblər. Ancaq şirkət Q.İsgəndərovun - mülkün qanuni sahibinin Bakıya dönüşünü gözləmədən, mayın 16-da evi söküb-dağıdıb, əşyaları talan və məhv edib. “Regal” şirkəti yalnız ertəsi gün, mülkün yerini düzlədikdən bir sutka sonra, mayın 17-də Qafar İsgəndərovun həmin ünvanda qeydiyyatda olan qızıyla müqavilə bağlayıb. Dostu söküntü barədə Qafar həkimə məlumat verib, o da başqa bir yaxın adamına həmin yerə getmək tapşırığı verib, ancaq iş görən fəhlələr hadisə yerinə gələn vəkil edilmiş şəxsləri oradan uzaqlaşdırıblar.

Ona görə də Q.İsgəndərov ölkəyə qayıdaraq mülkiyyət toxunulmazlığı hüququnun pozulduğunu əsas götürərək məhkəməyə müraciət edib. Notariusda bağlanmış saxta müqavilə məhkəmə qərarı ilə ləğv edilib, çünki bu müqavilə mülkiyyətin sahibi və qeydiyyatda olanlarla birlikdə bağlanmalıydı. Ancaq sonrakı məhkəmələrdə nəinki cavabdeh şirkət, hətta məhkəmə heyəti də həmin ləğv edilmiş saxta müqaviləyə istinad ediblər.

Beləliklə, məhkəmə uzandıqca uzanıb. Bu zaman Q.İsgəndərov məcburi qaydada Səudiyyə Ərəbistanındakı işindən möhlət götürərək dəfələrlə Bakıya gəlib-gedib, aylarla mülk davası aparıb, evin sahəsinin, özünün, əşyalarının qiymətləndirilməsi üçün dəfələrlə ekspertiza və qiymətləndirmə apartdırıb. Bu müddətdə onun xərcləri artdıqca artıb – uçuşlar, otellərdə gecələmələr və s.

4 ildir Səudiyyə Ərəbistanında işləyən, ildə 180 min manat maaş alan həkim öz vətənində evsiz-eşiksiz qalıb - GİLEY
Hazırda Qafar İsgəndərov Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək qaldırdığı məhkəmə iddiasında ona dəymiş ziyanın toplam məbləğinin 427 min 610 manat dəyərində olduğunu göstərib.

Bu məbləğə daxildir: evin dəyəri – 253 min manat, məhv edilmiş ev əşyalarının dəyəri – 25 min 710 manat, evdə olmuş və söküntüdən sonra yoxa çıxmış qızıl-zinət əşyalarının dəyəri – 120 min manat, Məhv edilmiş elmi araşdırmaların və müxtəlif hüququ sənədlərin dəyəri – 28 min 900 manat.

Bundan başqa, İsgəndorv məcburiyyət qarşısında qalaraq peşə fəaliyyətində fasilələr etdiyi üçün itirdiyi məvacibin dəyərini də özünə vurulmuş maddi ziyan sayır və bu da toplamda 54 min manat edir. Əlavə olaraq, onun məcburən cəlb olunduğu mülk davası zamanı Bakıya gəliş-gedişlərə və otellərdə gecələmələrə sərf olunan vəsaiti toplayanda Q.İsgəndərovun “Regal” şirkətindən yarım milyon manatdan çox pul tələb etdiyi ortaya çıxır.

Qarşı tərəf sahibinin iştirakı və rəsmi razılığı olmadan evin söküldüyünü inkar etmir və kompensasiya ödəməyə hazır olduğunu bildirir. Ancaq şirkətin təklif etdiyi məbləğ Q.İsgəndərovu qane etmir. Onun əsas arqumenti budur ki, ev ikimərtəbəli, yaxşı təmirli olub, yerləşdiyi məkan şəhərin ən bahalı yerlərindən biridir, üstəlik, evdə əşyalar, qızıl-zinət əşyaları, gizli saxlancda pul, elmi və hüquqi sənədlər olub. Şirkət isə ona yalnız evin yerləşdiyi torpaq sahəsinin dəyərini verir.

Q.İsgəndərov bildirir ki, Səudiyyə Ərəbistanında işlədiyi uzun müddətdə yüksək məbləğdə (ayda 15 min manat) məvacib almasına baxmayaraq, yaşadığı ölkənin mövcud durumuna görə aylıq xərcləri çox olmayıb və o, qazancının böyük bir hissəsini toplayıb, həm özünün, həm də qızının rahat gələcəyini təmin etmək üçün nağd pul və qızıl-zinət əşyaları şəklində şəxsi evində saxlayıb və bu mülk sonradan dağıdılıb.

Əslində bu iddiada məntiqi əsas var. Çünki Azərbaycanda elə bir ailə olmaz ki, onun evində qızıl-zinət əşyaları və dar gün üçün yığıb saxladığı pul əmanəti olmasın. Söhbət isə ildə 180 min manat pul qazanan şəxsdən gedir. Onun 4 ildə qazandığı real və halal pul 780 min manatdır. Bundan əvvəl isə o, 25 il öz ölkəsində dövlət və özəl xəstəxanalarda çalışıb.

Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri isə onun iddiasını qismən təmin edir, evin yerləşdiyi torpaq sahəsinin dəyərinin şirkətdən alınaraq iddiaçıya verilməsina dair qərar verir, evin özünün, məhv olan əşyaların, it-bata düşən qızıl-zinət əşyalarının, elmi və hüquqi sənədlərin, eləcə də mülk davası aparıldığı müddətdə itirilən məvacibin və gəliş-gedişə çəkilən xərclərin dəyərini nəzərə almır.

Hətta müqavilədə ona evlə təmin olunana qədər kirayədə yaşamaq üçün cəmisi 250 manat pul ödənilməsi nəzərdə tutulub. Bu pulla isə yalnız şəhərdən 10-15 kilometr kənardakı qəsəbələrdə normal ev tapmaq olar.

Ona görə də Q.İsgəndərov bütün bunlarla razı deyil və məhkəmə instansiyalarını bir-bir keçmək, haqqı təmin olunmasa, beynəlxalq məhkəməyə müraciət etmək fikrindədir.

O, əvvəl-axır qalib gələcəyinə əmindir. Çünki əlində kifayət qədər sənədlər, şəkillər, səs yazıları, məsrəflərinə dair qəbzlər, qaimələr, hər şey var.

Əlbəttə, burası ABŞ-ın Kaliforniya ştatı və ya Çinin Sıçuan əyaləti olsaydı, Qafar həkimin iddiası tam şəkildə olmasa da, tələbinə yaxın şəkildə təmin edilmiş olardı. Ancaq bura Azərbaycandır və burada şəxsi mülkiyyətin toxunulmazlığı məsələsi ilə bağlı münaqişələr hələ dünya standartlarına uyğun şəkildə həll edilmir.

Yenə də gözləyək, görək, Səudiyyə krallığında böyük hörmət qoyulan, əməyi yüksək qiymətləndirilən, indi isə doğma vətənində evsiz-eşiksiz qalan Qafar həkim öz halal haqqını əldə edə biləcəkmi? Özü əmindir ki, şəxsi mülkünün tarmar edilməsi üzündən uğradığı maddi və mənəvi ziyanın bədəlini zərərvuranlara ödətdirəcək.
Musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO