Impera
XƏBƏR LENTİ
22:23Nazirlik işsiz şəxslərin elektron qeydiyyata alınmaları üçün QRAFİK tərtib etdi22:20Əməl etsək, karantin bu tarixdə bitəcək - Baş infeksionist22:16Nazir: “Vətəndaşların sosial ödənişlərində problem olmayacaq"21:41Yazda qış havası: Oğuza qar yağdı - Foto21:38DİN sərxoş halda xidmətə çıxan polislə bağlı açıqlama yaydı - RƏSMİ21:36Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir...21:35Azərbaycanda hansı işçilərin ixtisarı aparılır? - RƏSMİ AÇIQLAMA21:03Bakı küçələrindəki əhalinin yoxlanılması davam edir - Foto20:59Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ20:57Ölkə tamamilə terrorçulardan təmizləndi - Rəsmi20:56"Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama20:32Trampın bu açıqlaması nefti bahalaşdıracaq?20:31Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb20:04Qanuna düzəliş təklif edildi: Bu şəxslər üçün cəza...20:03Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama23:11Saray sakini avtomobilində vəfat edib23:06İşsizlər üçün qeydiyyatla bağlı VACİB XƏBƏR23:00ARB-nin yeni direktoru kollektivə təqdim olunur22:58Postdan qanunsuz keçmək istəyən sürücülər cərimələndi22:32Dövlət Neft Fondu ilin sonuna kimi $4 млрд satmaq niyyətindədir21:38Taksi sürücülərinə fərqlənmə nişanı ilə bağlı ŞAD XƏBƏR21:35Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü21:33Milli Məclis Elman Rüstəmovla bağlı qərar verəcək21:16Bu gün deputatlara yeni sənədlər paylanılacaq21:13Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü21:08Yeni doğulan körpəyə Kovid adı verildi13:42Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi13:14SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA13:13Taksi sürücüsü Fəzail Ağamalını qarət edib, onu 10 il həbs gözləyir...13:09Gürcüstan bazarında pulları ütü ilə dezinfeksiya edirlər13:03Bakıda çoxmərtəbəli binada yanğın zamanı qadın özünü binadan atdı- ANBAAN VİDEO15:29Moskva koronavirusa görə Rusiyada ən yüksək risk qrupunda olan ərazidir11:39Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib11:38Belarus Nurməhəmmədov - Ferqyuson döyüşünə ev sahibliyi edə bilər11:37"Koronavirusdan qorunmaq üçün ər-arvad bir otaqda yatmamalıdır" - Azərbaycanlı alim11:35Güzəştli işıq limiti artırıldı - RƏSMİ21:04Azərbaycanda akademik vəfat etdi17:32Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq17:24Bakıda əməliyyat keçirildi, saxlanılanlar var17:20ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə17:19Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq17:15"Rahat" market fədakar peşə sahiblərinə təşəkkür edib - VİDEO16:22BMT Azərbaycanın 2.5 milyard manatlıq dəstək paketini alqışladı11:53Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi11:52Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi11:51Bakıda dülgər sexi yandı11:49Rusiya Yaponiya ilə birlikdə hazırladığı koronavirus test sistemini ABŞ-a təhvil verib11:47Xaçmazda ağır qəza: Ölü və yaralı var13:38Yüksək rütbəli şəxslər karantin qaydalarına əməl olunmasını yoxladı13:18Koronavirusla bağlı STATİSTİKA13:17Koronavirus peyvəndində böyük addım - Siçanlarda uğurlu oldu13:16Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü13:15Müdafiə Nazirliyindən dünən gecə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT13:14Rusiyada yatmış insanı diri-diri yandırdılar13:12Koronavirus bu şəxslər üçün daha təhlükəlidir - Hər üç nəfərdən biri...13:05Karantinə görə boşalan Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı18:10Koronavirusa yoluxan məşhur futbolçu: "Nəfəs ala bilmirdim"18:09Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub18:07Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlandı18:06Kəlbəcərin işğalından 27 il ötür18:00Göygöldə ev yandı: Xəsarət alan var17:57Neftin qiyməti dəyişdi17:56Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb17:54Azərbaycanda koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - VİDEO17:51İsrailin səhiyyə naziri koronavirusa yoluxdu17:20Tramp: İran ABŞ-ın İraqdakı obyektlərinə hücum hazırlayır22:16İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi19:34Azərbaycanda bir ildə havaya buraxılan zərərli maddələrin çəkisi açıqlandı19:32Azərbaycanda elektrik enerjisi ilə bağlı əhaliyə ŞAD XƏBƏR - RƏSMİ19:30Belarusda məhsul və xidmətlərin bahalaşdırılması qadağan edilib19:29Dövlət əhaliyə hansı dəstəyi göstərəcək – Siyahı açıqlandı19:26Koronavirus Afrikada da sürətlə yayılır19:20Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT19:17“Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir” - Mehriban Əliyevadan xalqa çağırış12:33Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"12:31Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunur - FOTO12:30“DTX-nın bizim rayona gəlməsi mümkündür” – Biləsuvarın deputatı19:27Bu tarixə qədər maaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq19:25Nazirlər Kabineti yanında Operativ Qərargah yeni AÇIQLAMA yaydı19:24Koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq14:39Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı, indi isə...14:37Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı14:36Azərbaycanın şimal bölgəsinə qar yağıb14:33İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO12:31Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatdı12:30Karantin qaydaları qüvvəyə mindi: Bakı küçələri bomboş qaldı - VİDEO12:25Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi12:23Milli Məclis sədri kreslonu dəyişdirdi - Nümunəvi addım12:17Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib11:00Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür20:31Lənkəran Dövlət Dram Teatrının kollektivi KMDF-na vəsait köçürüb20:27Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı20:25AMEA əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir20:23Güclü kameralar vasitəsilə virusun insandan yayılma anının görüntüləri qeyd edilib - VİDEO20:19Kişi evdən gedən qardaşı arvadını öldürüb16:58Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı16:57“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb16:51Bir qrup həkim prezidentə müraciət etdi - Maaşları 50% azaldılıb16:40İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”16:34Bakıda böyük cərimələr başladı: 500-dən çox insan
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın Ermənistanda batan layihəsi - Vaşinqtondan İrəvana ilginc hədə

29 Nis 2019, 17:47   
ABŞ-ın Ermənistanda batan layihəsi - Vaşinqtondan İrəvana ilginc hədə

ABŞ-ın “gizli qərbçi” Nikol Paşinyandan məyusluğu artıq sirr deyil. Əsas da iki səbəbdən: Paşinyanın müxalifətdə ikən və xüsusən də inqilab zamanı vəd elədiyinin ziddinə olaraq, ölkəni Rusiya orbitindən çıxarmağa girişməməsi və Qarabağ məsələsində sələflərindən də sərt mövqe tutaraq, faktiki surətdə Moskvanın əlinə işləməsi.

Yəni söhbət faktiki şəkildə erməni inqilabçı baş nazirin Vaşinqtonu aldatmasından gedir. Çünki ABŞ-da doğru olaraq hesab edirlər ki, həlli uzanan Qarabağ məsələsi Ermənistanı Rusiyaya “ət-dırnaq” kimi bağlayan əsas amil olaraq qalır. Bunu ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə N.Paşinyanın diqqətinə çatdırmışdı. Amerikalı yüksək çinli məmur Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələrinin normallaşması və Rusiya ilə ənənəvi bağların qırılması üçün Paşinyana 9 dekabr parlament seçkilərindən dərhal sonra Qarabağ məsələsində real addımlar atmağı da təkidlə məsləhət görmüşdü. Ardınca eyni mesaj prezident Donald Trampın Paşinyana göndərdiyi məktubda əksini tapdı. Trampın məktubunda belə bir mesaj da var idi ki, qonşuları ilə anlaşa bilməyən Ermənistan təhlükəsizlik şəraitində mövcud ola bilməz.

*****

ABŞ-ın bu kimi tələb-istəklərə hər şeydən öncə haqqı çatır. Çünki Ermənistandakı “məxməri inqilab”da həlledici rolu məhz Vaşinqton oynayıb. Paşinyanın Serj Sərkisyan rejimini devirməsində, 20 ildir iqtidarda olan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaqda postsovet ölkələrində ən böyük səfirliyə malik İrəvandakı ABŞ diplomatik nümayəndəliyinin aparıcı rol oynadığı artıq danılmaz faktdır.

Bu xüsusda Vaşinqtondakı Kornegi Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corctaun Universitetinin professoru Pol Stronskinin öz twitter səhifəsində bu günlərdə baş nazir N.Paşinyana ünvanlandığı müraciət yetərincə maraq doğurur. Həmin müraciət həmçinin Azərbaycanın maraqları və Dağlıq Qarabağ məsələsində Bakı-İrəvan danışıqlarının mümkün perspektivi baxımından önəmli hesab edilə bilər.

“Yeni Müsavat” “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, amerikalı professor özünün kifayət qədər sərt tənqidi tonda olan müraciətində öncə Paşinyandan Ermənistan xarici siyasətində amerikayönlü vektoru gücləndirməyi tələb edib.

Diqqət edildi, yəqin ki, söhbət xahiş-minnətdən yox, məhz tələbdən gedir. Bunun da səbəbi var: P.Stronski Paşinyana xatırladıb ki, Vaşinqton uğurlu “məxməri inqilab” üçün İrəvana 25 milyon dollar xərcləyib.

“Nikol Paşinyan işə başlamalı və ABŞ-la siyasət oyunu oynamağa son verməlidir. ABŞ 2008-ci ildə Köçəryan və Sərkisyanı sərt şəkildə tənqid edirdi və ”Minilliyin çağırışı" proqramı çərçivəsində o vaxt İrəvan üçün həlledici olan yol layihəsinə vəsait ayrılmasını dayandırdı. Ona görə ki, Ermənistan həlledici demokratik göstəriciyə nail ola bilmədi (2008-ci ilin martında, Serj Sərkisyanın 1-ci prezident seçkisi zamanı İrəvanda 10 nümayişçinin ölümünə gətirən qətliam nəzərdə tutulur - “YM”). Bu, çox mühüm qərar idi", - deyə amerikalı professor qeyd edir.

Müraciətdə daha sonra deyilir: “Bu yaxınlarda Paşinyanın guya Amerikanın 2018-ci ildəki ”məxməri inqilab"dan sonra Ermənistanı müdafiə etmək üçün heç nə etməməsi barədə səsləndirdiyi tənqid isə həqiqətə uyğun deyil. ABŞ hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə öz köməyini əhəmiyyətli şəkildə artırıb. Belə ki, pul vəd edib bu vədi ləng yerinə yetirən Avropa Birliyindən fərqli olaraq, ABŞ-dan Ermənistana 6 ay ərzində 14 milyon dollar həcmində əlavə yardım daxil olub. Bütövlükdə isə ötən il Birləşmiş Ştatlar Ermənistana 25 milyondan çox yardım edib. Və bu 1992-ci ildən üzü bəri Ermənistana Amerika tərəfindən edilən 1 milyard dollarlıq yardımdan əlavədir".

Beləcə, Corctaun Universitetinin professoru faktiki şəkildə Ermənistan siyasi sisteminə ABŞ maliyyə dəstəyinin detallarını açıb. Ardınca analitik qeyd edir ki, bu, böyük pullardır, lakin ABŞ daha böyük pullar verməyə hazırdır, əgər Paşinyan hökuməti “siyasi prioritetləri və hərəkət planı”na aydınlıq gətirsə.

O sırada o, İrəvanı Moskvanın diktəsi ilə Suriyaya əsgər göndərməkdə ittiham edib. “ABŞ Suriyadakı erməni diasporunun varlığı səbəbindən Ermənistanın Suriyadakı maraqlarını başa düşür. Ancaq erməni sapyorlarının Rusiya missiyası tərkibində Suriyaya yola salınması Vaşinqtonu narahat etməyə bilməz”, - deyə o vurğulayıb və xatırladıb ki, həmin sapyorları amerikalı mütəxəssislər Ermənistanı minasızlaşdırmaq proqramı çərçivəsində hazırlamışdılar (“Yeni Müsavat” xatırladır ki, Paşinyan hökumətinin bu qərarı ilə bağlı ABŞ Dövlət Departamenti sərt etiraz bəyanatı yaymışdı).

“Belə görünür ki, İrəvanın nə Qərblə kommunikasiya ilə bağlı strategiyası var, nə də belə hərəkətlərlə Ermənistanın Avropa və Şimali Amerikadakı (ABŞ nəzərdə tutulur - ”YM") tərəfdaşlarının gözündə necə görünəcəyi barədə təsəvvürü. Düşünürəm ki, sapyorlarla bağlı məsələ qeyri-ixtiyari yanlışdır. Bununla belə, Nikol Paşinyanın ABŞ-ı ittiham eləmək yerinə görməli olduğu işi var", - deyə amerikalı təhlilçi sonda erməni baş nazirə xəbərdarlıq edib.

*****

Əlavə edək ki, nə bu hədə kimi tənqidlər, nə də “erməni ”inqilabı"na Vaşinqtonun maliyyə dəstəyinin detallarının açıqlanması ilə bağlı Paşinyan administrasiyasından hələlik cavab gəlməyib. Lakin cavabdan asılı olmayaraq, bir şeyi əminliklə söyləmək mümkündür və bunu amerikalı professorun müraciətindən də aydın görmək olar ki, Vaşinqton tipik erməni hiyləgərliyi ilə ona kələk gəlmək istəyən Paşinyanla bağlı yalnızca məyus deyil. Həm də qəzəblidir. Qalır, Nikolu hansı cəzanın gözləməsi. Hər halda, ABŞ kələkləri və kələkbazları unutmur...
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR