“Bu, nə deməkdir ki, mən filankəslə küsülüyəm, sən də küsülü ol. Bu, düzgün yanaşma deyil” - QALMAQAL

17:35 29.04.2019 556
“Bu, nə deməkdir ki, mən filankəslə küsülüyəm, sən də küsülü ol. Bu, düzgün yanaşma deyil” - QALMAQAL

Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər Qarabağ Komitəsindəki Müsavat üzvlərinin istefa verməsini istəyir. Bu barədə əldə etdiyimiz xəbərdə deyilir ki, məsələ hətta partiyanın rəhbər orqanlarında müzakirə edilib və Qarabağ Komitəsində olan Müsavat Partiyası üzvlərinə “ya partiya, ya da Qarabağ Komitəsi” seçimi ilə bağlı xəbərdarlıq edilib. Qarabağ Komitəsindən çıxmayanların Müsavat sıralarından xaric ediləcəyi deyilir.

Müsavat Partiyasının Məclis üzvü, Müsavat Partiyası Qarabağ Komissiyasının sədri, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Şakir Abbasovla əlaqə saxlayıb, yayılan xəbəri dəqiqləşdirməyə çalışdıq.

Şakir Abbasov musavat.com-a bildirdi ki, Qarabağ Komitəsindən çıxmaqla bağlı Müsavatdan rəsmi qaydada tələb olmayıb: “Rəsmi qərar və tələb yoxdur. Amma ordan-burdan qulağıma belə söhbətlər gəlib çatır ki, Müsavatda bəzi adamlar bu cür məsələləri qoyurlar. Həttta şifahi şəkildə dilə gətirilirsə belə, bu, qətiyyən Müsavatın adına yaxşı hal olmaz. Müsavat Partiyası üçün Qarabağ məsələsi bir nömrəli məsələdir və şəxsən mən Müsavat Partiyasının Qarabağ Komissiyasının sədriyəm. Əlbəttə ki, mənim Qarabağ Komitəsində həm Müsavat Partiyasının Qarabağ Komissiyasının sədri, həm bir müsavatçı, həm də torpağı işğal altında olan bir vətəndaş kimi olmağım təbiidir, vacibdir. Buna qarşı çıxmaq qətiyyən düzgün olmaz. Məndən başqa da Qarabağ Komitəsində müsavatçılar var.

Müsavat Məclisinin son iclasında Tofiq Yaqubluya qarşı belə bir söhbət oldu. Tofiq bəyin Milli Şuradan çıxmasının vacibliyi ilə bağlı məsələ qaldırıldı. Deyildi ki, Tofiq Yaqublu ya Milli Şuradan çıxsın, ya da partiyadan getsin. İndi bu mövqedə olanlar bizim də Qarabağ Komitəsindən çıxmağımızı istəyirlərsə, yaxşı mövqedə deyillər. Şəxsən mənə hələ belə bir tələb rəsmən deyilməyib. Amma xəbərlər sızır. Hətta rəsmi deyilsə də, mənim Qarabağ Komitəsindən çıxmaq fikrim yoxdur. Biz torpağımızın davasını edirik. Bu davanı aparan bir qurumda olmağımın Müsavata hər hansı bir ziyanı yoxdur. Mən həmişə məsələ qaldırmışam ki, imkan verin, bütün normal qurumlarda iştirak edək. Bu, nə deməkdir ki, mən filankəslə küsülüyəm, sən də küsülü ol. Bu, düzgün yanaşma deyil”.

Qarabağ Komitəsinin təsisçilərindən olan Tural Abbaslı isə bildirdi ki, Müsavatın belə bir qərar verməsi doğrudursa, bu, Qarabağ məsələsinə xəyanət olar.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO