Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası keçirilib.Qaynarinfo xəbər verir ki, spiker Oqtay Əsədovun sədrlik etdiyi iclasda Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.
Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Zamantv.az