Əbülfəs Qarayevin Şəkidəki adamına qarşı ittiham... - Belə deyirlər...

12:35 24.04.2019 466
Əbülfəs Qarayevin Şəkidəki adamına qarşı ittiham... - Belə deyirlər...

Son illər Azərbaycanda mədəniyyətin inkişafına göstərilən dövlət qayğısı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət almışdır. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir.Bu baxımdan respublikamızın şimal-qərb bölgəsində də son illər bir sıra mühüm işlər görülmüşdür. Şimal-qərb bölgəsində, yəni Şəki, Qax, Balakən, Zaqatala, Oğuz rayonlarının mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə bu gün nə kimi tədbirlər görülür, Şəki Regional Mədəniyyət İdarərəsinin bölgədəki fəaliyyəti qənaətbəxşdirmi? Qeyd edək ki, bölgə müxtəlif azsaylı xalqların mehriban şəkildə yaşadığı bir ərazıdir. Regionda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni irsinin qorunub saxlanılması və təbliğ edilməsi istiqamətində nə kimi işlər görülür?

Məlumat üçün bildirmək istərdik ki, hələ 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlamışdı. Bu barədə həmin dövrdə mətbuata Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilmişdi.. Faktın araşdırılması zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edildiyi bu gün Şəkidə hamıya məlumdur.

Elə hamıya məlum bu yeyinti hallarının aşkarlanmasından sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun istəyi və Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə 2013-cü ildən Şəki rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri vəzifəsinə gəılən Mirvari Zeynalova Regional Mədəniyyət İdarəsi yaradıldıqdan sonra da, yəni 2017-ci ildən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinin başına gətirilir. 2018 ci ildə Turizm Agentliyi yaradıldıqdan sonra Mirvari Zeynalova Regional Mədəniyyət İdarəsinə müdir təyin təyin edilir. Verilən məlumatlara görə bütün bu təyinatların arxa planında təbii ki, Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun durduğu bildirilir. Yuxarıda qeyd etdiyimiz ki, Mirvari Zeynalovanın mədəniyyətinə rəhbərlik etdiyi bölgə bir çox regionlardan tarıxı və mədəni abidələrinin zənginliyi ilə seçilən bir ərazidir. Zaqatala, Qax, Balakən, Oğuz və Şəki kimi çox qədim tarixə malik bir bölgənin mədəni irsini qorumaq, onu gələcək nəsillərə catdırmaq məsulıyyət tələb edir.

Verilən məlumatlara görə Mirvari Zeynalova bu məsuliyyətli işin öhdəsindən ustalıqla gəlir. Mədəniyyət Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni yollarla, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Mirvari Zeynalova tərəfindən mənimsənilir. Belə ki, bölgədə fəaliyyətdə olan kitabxanaların, klubların, mədəniyyət evlərinin cari təmirinə ayrılan vəsaitlərin sənəd üzərində adı çəkilən müəssisələrin təmirinə xərcləndiyi göstərilsə də, mənbələr həmin vəsaitlərin böyük bir hissəsinin də mənimsənildiyini iddia edirlər. Həmçinin aldığımız məlumatlarda bu baxımdan xüsusilə son vaxtlar Şəkidə olan mədəni-tarixi abidələrin bərpa və təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin müxtəlif yollarla talandığı bildirilir. Təbii ki, yenə də Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkliyi ilə.

Mirvari Zeynalovanın Qax rayon Uşaq İncəsənət Məktəbini, Oğuz rayon Uşaq Musiqi Mərkəzini, Turan qəsəbə uşaq musiqi Məktəbini, Şəki şəhər 2, 3 və 4 saylı uşaq musiqi Məktəblərini, Şəki rayon Uşaq İncəsənət Məktəbini, biznes mərkəzinə çevirməsi barədə də məlumatlar gəzir. Qeyd edək ki, təkcə Şəki rayonunda Regional Mədəniyyət İdarəsinin 150-ə yaxın mədəni-maarif müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər birinin müdiriyyəti hər ay Mirvarı Zeynalova ilə hesablaşmalı olurlar. Balakən, Zaqatala, Qax, Oğuz rayonlarındakı idarələrin rəhbərləri də həmçinin.

Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Şəki Xanlarının evi” abidə-muzeyi qədimliyi ilə bu gun nəinki yerli sakinləri, hətta Azərbaycana gələn turistlərin də marağına səbəb olur.Lakin bu gözəlliyə tamaşa etmək üçün satılan biletləri kim verir,və biletlərin satışından əldə olunan gəlir heç kimə məlum olmayan yerlərə gedir. Görəsən bu barədə Mirvari xanım Zeynalova bizə bir dürüst məlumat verə bilərmi? Bunu Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva da bilməmiş olmaz. Bəlkə o deyə, neçə illərdir “Şəki Xanlarının evi” abidə-muzeyinə səyahət edən turistlərə satılan biletlərin pulu hara gedir?

Bu yazdıqlarımız Şəki Regional Mədəniyyət İdarəsində baş verənlərin bir hissəsidir. Zənnimizcə sözügedən idarədə Hesablama Palatasının yenidən yoxlamalar aparmasına ciddi ehtiyyac var.
Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO