Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

16:21 22.04.2019 552
Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan idmançılarımız arasında Elis Manolova (-65 kq) da vardı.

19 yaşından millimizin üzvü olan bolqarıstanlı legionerimiz bu turnirdə Azərbaycana qadın güləşində qızıl medal qazandıran yeganə idmançı oldu. Üstəlik, onun yerli idmançı ilə final görüşündə 0:4 hesablı məğlubiyyətdən qələbəyə doğru geridönüş etməsi turnirin ən yaddaqalan matçlarından biri sayılmalıdır.

Oxu.Az olaraq iki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş idmançıdan bu münasibətlə müsahibə götürdük.

– İlk dəfə böyüklər arasında Avropa çempionu oldunuz. Yaşadığınız hissi, bəlkə, bizə də izah edəsiniz...

– Danışılması çox çətin bir mövzudur... Ancaq yaşanılmalı bir durumdur. Hələ də bu qələbənin sevincini yaşayıram, yuxuda kimiyəm. Bu qızıl medalı qazanmağı çox istəyirdim. Çox şükür Allahıma ki, mənə bunu nəsib etdi.



Mənim üçün böyük bir zəfərdir. Çünki bu, mənim ilk qızıl medalımdır. Ötən il Avropa çempionatında ikinci olmuşdum və bu dəfə final görüşünə çıxmadan öncə özümə dedim: “Bu dəfə mən məğlub etməliyəm, bu qızıl medal bu dəfə mənim olmalıdır”.

– Ötən il Avropa çempionatının finalında uduzduğunuz finlandiyalı Petra Olini bu dəfə yarımfinalda görüşün bitməsinə dörd saniyə qalmış tuşe fəndi ilə məğlub etdiniz. Hər görüşdə güləşçinin kürəyini döşəyə sıxmaq mümkün olmur. Demək olarmı ki, onunla görüşə ikiqat motivasiya ilə çıxmışdınız?

– Bəli! Ötən il finalda hakimlər haqqımı yemişdi. İki xalımı vermədilər və görüşü uduzdum. Bu dəfə döşəyə çıxanda çox motivasiyalı idim. Elə güləşməyə qərar verdim ki, hakimlər məni bu dəfə uduzdurmasın.


– Azərbaycan millisində tək-tük qadın idmançılar nadir hallarda Avropa çempionu ola bilib. Mariya Stadnik, Sona Əhmədli, Nadya Sementsova və Yuliya Ratkeviçdən sonra qitənin ən güclüsü olan beşinci idmançı oldunuz...

– Doğrudan? Bunu bilmirdim. Bu, çox sevindirici haldır.

– Bacınız Canan da güləşçidir. Sizdə ailədə başqa kim güləşçi olub?

– Atam əvvəl güləşlə məşğul olub.



– Filip Manolovu deyirsiniz...

– Bəli. Əslində, Filip atamın əsl adı deyil. O, Bolqarıstan adıdır. Əslində, biz bulqar türkü olduğumuzdan atamın əsl adı Fahridir. Sadəcə olaraq, siyasi səbəblərdən pasportda Filip olaraq adı gedir. Yeri gəlmişkən, anam da bolqar yox, türkdür.

– Ötən il Avropa ikincisi, bu il qitə çempionu oldunuz. Bu iki ildə Bolqarıstandan sizi öz heyətlərinə qatmaq kimi təklif olubmu?

– Bolqarlar məni istəsələr belə, geri qayıtmağım mümkün deyil. Belə bir şey ola bilməz. Çünki mən Azərbaycanda çox xoşbəxtəm. Buranın himnini bilirəm. Amma yəqin ki bolqarlar məni istəyirlər. Əgər onlar adından çıxış etsəydim, Bolqarıstanın üç qızıl medalı olacaqdı.



– Bolqarıstanda necə qarşılandınız?

– Rumıniyadan birbaşa evimə – Bolqarıstana gəldim. Evdə anam, atam və bacım məni qarşıladı. Hamımız çox sevincliyik. Bütün ailəm mənimlə qürur duyur. Bolqarıstandakı dostlarım mənim adıma çox sevinirlər. Onlar üçün hansı ölkə adından bu qızıl medalı qazanmağımın önəmi yoxdur.



Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR