Impera
XƏBƏR LENTİ
18:02Camaat Vüsal Kərimliyə belə ÜSYAN EDİR... - "Büdcəni doldur eee, amma xalqın pulu ilə yox..."17:45Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”17:27Bakı Nəqliyyat Agentliyindən sürücülərə qarşı ayrı-seçkilik — Beynəlxalq yol nişanı təhrif edildi (FOTO)17:06Bakının “addım-addım” taktikası genişmiqyaslı əməliyyatlara da gətirə bilər - TƏHLİL16:55ABŞ və Çin ticarət danışıqlarını BƏRPA ETDİ16:44"Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil" - Monçi16:33Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq16:09"Nə altımda milyardlar var, nə üstümdə..." - Misir Mərdanov15:30“Maşın” şouda onlar yarışacaq – Siyahı15:02"“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov14:17Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)14:00Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ (SƏS YAZISI)13:45SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb - İLGİNC FAKT13:34Bacanaqların talan etdiyi rayon... - İTTİHAM12:48Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY11:51DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı11:35Dərs saatları namaz vaxtına görə müəyyən ediləcək – Şok qərar11:12Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü10:49Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR10:34Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:52Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb17:47Bakı Avropa Liseyində "Asiya ənənələri"... - İDDİA17:35Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?17:22"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik17:09«9 min manat zərər var, 2500 manat ödəyirlər» - QALMAQAL16:52"Evimə sayğac qoyulması üçün pul tələb edilir..." - GİLEY16:31Əli Kərimli Müsavatı ələ keçirir? - TƏHLİL16:14Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə16:02"İindi də Vüsal "müəllim"in qoçuları..." - GİLEY15:37Binəqədidə uşaq bağçasının müdiri öz qanunlar ilə işləyir... - GİLEY15:21“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı15:06Şimşək çaxacaq, yağış yağacaq14:51Ermənistanda həbsxana rəisi rüşvətə görə HƏBS OLUNUB14:36“Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm" - "Sevilya"nın prezidenti14:24"Əvəzində mənə saxta mədaxil qəbzi verdilər..." - Bakda ESTETİK DƏLƏDUZLUQ...14:10Zaqatalada səhiyyə sistemi çöküb... - Səbəbi baş həkimdə axtarmaq lazımdır...12:37Təhsil nazirliyində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...11:43Kompensasiya ödənilən vətəndaşdan BANK YENƏ PUL İSTƏYİR - GİLEY11:16DİN-in BDYPİ-i niyə susur? -VİDEO10:53ATU-nun Tədris Terapevtik klinikasında nə baş verir? - İTTİHAM10:39Vidadi Zeynalovun obyekti nədən boş qalıb? - "Biləndə ki, filankəsin yeridir, qorxub gəlmirlər"10:28Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL09:53İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur... - TƏHLİL18:00Kamil Musəvi əməliyyat olunacaq - Birinci vitse-prezident xərcləri üzərinə götürdü17:40Bu fars-molla HƏYASIZLIĞI ilə nə edək?.. - Adamlar rəsmən düşmən olduqların nümayiş etdirirlər...17:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR17:00“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC16:40Bakıda inanılmaz fırıldaq: - İpoteka kağızı ilə hər kəsi aldadırlar16:2032 yaşlı ata azyaşlı qızına təcavüz etdi - Bakıda İYRƏNCLİK16:00Bir vaxtlar burda qayda vardı, düzən vardı... - GİLEY15:38“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY15:03Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ14:44“Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat14:33Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - TƏHLİL14:18İsmayıl Hüseynov DGK sədri olacaq? - Bu qədər yeyinti edəsən, toxunulmaz qalasan...12:37"5 ilini başa vurdu, bəsidir..." - GİLEY12:23LDU-da nazirliyin qərarları keçərli deyil... - ETİRAZ12:10Ceyhun Bayramova qarşı CƏSARƏTli müqavimət... - İDDİA11:14Təmas xəttində növbəti monitorinq keçiriləcək10:58Azərbaycan nefti 7,4 dollar BAHALAŞDI10:41Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...10:11Cəlilabadda süqut edən təhsil sistemi... - İTTİHAM09:57Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb09:43Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər09:27Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb17:58Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır - GƏLİŞMƏ17:382 təhsil naziri dəyişib, qanunun tələbi isə hələ yerinə yetirilmir: - Milyonlar beləcə ölkədən axır17:22Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA - "Bu sahə mənə çox doğmadır"17:10İncəsənət Universitetində ŞOK – 30-dan çox müəllim qovuldu - ADLAR16:52Lənkəranda bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi16:37Şabranda icra başçısı dəyişsə də... - GİLEY16:20Nazir Fəxri Aslanova vəzifə verdi15:59Azərbaycana ən çox bu ölkələrdən turist gəlib15:43Cəmil Quliyevə yeni vəzifə verilib? - "Məni təbrik etməyin…"14:59"Qarabağ" - "Sevilya": Hakim təyinatları açıqlandı14:34BANM, UNEC... özlərini tərifləyirlər eee... AMMA... - Adları dəftərdə yoxdur13:34"Xalq Bank" iş adamları ilə kəllə-kəlləyə... - İTTİHAM13:11Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib12:39"Bəs Oqtay Şirəliyev hara baxır?.." - GİLEY12:14"Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam..." - GİLEY11:49Onun patronajlığı altında görün, nə işlər çevrilir... - Əhmədzadənin KORRUPSİYALAŞMIŞ CAHANI...11:10Neft erası bitəcək: Yerini nə tutacaq? - ekspert danışır10:49Qəzənfər Ağayev şikayətçi qəbul etmir, yalnız ona məktub yazmaq olar... - GİLEY10:37Neftin qiyməti kəskin bahalaşıb10:24Atəşkəs 22 dəfə pozulub18:52Bu terrorçular haqda informasiya verən 5 milyon mükafat alacaq18:49Sağlam olmağın 12 VACİB ŞƏRTİ18:47Rektora qarşı terror: bomba əlini qopardı - ANBAAN VİDEO18:46Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan evenk Pavlovun quldur dəstəsi18:42Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib15:40Netanyahu əmr verdi - Müharibə başlayır15:27Oğurluq etdiyinə görə tutulmuş şəxslərin digər cinayətlərinin üstü açılıb15:08Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlir14:54Əfqanıstanda 2 polis 11 həmkarını öldürdü14:36Xırdalandakı 1 saylı məktəbin direktoru ondan şikayət edən valideyni təhqir etdi: “Qələt edir…”14:32Bakının qurtuluşunun 101-ci ili12:35İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM12:18Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM12:02Əhmədzadənin adamına qarşı ittihamlar... - İDDİA11:39KTMT ilə bağlı yeni söhbətlər nə məsələdir? - TƏHLİL
BÜTÜN XƏBƏRLƏR

Rusiya-Azərbaycan: ölkələr və qitələr birləşəndə

19 Nis 2019, 15:47   
Rusiya-Azərbaycan: ölkələr və qitələr birləşəndə

Azərbaycanın müasir görkəmli pavilyonu Moskvadakı “Krokus Expo” sərgi mərkəzində təşkil edilmiş 24-cü “TransRussia-2019” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri və Texnologiyaları sərgisində parlaq sensasiyalardan biri oldu. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycanda nəqliyyat sahəsinin liderləri tərəfindən təqdim edilmiş və onların rusiyalı tərəfdaşlarının böyük marağına səbəb olmuş layihələr barədə danışıb.

-Dmitri İvanoviç, bu tədbir nəqliyyat sahəsi üçün nə dərəcədə sanballı oldu?

-“TransRussia-2019” sərgisinin tarixi 1995-ci ildən başlanır və bu sərgi hər il öz orbitinə daha çox iştirakçı cəlb edir. Builki sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkət öz ekspozisiyalarını təqdim etdi. Onlar nəqliyyatın bütün növlərindən istifadə etməklə yükdaşımaları ilə məşğul olur, yüklərin ekspedisiyası və emalı ilə bağlı xidmətlər göstərirlər. Azərbaycan bu sərgidə öz milli pavilyonunu ilk dəfə təqdim etdi və necə deyərlər, dərhal hədəfə vurdu: onun stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyasında qalib elan edildi. Mənim fikrimcə, Azərbaycana bu qədər ciddi diqqət yetirilməsi beynəlxalq nəqliyyat infrastrukturunun inkişafında bu respublikanın əhəmiyyətinin artması və sərgidə təmsil olmuş şirkətlərin imici ilə bağlıdır.

-Azərbaycan öz nailiyyətlərini layiqincə nümayiş etdirmək üçün nəqliyyat sahəsinin flaqmanları sırasından hansı şirkətləri seçmişdi?

-Milli pavilyonda dörd iri şirkət öz stendlərini yerləşdirib: “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Alyans Logistiks”. İlk üç iştirakçısı şirkətin adları aydındır, Rusiya bazarı üçün bir növ yeni kəşf olan “Alyans Logistiks” isə rusiyalı biznesmenlər tərəfindən böyük maraqla qarşılanıb. Bu şirkət beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarla məşğul olur6 həmin yüklər əvvəlcə Rusiyadan dəmiryol ilə Azərbaycan ərazisindən keçməklə İranın Astara şəhərinə, sonra isə avtomobil nəqliyyatı ilə Fars körfəzindəki İran limanlarına daşınır. İran istiqaməti ilə maraqlanan Rusiya şirkətləri “Alyans Logistiks”in timsalında özləri üçün etibarlı tərəfdaş tapıblar. Bakı-Tbilisi-Qars dəmiryol marşrutu ilə Türkiyənin Aralıq dəniz limanlarına aparan digər istiqamət də yetərincə perspektivlidir.

-Nəqliyyat sahəsində Rusiya-Azərbaycan əməkdaşlığından söhbət gedəndə hökmən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusu ortaya çıxır. Bu qlobal layihənin əhəmiyyətini Siz necə qiymətləndirirsiniz?

-Mən “Şimal-Cənub” nəqliyyat dəhlizini Avrasiyada nəqliyyat sahəsində mühüm təşəbbüslərdən biri hesab edirəm, çünki o, Hind okeanını və Fars körfəzini Rusiya və Avropa ilə əlaqələndirən ən qısa marşrutdur. Avropaya gedən yolda Süveyş kanalından yan keçməyə imkan verən bu tranzit şəbəkə Mərkəzi və Cənubi Asiyada Rusiyanın təsir dairəsinin genişlənməsi üçün baza ola bilər.

Bu nəqliyyat dəhlizinin mərkəzi elementi Rusiya-Azərbaycan dəmiryol xəttidir: üç ölkənin ərazisindən keçən həmin dəmiryol xətti bu ölkələrin iqtisadi imkanlarını artırmaqla bərabər, həm də müxtəlif əmtəə və xammal növlərinin yüklənməsi, daşınması və emalı ilə məşğul olan çoxsaylı insanlar üçün yeni iş yerləri yaradır.

-Quru ərazi ilə keçən marşrutlar çox vaxt çevik bir formada dəniz yükdaşıma marşrutlarına birləşir. Azərbaycan bu sahədə Rusiya şirkətlərinə nə təklif etməyə hazırdır?

-Şübhəsiz, dəniz yolu ilə yükdaşımaların infrastrukturunda əsas obyekt hazırda Xəzər dənizində ən müasir liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Keçən ilin baharında istifadəyə verilmiş bu limanda ən müasir kran qurğularından və müvafiq avadanlıqdan istifadə edilir, limanın yükaşırma qabiliyyəti isə 15 milyon tona bərabərdir. Bu limandakı üç terminala demək olar ki, hər gün Rusiya gəmiləri daxil olur, buradan Rusiyaya, Türkmənistana, İrana və Qazaxıstana göndərilən yüklərin aşırılması və daşınması həyata keçirilir. Qaradağ rayonunun Ələt qəsəbəsində sahəsi 100 hektar olan azad ticarət zonası yaradılır. Bu zonanın sayəsində Bakı yaxın illərdə Mərkəzi Avrasiyanın əsas logistika mərkəzinə çevriləcək. Bakı limanı ilə Həştərxan dəniz limanının əlaqələndirilməsi nəticəsində Xəzər akvatoriyasında Rusiya ilə Azərbaycanın əməkdaşlığı üçün uzunmüddətli təməl yaranacaq və 160 ildən çox tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, əlbəttə, bu istiqamətdə əsas yük daşıyıcılarından birinə çevriləcək. Gəmiçiliyin tərkibinə daxil olan 260-dan çox gəmi beynəlxalq sularda və Xəzər dənizində üzür.

-Sizin fikrinizcə, Azərbaycanın nəqliyyat infrastrukturuna məqsədyönlü şəkildə sərmayə qoyması nə dərəcədə uzaqgörən addım olub?

-Azərbaycan Respublikası özünün coğrafi mövqeyindən çox səmərəli istifadə edib. Ticarət yollarının kəsişdiyi məkanda yerləşən Azərbaycan çox qısa müddətdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilib. Bir fakt çox vacibdir ki, azərbaycanlılar əldə edilmiş nailiyyətlə kifayətlənmir və respublika ərazisindən yükdaşımaların həcmini daha da artırmaq istiqamətində işləyirlər. Buna həm cəlbedici tariflər, həm sadələşdirilmiş gömrük prosedurları, həm də sənədləri elektron formatda emal etməyə imkan verən rəqəmsal texnologiyalar şərait yaradacaq. Lakin əsas amil yükdaşımaların həcmi və respublika büdcəsinə daxil olan gəlirlər deyil. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin bu yaxınlarda çox dəqiq olaraq qeyd etdiyi kimi, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihələrinin əsası geosiyasətdir, çünki sözün yaxşı mənasında qarşılıqlı asılılıq yaradan bu layihələr sabit və proqnozlaşdırıla bilən gələcəyə töhfə verir, ölkələri və qitələri birləşdirir. Mən də çox şadam ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bu cür möhkəm qarşılıqlı asılılıq var.
OXŞAR MÖVZULAR