2 uşaq atası xəstəxananın həyətində 17 yaşlı qızın bakirəliyini pozdu və... - Azərbaycan ŞOK OLAY

16:11 9.04.2019 486
2 uşaq atası xəstəxananın həyətində 17 yaşlı qızın bakirəliyini pozdu və... - Azərbaycan ŞOK OLAY

Şəmkirdə yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Rafiq Babayevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber publika.az-a istinadən xəbər verir ki, 2016-ci il mayın 9-da Rafiq Babayev Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən keçmiş Komsomol parkının ərazisində fəaliyyət göstərən "Borçalı" kafesindəki dostları ilə birlikdə içki məclisində olub.

Daha sonra sərxoş olan Rafiq Babayev parkın ərazisində çay içib, dostlarından ayrılıb. O, sərxoş vəziyyətdə Şəmkir rayon uşaq poliklinikasında epilepsiya xəstəsi olan 1999-cu il təvəllüdlü Səidə Səlimovanı parkda tək olduğunu görüb.

Bu zaman Rafiq Səidəyə yaxınlaşıb və onunla söhbət edib. Söhbət zamanı Rafiq onun yetkinlik yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını bilib.

Rafiq Məmmədov əvvəlcə Səidəni "Borçalı" kafesinə gətirib, ona yemək alıb. Həmin vaxt Rafiq Səidə ilə cinsi əlaqədə olmaq niyyətinə düşüb.

Sonra Rafiq Səidəni kafedə qoyub və işlətdiyi internet kluba gəlib. Orada qonşuluqda yaşayan Elxan Əliyevə internet kluba nəzarət etməsini tapşırıb və oradan pul götürüb, yenidən kafeyə qayıdıb.

Rafiq Səidə üçün sifariş etdiyi yeməyin pulunu ödəyib, sonra qızı keçmiş Komsomol parkının yaxınlığındakı Səlim Məmmədovun işlətdiyi ərzaq mağazasına aparıb.

Mağazadan Səidəyə yarım litrlik "Fanta" şirəsi, 2 ədəd saqqız, 1 ədəd 40 qəpiklik günəbaxan tumu və dondurma alıb.

Daha sonra o, Səidə ilə cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə onu Şəmkir rayon mərkəzi xəstəxanasının qarşısına gətirib.

Rafiq xəstəxananın giriş darvazasına çatmamış mühafizəçinin onları görməməsi üçün ümumi qapıdan deyil, kənarında yerləşən kiçik qapıdan içəri keçib. O, qızı həyətdəki çardağın altına gətirib.

Orada Rafiq niyyətini həyata keçirmək istəyən zaman Səidə etiraz edib. Səidə bakirə olmasını bildirib və cinsi əlaqəyə girməkdən imtina edib.

Amma Rafiq Səidənin bu etirazına məhəl qoymayıb və cinsi ehtirasını təmin etmək məqsədilə sonucunu əli ilə üzü dəmir məhəccərə doğru əyib, onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rafiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

"Əqli problemi olmasını hiss etdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq Məmmədov bildirib ki, ailəlidir, 2 övladı var: "Hadisənin baş verdiyi iddia olunan günü dostlarımla "Borçalı" kafesində yeyib-içdikdən sonra yaxınlıqdakı parkda bir nəfər qızın yağışın altında quşlara baxaraq öz-özünə güldüyünü tanımadığım şəxsdən eşitdim. Həmin qızla maraqlanaraq onun yanına getdim. Həmin qıza "niyə bürda yağışın altında durmusan?" sualını verdim. O, güldü, onun anarmol danışığından onda əqli problem olmasını, həmçinin zahiri görnüşündən 15-16 yaşı olduğunu hiss etdim".

"O, əvvəlcə gülərək razı olmadı"

Rafiq Məmmədov qeyd edib ki, söhbət zamanı həmin qızın adının Səidə olmasını bilib: "Səidəni kafeyə apardım, ona yemək, mağazadan isə "Fanta", dondurma, saqqız və tum aldım. Sonra Səidəni götürərək rayon mərkəzi xəstəxanasının həyətinə apardım. Mühafizəçinin bizi görməməsi üçün Səidəni əsas giriş qapısından deyil, kiçik qapıdan həyətdəki çardaq olan yerə gətirdim. Orada əlimi Səidənin çiyninə saldım və əynində olan şalvarını soyunmasını istədim. O, əvvəlcə gülərək razı olmadı. Sonra şalvarını soyundu. Orada Səidə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum".

Cinayət işi üzrə şahid qismində ifadə verən Firuzə Səlimova bildirib ki, Səidə kiçik yaşlarından nənəsi ilə yaşayır: "Səidə kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir, uşaq xəstəxanasında qeydiyyatda olmaqla mütəmadi müalicə olunur".

"Tanımadığı oğlanla cinsi əlaqədə olduğunu dedi"

Firuzə Səlimovanın sözlərinə görə, qayınanası ona zəng edib və Səidənin evdən çıxdığını və qayıtmadığını bildirib: "Qohumlarım Səidənin axtarmağa başladılar. Bir gün sonra qayınanam mənə zəng vurdu, qızımın evə qayıtdığını, heç bir söz danışmadığını, halının pis olduğunu söylədi. Həmin gün qayınanamgilə gəldim və Səidədən evə gec gəlməsinin səbəbini soruşdum. Səidə tanımadığı bir nəfər oğlanın ona yemək, tum, dondurma, saqqız aldığını sonra onu xəstəxanaya aparıb, onunla cinsi əlaqədə olduğunu, buna görə də ağrıdığını dedi. Bundan sonra biz hüquq-mühafizə orqanlarına şikayət etdik".

Əqli zəif olan qıza təcavüz edənə niyə bəraət verildi?

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və sonda hökm elan edilib. Hökmə əsasən, Rafiq Məmmədovun əməli sübuta yetirilməyib və ona bəraət verilib.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Rafiq Məmmədovun barəsində təyin olunan bəraət hökmünün ləğv edilməsini, ona ittihamedici cəza verilməsini tələb edib.

Eyni tələblə zərərçəkmişin qanuni nümayəndəsi də şikayət verib. Hər iki tərəfin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

Bu şikayət üzrə məhkəmə baxışı aprelin 17-nə təyin edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO