"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY

13:29 5.04.2019 491
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY

Sumqayıt şəhərində fəaliyyət göstərən 4 saylı bağçanın müdiri vəzifəsindən azad edilən Xatirə Kamal qızı Heydərova Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ona edilən haqsızlıqlar barədə şikayət edib.

Göndərilən şikayət məktubunu olduğu kimi təqdim edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən 1975-ci ildən Sumqayıt Sintetik Kauçuk zavodunun nəzdində fəaliyyət göstərən bağçada tərbiyəçi kimi işə başlamışam. Bakı Pedoqoji məktəbində təhsil almışam. 1988-ci ildə Sumqayıt Sintetik Kauçuk zavodunun nəzdində fəaliyyət göstərən 4 saylı bağçaya müdir təyin edildim. Rəhbərlik etdiyim bu illər ərzində nümunəvi bağçalardan olmuşuq. Ötən 30 il ərzində rəhbərlik etdiyim bağçaya ömrümü, enerjimi sərf etmişəm. Maddi imkanlarım çərçivəsində bağçada müəyyən təmir işləri də apartdırmışam. Həmişə ölkədə keçirilən seçkilərdə olduğu kimi, Sumqayıt şəhərinin ictimai həyatında da aktiv iştirak etmiş, şəhərin abadlaşması istiqamətində müəyyən köməkliklər göstərmişəm.

Ancaq təəssüflər olsun ki, 2017-ci ilin noyabr ayından başlayaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov mənə problemlər yaratmağa başladı. Belə ki, həmin zamandan Teymur Səmədovun tələbi ilə işdən çıxmadığıma görə onun qəzəbinə tuş gəldim. Bundan sonra onun göstərişi ilə bağçaya davamlı göndərilən komissiya bizim iş prinsipimizi zəiflətməklə yanaşı mənim fəaliyyətimdə qanunsuzluqlar tapmağa çalışdı. Həmin vaxt mənim əmək bülletenində olmağıma baxmayaraq əmr tarixi dəyişdirilməklə işdən çıxarıldım. Özüm şəkər xəstəsiyəm. Teymur Səmədov dəfələrlə evimə zəng etdirib məni hədələtdirib. İşçiləri əleyhimə sıxışdıraraq izahatlar almağa çalışır, işdən azad olunmasam prokurorluqla hədələyirdilər. Evimdə qızdırma içərisində xəstə yatdığım zaman Teymur Səmədov Sumqayıt xəstəxanasının rəhbərliyinə tapşırıb ki, mənə xəstəlik kağızı yazmasınlar. Ancaq sağ olsun ki, həkim Əsədullayev məni evimdə yoxlayandan sonra Teymur Səmədovla danışaraq mənim halımın çox pis olduğunu dedi.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Teymur Səmədovun məni işdən çıxartmasına səbəb kimi 63 yaşımın olmasını göstərir. Bu saat Sumqayıtda 10-a yaxın baxça var ki, onlara 67-68 yaşlı xanımlar rəhbərlik edir. Əgər Teymur Səmədovun əsl məqsədi doğrudan da yaş senzidirsə niyə o adamları görməzdən gəlir?!

Mənim pensiya vaxtıma 2 il qalıb. Olmazdımı ki, gecəmi, gündüzümü, 30 il illik fəaliyyətimin üzərindən xətt çəkilməsin?! 2 ildən sonra əmək pensiyasına çıxacaqdım. Ancaq Teymur Səmədovun mənə olan düşmən münasibəti o dərəcədə kəskin idi ki, o məni Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə vəzifədən azad etdi.

Bu qanunsuzluğa etirazımı bildirmək üçün dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun qəbuluna düşmək istəsəm də mənə süni əngəllər yaradaraq görüşə icazə vermədilər.

Sizə son iki ayda 21 dənə məktub ünvanlamışam.

Teymur Səmədov mənə sifariş göndərib ki, nə heç yerə şikayət etməyim, nə də baxçanın həndəvərinə getməyim, yoxsa məni həbs etdirəcək.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Gördüyünüz kimi 43 illik fəaliyyətim, zəhmətim bir məmur qərəzliyi, məsuliyyətsizliyi, qanunsuzğu ucbatından məhv edilib. Özüm şəkər xəstəsiyəm, insult keçirtmişəm. Son ümidim Sizsiniz. Xahiş edirəm Teymur Səmədovun mənə qarşı etdiyi haqsızlığın aradan qaldırılması və mənim işə bərpa olunmağım üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə göstəriş verəsiniz.

Sizə böyük ümidlərlə Heydərova Xatirə Kamal qızı".(Qlobal.Az)
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY
"Xahiş edirəm mənə qarşı olunan haqsızlığı durdurun" - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO