"Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..." - Maneələr kimlərdən və nələrdən ibarətdir?

13:08 20.02.2019 462
"Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..." - Maneələr kimlərdən və nələrdən ibarətdir?

Bu ilin yanvar ayında Azərbaycanda 5 929,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çoxdur. Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 2,1 faiz artaraq 601,1 manata çatıb. Hesabat dövründə ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 57,4 faizi və yaxud 3 405,4 milyon manatlıq hissəsi qeyri-neft sektorunun payına düşüb.

Bu, illik müqayisədə 2,7 faiz çoxdur. Ay ərzində sənaye məhsullarının istehsal dəyəri isə 3 769,7 milyon manat təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 3,4 faiz çoxdur. O cümlədən, qeyri-neft sənayesi məhsullarının istehsal dəyəri 13,8 faiz artaraq 846,8 milyon manata yüksəlib.

Maraqlıdır, 3 faizlik artım nəyin hesabına baş verib?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ötən ilin ümumi göstəriciləri noyabr ayına qədər illik hesabatda 1 faizdən aşağı idi:

"Noyabrdan başlayaraq birdən-birə göstəricilərdə ciddi yaxşılaşma qeydə alındı və il sonunda ÜDM-də 1.5 faizə yaxın artımın olduğu açıqlandı. Artım trendi keçən ildən başlayıb. Çox qısa zamanda ÜDM nəzərəçarpacaq dərəcədə artımı üçün kifayət qədər səbəblər olmalıdır. Ötən il ilboyu ÜDM-in 1 faiz civarında olması və yanvar ayında birdən-birə artımın 2.9 faizə qədər artması ciddi suallar yaradır. Yəni, nə baş verə bilərdi ki, ÜDM-in artım tempi 3 dəfəyə qədər artsın? Təəssüf ki, Statistika Komitəsi bunun analitik hissəsini verməyib. Qənaətimcə, burada söhbət ciddi istehsalın artımından getmir, söhbət hesabatlılığın və uçotun daha yaxşılaşdırılmasından gedir. İstər Gömrük Komitəsi, istərsə də Vergilər Nazirliyi olsun hesablılıq təkminləşdirilməlidir. Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyən rəsmiləşdirmə prosesi aparılıb. Elə bunun təsdiqi kimi, ötən gün vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda deyib ki, 2018-ci ildə iri topdansatış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib. Belə ki, vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Vergidən yayınan vəsaitlərin yenidən dövriyyəyə qaytarılması və vergi hesabatlarının artırılması, hesabatlılığın yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, iqtisadiyyatda ciddi istehsal artımından söhbət getmir. Azərbaycanda ÜDM-in artımına ən çox təsir edən neft qiymətləridir. Müqayisə üçün qeyd edim ki, son bir ayda neft qiymətləri ötən ilin noyabr-dekabr aylarına nisbətən artıb. İlin sonunda minimal qiymət 49 dollar idisə, indi 65-66 dollara qədər qalxıb. Təqribən 15 dollar civarında olan artımın da təsirləri var. Amma əsas təsirlərdən biri hesaba alınmanın artmasının nəticəsi kimi, ÜDM-də müəyyən artımın olduğunu demək olar”.

Vergidən yayınan vəsaitlərin aqibətinə gəlincə, analitik qeyd edib ki, rəsmi rəqəmlərə görə, vergi toplamalarında ciddi artım olmayıb:

“Bu, onu deməyə əsas verir ki, vergidən yayınma təsbit olunub, amma onun qərarlarla vergiyə və büdcəyə cəlb olunması hələ vaxt alacaq. Çünki topdansatış müəssisələrindən və eləcə də özəl klinikalardan bu qədər vəsaiti birdən-birə almaq və büdcəyə köçürmək mümkünsüzdür. Biznes strukturları ilə Vergilər Nazirliyi arasında müəyyən danışıqların olma ehtimalı var. Bu halda bəlli zaman kəsimində vergi borclarının büdcəyə köçürülməsi prosesi baş verə bilər. Bunu Vergilər Nazirliyinin vergi yığımı ilə bağlı açıqladığı aylıq hesabatlardan sonra biləcəyik. Əgər növbəti hesabatda ciddi artım müşahidə olunacaqsa, deməli, vergidən yayınan dövriyyənin vergiyə cəlb olunması prosesi başlayıb. Əgər vergi yığımlarında ciddi artım olmasa, deməli, bu, söz olaraq qalır, həyata keçirmək üçün müəyyən maneələr var. Bu zaman Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki, təsbit olunmuş qanun pozuntularını yerinə yetirmək, vəsaiti dövlət büdcəsinə cəlb etmək nəyə görə mümkün olmur? Maneələr kimlərdən və nələrdən ibarətdir? Bu kimi açıqlamalar şəffaflıq baxımından məqbul sayılır”.

Natiq Cəfərli onu da qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsirləri ancaq neft qiymətləri üzərindəndir:

“Çox təəssüf ki, Azərbaycanda işlək iqtisadi mexanizmlər, institutlar yaradılmayıb. Ölkədə qiymətli kağızlar, səhm, eləcə də valyuta bazarları yoxdur. Buna görə də, dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına tez təsirlərini görmürük. Dünya iqtisadiyyatında təhlükəli tendensiyalar var. Amma bunun Azərbaycan iqtisadiyyatına təsirləri ancaq neft qiyməti üzərindən olur. Nə ilə nəticələnəcəyi məlum olmayan İngiltərənin Avropa Birliyindən çıxması prosesi də dünya iqtisadiyyatına təsir göstərir. Bundan əlavə, Çinlə ABŞ arasında gedən ticarət müharibəsi haqda pozitiv siqnallar verilsə də, amma hələ danışıqlar yekunlaşmayıb. Bu da ticarət müharibələrinin qızışmasına və dünya ticarətinin zəifləməsinə səbəb olur. Azərbaycanda iqtisadi institutlar olmadığına görə, birbaşa təsirlərdən sığortalanıb”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ