Rusiya III Dünya müharibəsinə hazırlaşır – Ekspertlərdən ŞƏRHLƏR

20:59 18.02.2019 446
Rusiya III Dünya müharibəsinə hazırlaşır – Ekspertlərdən ŞƏRHLƏR
Rusiyanın son 10 ildə keçirdiyi hərbi təlimlərin miqyası onlarla dəfə böyüyüb. "Şərq-2018" təlimlərində Rusiya hərbi qulluqçularının sayı 40 illik rekordu keçdi: 300 mindən çox.

Zamantv.az publika.az-a istinadla xəbər verir ki, bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun analitiklərinin hazırladığı məruzədə deyilirdi.

İsveç Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanan məruzə fevralın 4-də dərc edilib. Analitiklər belə nəticəyə gəliblər ki, Rusiya tammiqyaslı müharibəyə hazırlaşır.

2009-cu ildən Rusiya ordusunun bütün manevrləri haqqında məlumatları araşdıran məruzənin müəllifləri qeyd ediblər ki, Rusiya daha əvvəl lokal münaqişə şəraitində bacarıqları yerinə yetirirdi, indi isə böyük müharibədən söhbət gedir. Məruzədə nümunə kimi, 100 mindən 300 minə qədər hərbçinin qatıldığı "Qərb-2017" və "Şərq-2018" təlimləri göstərilib.

"Beləliklə, Rusiya ordusu qitənin çox hissəsində müharibə aparmağı öyrənir", - analitiklər hesab edirlər.

Artıq ilk dəfə deyil ki, Rusiya tammiqyaslı müharibəyə hazırlıqda şübhəli bilinir. Ötən ilin sonunda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya təhlükəsizliyi və müdafiəsi məsələləri üzrə xidmətin rəhbəri Valentin Petrov bildirdi ki, Rusiya Üçüncü dünya müharibəsinə hazırlanır. Onun qənaətinə görə, müharibə ən yaxın 6 il ərzində başlana bilər.

"Müasir Rusiyanın hərbi təşəbbüslərinə baxsaq, bu yalnız Ukraynayla müharibəyə hazırlıq deyil, bu, Rusiya hücum maşınının daha geniş strateji genişlənmənin elementlərindən biridir. Bu genişlənmə Şimal dənizindən Suriyaya qədər ərazini əhatə edir. Faktiki olaraq dünya müharibəsinə hazırlıqdan danışmaq olar", – o hesab edir.

Petrovun sözlərinə görə, bütün Qərb Rusiyadan ehtiyatlanmalıdır:

"Bu, həqiqətən qorxunc gücdür və güc yalnız Ukrayna üçün deyil. Rusiyanın planlarında Ukraynanı bütünlüklə keçmək və sonra hərəkət edərək Belarus vasitəsilə Baltiya ölkələri və Polşaya çıxmaq var", - o xəbərdarlıq edib.

Bundan başqa, əgər Rusiya prezidenti Vladimir Putin yeni ittifaq dövlətinin yaradılması haqqında belaruslu həmkarı Aleksandr Lukaşenko ilə razılaşa bilməsə, Belarusun tutulması ehtimal olunur.

Ukrayna hərbi eksperti İqor Koziy İsveç analitiklərinin hazırladığı məruzədən təəccüblənməyib. O, "Obozrevatel" nəşrinin müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya öz gücünü və ordunun qabiliyyətlərini lokal münaqişələrdə hələ 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi anından yoxlamağa başladı.

"Beləliklə, Rusiya quru qoşunlarına məşq keçirdi. Sonra hava alətlərindən istifadə etməyə başladılar. Onların əksəriyyətini Suriyada tətbiq edirlər. Həmçinin onlar hərbi dəniz qruplaşmaları ilə hərəkət edirdilər. Onlar bunları nə üçün edir? Qoşunu hazırlayırlar", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, Rusiya son zamanlar qoşunların böyük məsafələrə çatdırılması imkanlarında çox yaxşı irəliləyib və bu mexanizmi daim təkmilləşdirir.

"Onlar öz planlarında demək olar ki, iki diviziyanı 1000 kilometrə qədər məsafəyə çatdırılması imkanına nail olmağa çalışırdılar. Yeni texnika və silahları istehsal etməyə başlayırlar", - Koziy deyib.

Hərbi hazırlıqdan başqa, Putin genişmiqyaslı müharibənin keçirilməsi imkanı üçün pulu fəal şəkildə yığır. Bu fikirlə "ObozTV"-nin efirində beynəlxalq münasibətlər üzrə ekspert Valeri Kravçenko bildirib. Onun sözlərinə görə, Kreml bunu sadə rusiyalıların maddi rifahına qənaət edərək edir və belə hərəkətlər Putin üçün çox pis bitə bilər.

"Əgər Rusiya xalqın hesabına səsdən surətli raketlər hazırlamaq istəyirsə və əgər Putin düşünürsə ki, xalq əbədi dözəcək, onlar dözürlər. Rusiyada inqilablar kifayət qədər nadir hallarda olur, amma onlar çox qanlı olurlar və rejimi dağıdırlar", - Kravçenko qeyd edib.

Ancaq Koziyin fikrincə, genişmiqyaslı döyüş hərəkətlərinə bütün hazırlığa baxmayaraq, Rusiya hələ buna hazır deyil.

"İlk növbədə ona görə ki, real müharibədə həlak olmağa gedəcək kifayət qədər insanı toplaya bilmir. Rusiya həmişə öz qonşularına ərazi iddialara malik olub və bunu təcəssüm edirdi. Bunun üçün çox lazım deyil, bütovlükdə 200 mindən maksumum 500 minə qədər hərbçinin iştirak edəcəyi bir-iki hərbi əməliyyat keçirmək kifayətdir. Amma əsas sual ondan ibarətdir, onlar döyüşə gedəcək yarım milyon əsgər yığa biləcəklərmi? Bu gün onlar hibrid üsula üstünlük verirlər, amma hərbi də istisna edilmir", - ekspert əlavə edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO