Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb – Rus nəşrindən şok iddia

23:31 14.02.2019 464
Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb – Rus nəşrindən şok iddia

Ermənistan və Azərbaycan Dağlıq Qarabağın taleyi ilə əlaqədar gizli danışıqlara başlayıblar.

Belə bir iddia Rusiyanın Lenta.ru saytında yer alıb.

Yazıda bildirilir ki, bu münaqişənin nizamlanması prosesi uzun illər öz yerində sayıb, 2016-cı ildə isə hərbi əməliyyatların bərpasına gətirib çıxarıb: "Amma bu gün gülləbaranı əhəmiyyətli dərəcədə sakitlik, aqressiv bəyanatları isə daha yumşaq ritorika əvəz edib. Ola bilsin, tərəflərdən birində inandırıcı dəlillər yaranıb, yaxud kimsə güzəştə getmək qərarına gəlib. Bəlkə də nəhayət, tərəflər bu qənaətə gəliblər ki, Qafqazda növbəti müharibə yaranmadan bu konflikti birdəfəlik və həmişəlik həll etmək lazımdır".

Tərəflərin bu çətin və təhlükəli məsələdə hansı qərara gələ biləcəyini də araşdıran müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın əsas problemlərindən biridir və Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli münasibətlərinin ən mühüm komponentidir: " Bu, həm də iki ölkənin sərhədlərinin bağlı qalmasının, külli miqdarda büdcə xərclərinin olmasının əsas səbəbidir. Ən kədərlisi isə burada insanların öldürülməsi davam etməkdədir.

Bu bomba yavaş-yavaş hərəkət edərək 2016-cı ilin aprel ayında az qala partlayacaqdı. Həmin vaxt qısamüddətli münaqişədə yüzlərlə əsgər həyatını itirdi. Qarabağdakı dörd günlük müharibə göstərdi ki, bu vulkan yalnız hərəkətsizdir. Heç kim onun oyanmasını istəmir".

Yazıda qeyd olunur ki, 2018-ci ilin sonundan etibarən atəşkəsin pozmasının intensivliyi kəskin azalıb, sonra isə tamamilə dayanıb: "Erməni müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günündə Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədində bir erməni əsgəri də həlak olmayıb və bu sakitlik indiyədək davam edir.

Bu fonda tərəflərin ritorikası da yumşalıb. Əliyev və Paşinyan iki dəfə qeyri-rəsmi görüş keçiriblər, iki ölkənin xarici işlər nazirləri isə protokola tam uyğun olaraq görüşüblər.

Belə ki, dekabrın əvvəlində Milanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sensasiyalı bəyanat verdi: "Hesab edirəm ki, son görüşdə mən Ermənistandan olan həmkarımla uzun illər ərzində qarşılıqlı anlaşma əldə etdik". Buna cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyi E.Məmmədyarovu "qeyri-düşmən tonallığını qoruyub saxladığı üçün" təriflədi.

Bu lütfkar qarşılıq yanvar ayında da davam etdi: Parisdə Mnatsakanyan ilə 4 saatdan çox davam etdirdiyi danışıqlardan sonra Məmmədyarov görüşü "çox müsbət" adlandırdı. Ermənistan Xarici İşlər Nazirliyi isə "faydalı və konstruktiv dialoq" haqqında məlumat verdi.

Yazıda qeyd olunur ki, danışıqlar masasında baş verənləri yalnız təxmin etmək mümkündür. Ancaq bir şey gün kimi aydındır ki, bağlı qapılar arxasında yeni nələrsə müzakirə olunur – hər iki tərəfi maraqlandıran və potensial olaraq münaqişənin həllini daha da yaxınlaşdıra bilən bir variant. Dolayı əlamətlərlə artıq indidən bəzi nəticələrə gəlmək mümkündür. Ən mühüm nəticə belədir: aydındır ki, "Madrid prinsipləri" gündəmdən çıxarılıb və ya onun üzərində ciddi şəkildə işlənilib.

Mənbə: teleqraf.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO