Elmar Vəliyevin kadrı Nizami Əhmədov yol üstündədir... - İDDİA

15:36 28.01.2019 425
Elmar Vəliyevin kadrı Nizami Əhmədov yol üstündədir... - İDDİA
Respublikamızın ikinci böyük şəhəri kimi tanıdığımız Gəncədə bir çox dəyişikliklərin olacağanı gözləyənlər hələ də var

Bununla bərabər şəhərə o qədər də adaptasiya olunmamış yeni icra başçısı Niyazi Bayramovun kadr islahatlarını davam etdirəcəyini düşünənlər də gözləmə mövqeyindədirlər.İşlərini itirmək qorxusu ilə üzləşən bəzi məmurlar hələ də yeni başçıya yaxın adamlar vasitəsi ilə toxunulmazlıq almaq istəyirlər. 1997- 2001 -ci illərdə Gəncədə Gömrük İdərəsinin rəisi işləməsinə baxmayaraq şəhərə o qədər də yaxından bələd olmayan Niyazi Bayramov şəhərdəki məlum olaylardan sonra ehtiyyatla davranmağa daha çox üstünlük verir. Odur ki, hələ də kəşfiyyat aparan Niyazi Bayramovun ixtisar paketindən kimlərin çıxacağı məlum deyil.

Məlum olanlardan biri Gəncə şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinin direktoru Nizami Əhmədovdur. Adıçəkilən şəxs sabiq başçı Elmar Vəliyevin Gəncədə etdiyi ilk dəyişikliklərdən sonra şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinə Kürdəmirdən gətirdiyi İlqar Əliyevin yerində çoxdan işləməsə də, qısa müddətdə kifayət qədər ad çıxara bilib. Bu adın nə dərəcədə yüksək olub olmamasını təbii ki, artıq yeni olmayan İcra başçısı da bilir. Elə bu səbəbdən də Nizami Əhmədov başçının çıxdaş siyahısına düşmək təhlükəsi ilə hələ də üzbəüz qalmaqdadır.

Bəs necə olub ki, Nizami Əhmədov bu siyahıya düşüb. Barəsində olunan çoxsaylı şikayətlərə və şəhərdəki yarıtmaz işlərinə görə. Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində baş verən qanunsuzluqlar barədə redaksiyamızı əməkdaşları məlumatlar əldə ediblər. Məlumatda göstərilir ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktoru Nizami Əhmədov mərkəzi açıq bazara çevirib. Məlumatda iddia olunur ki, gigiyena və epidemiologiya mərkəzinin işçiləri Respublika Prezidentinin qaninsuz yoxlamaların dayandırılması ilə bağlı verdiyi fərmana baxmayaraq gizlin yollarla hər ayın axırında şəhər ərazisində olan bir çox iaşə və ticarət obyektlərindən, qəssablardan və mağazalardan pul yığır. Məlumata görə buradan əldə etdiyi qazanc Nizami Əhmədovun başqa yollarla əldə etdiyi gəlirlərin çox az bir hissəsidir. Beıə ki, Nizani Əhmədov Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə il ərzində dərman preparatlarının, ehtiyat hissələrinin, sürtkü materiallarının, digər mal-materialların, mətbəə xidmətlərinin, dəftərxana və təsərrüfat mallarının, dərman və sarğı ləvazimatlarının, ərzaq mallarının, cari təmir üçün mal-materiallarının, xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirilən tenderlərdən “otkat” yolu ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol verib. “Otkat” isə kağız üzərində yaradılmış hər hansı bir firmaya görüləcək işlərin müqabilində ödənilən məbləğin nəğdləşdirildikdən sonra yarısının geri qaytarılmasına deyilir. Məlumata görə məhz bu yolla Nizami Əhmədov artıq Gəncədə rəhbərlik etdiyi qurumun vəsaitlərini mənimsəməkdə, talan etməkdədir. Hesab edirik ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində köklü yoxlamalara ehtiyac duyulur.

Necə ki, Hesablama Palatası Respublika Gigiyena və Epidemologiya Mərkəzində apardığı yoxlamalar zamanı 2015-2018-ci illərdə mərkəz tərəfindən tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıqlar, görülmüş işlərin hesab-fakturalarda düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsaitlərin ödənilməsi, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınmasninı təmin edilməməsi, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilməsini müəyyən etmişdi. Sadaladığımız bu kimi qanunsuzluqlar və mənimsəmələr respublikanın Mingəçevir, Lənkəran,Şirvan kimi iri yaşayış məntəqələrində də baş verməsini və büdcə vəsaitlərinin məqsədyönlü şəkildə istifadə olunmaması hallar Hesablama Palatasının məruzəsində xüsusilə qeyd edilmişdi. Hesablama Palatası eyni zamanda nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilmişdi.

Qeyd etdiyimiz kimi görəsən Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində bu kimi yoxlamalar aparılsa nələr üzə çıxar,nə kimi qanunsuz halların şahidi olarıq. Elə bu kimi yoxlamaların aparılacağından və gördüyü qanunsuz əməllərin faş olacağından ehtiyat edən mərkəz direktoru bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gec-tez qəzəbinə tuş gələcəyini artıq gözəl bilir. Baxmayaraq ki, onu Səhiyyə Nazirliyinin Sanitariya – Epidemioloji nəzarət sektorun müdiri Viktor Qasımov ciddi cəhdlə müdafiə edir. Hərçənd ki, Nizami Əhmədovu sözügedən vəzifəyə sabiq başçı Elmar Vəliyev təyin etmişdi.(Aktualinfo.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO