“CinemaPlus” kinoteatrında komediya janrında çəkilən “Taxi Liza” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ekran işinin prodüseri Vüqar Əliyev, rejissorları Pərviz Həsənov və Cabir Hacıyev, quruluşçu rejissoru Rövşən Ağayev, rejissor assistenti Sevda Əzizova, quruluşçu operatoru Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, rəssamı Tural Məmmədov, quruluşçu rəssamı Arif Niftiyevdir.
Filmin süjetinə görə, taksi sürücüsü olan Dursun sevdiyi qıza yeddi dəfə elçi düşsə də, qızın atası İftixar bəy övladını ona vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlaşdırır, amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.
Zamantv.az