İmtahandan yüksək bal toplayan müəllimi işdən çıxardılar - Əlil övladı olan zabit fəryad edir

12:54 24.01.2019 609
İmtahandan yüksək bal toplayan müəllimi işdən çıxardılar - Əlil övladı olan zabit fəryad edir

Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Nizami Məmmədov üzləşdiyi haqsızlıqla əlaqədar ailəsi ilə birlikdə Prezidentin qəbuluna getməyə hazırlaşır.

N. Məmmədov BakuPost-a bildirib ki, 1975-ci ildə Tovuz rayonunda anadan olub, Nəsrəddin Tusi adına orta məktəbində təhsil alıb. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, indiki Heydər Əliyev adına Hərbi Akademiyanı bitirdikdən sonra müdafiə nazirinin əmrinə əsasən 1995-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə zabit olaraq xidmət göstərib. Ehtiyata buraxıldıqdan sonra doğma kəndinə qayıdıb, rayon Təhsil Şöbəsinin əmri və göndərişinə əsasən Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində daimi müqavilə əsasında işlə təmin olunub, 2002-ci ildən 2015-ci ilə qədər həmin məktəbdə hərbi hazırlıq müəllim kimi çalışıb.

Himayəsində biri əlil olmaqla, 2 qız övladı, xəstə ata-anası olan N. Məmmədovun problemləri isə Nüsrət Quliyevin məktəbə direktor təyin edilməsi ilə başlayıb. "Mina təhlükəsizliyi” hərbi hazırlıq müəlliminin ixtisası olduğu halda həmin dərsi qeyri-ixtisas müəllimləri tədris edib. Direktor sonda isə digər hərbi hazırlıq müəlliminin müharibə veteranı olduğunu əsas göstərərək, əmək müqaviləsi olmasına baxmayaraq, N. Məmmədovun dərs saatlarını ləğv edib və onu işdən çıxarıb. Bu günəcən işdən azad olunması barədə ərizəsi də təsdiq olunmayıb.

N. Məmmədov aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, o, öz ixtisası üzrə işlə təmin olunmayıb. Müəllimlərin diaqnostik qiymətləndirilmədində 55% bal toplamasına baxmayaraq, Tovuz rayon Təhsil Şöbəsinə müraciətlərinə əhəmiyyət verilməyib.

Təhsil nazirindən kömək istəyib

Əlavə gəlir yeri olmayan və ailəsinin ehtiyaclarını qarşılaya bilməyən N. Məmmədov nəhayət, 2018-ci ilin oktyabrında təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. Müraciətində işsizlikdən əziyyət çəkdiyini vurğulayıb, işinə bərpasını, yaxud rayonun başqa kəndlərindəki məktəblərin birində işlə təmin olunmasını xahiş edib.

Müraciətdən bir müddət sonra, keçən il noyabrın 8-də Tovuz rayon Təhsil Şöbəsinə çağırılıb. Təhsil Şöbəsində vəd ediblər ki, nə vaxt boş vakansiya olarsa, işlə təmin olunacaq. Ancaq hələ də işsizlik problemi həllini tapmayıb.

N. Məmmədov qeyd edib ki, ötən müddət ərzində Təhsil Nazirliyinin əməkdaşı da onunla əlaqə saxlayıb və nazirlik əməkdaşına real durumu çatdırıb. Ancaq hələ də real nəticə ortada yoxdur.

Son ümid

N. Məmmədovun deyir ki, Düz Cırdaxan kəndində Rəfael İsmayılov adına məktəbdə oxuyan və bütün dərslərindən "5” alan qızının təcili gözlərindən əməliyyat olunması lazımdır. Ancaq işsizlik atanı övladının əməliyyat etdirməsinə imkan vermir. Son ümidi isə ölkə Prezidentidir: "Övladım gözündən əməliyyat olunmalıdır, çıxılmaz vəziyyətdə qalmışam. Biz gələcəyimiz, xalqımız üçün övlad böyüdürük. Rayon Təhsil şöbəsində vəd edirlər ki, nə vaxtsa vakansiya olarsa, yer olanda işlə təmin edəcəyik. Bəlkə bu, 3-5 il çəkəcək?! Qanunvericiliyə görə müqavilə şərtlərinə əməl olunmadığına görə mənə təzminat ödənilməlidir, təzminat belə ödəmirlər. Rayonda elə kəndlər var ki, hərbi hazırlıq dərsini riyaziyyat müəllimləri keçir. Heç o müəllimlər öz ixtisasları ilə əlaqədar attestasiyadan keçə bilməyiblər. İndi onlar işləyir, mən çöldə qalmışam. Mən istənilən yerdə işləməyə hazıram. Təhsil Nazirliyinin əməkdaşına da dedim ki, istədiyiniz yerə, o cümlədən dağlıq kəndə göndərin, gedib oradakı məktəbdə işləyim, ailəmi saxlayım. Sabah müharibə başlasa, hamıdan öncə gedəcəm. Ancaq bu gün ailəm acınacaqlı durumdadır. Məcburam ki, ailəmi də götürüb təhsil nazirinin, Prezidentin qəbuluna gedim. Başqa çıxış yolum qalmayıb...”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO