Impera
XƏBƏR LENTİ
10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı12:38Pomidor niyə bahalaşıb? - Ekspert açıqlayır12:14“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...11:59“Kasıbıq deyə, başımıza oyun açılmalıdır?” - GİLEY11:39Keçmiş icra başçısı dünyasını dəyişdi11:16Bakıda 9 min manatlıq “yaxşı” qəbir yeri satılır: - Kimsə cavabdehlik daşımaq istəmir10:59Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort? - ARMYANSKDAN OLAN KEÇMİŞ NAZİRİN İDEYASI18:18Nazirlik ölkə resurslarını niyə gəlirə çevirə bilmir?18:01Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…17:50Manatın məzənnəsi dəyişmədi17:36BAKIDA DƏHŞƏT: 18 yaşlı qız özünü 4-cü mərtəbədən atdı17:29Prezident İlham Əliyev və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər17:11“Nəsimi” xalçası ətrafında müəmma: - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”17:02Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Qobustan Milli Tarix-Bədii Qoruğunda olub16:49Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: - hansı dəbdəbəli yer kimindir?16:39"Zirə"də şok istefa - prezident getdi
BÜTÜN XƏBƏRLƏR

"Ümidlərim hələlik ölməyib..." - GİLEY

24 Ock 2019, 12:38   
"Ümidlərim hələlik ölməyib..." - GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən də olkə başçısı İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya muraciət unvanlanıb. Bu kimi müracıətlər bu rayonun bir neçə kəndinin sakinləri tərəfindən vaxtaşırı olunur və son vaxtlar daha çox intensivləşib. Sakinlər korrupsiyalaşmış yerli bələdiyyə sədrlərinin qanunazidd əməlləri barədə artıq yazmadıqları orqan,döymədikləri qapı qalmadığını iddia edirlər. Onların müraciətləri barədə Aktualinfo.org onlayn qəzetində və bir çox elektron kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb. Aldadıldıqlarını iggia edən bir neçə kəndin sakinləri bələdiyyə sədrləri tərəfindən onlara məxsus pay torpaqlarının başqasına satılması ilə bağlı müvafiq orqanlara dəfələrlə şikayət etmələrinə baxmayaraq onların şikayətinə baxan yoxdu.Qaraş Allahverdiyevin müracıətini yenə də olduğu kimi oxucuların diqqətinə çatdırırqə. Ümid edirik bu dəfə onun və ailəsinin haqq səsinə səs verən tapılacaq. Qaraş Allahverdiyev yazır.

“Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş saxta diplomlu Musayev Əlikram Ələkbər oğlu sonradan öz yerinə təyin etdiyi dostu Gülpaşa Paşayevlə gizli sövdələşərək bizim ailəmizə məxsus 43 ha pay torpaq sahəsini atamgilin əkib –becərməyə imkanı olmadığını bildirərək 2007-ci ildə müvəqqəti olaraq bu torpağın bir hissəsini – 17 ha-nı, hər hektar üçün 20 manat olmaqla 5 il müddətinə icarəyə götürməyi təklif etmişlər. Lakin ortalıqda şifahi razılaşmadan başqa rəsmi icarə müqaviləsi tərəflər arasında imzalanmamışdır. Sonradan o vaxtkı bələdiyyə sədrləri aralıq makrler rolunda çıxış edərək atam Mürşüd Allahverdiyevi torpağın dövlət qeydiyyat aktını guya atamla icarə müqaviləsi bağlamaq adı altından ondan alıb aparmışlar. Ailəmiz razılaşdırılmış 5 illik icarə müddəti bitdikdən sonra 2012-ci ildə torpağımızı geri istədikdə, bu dələduz dəstə bizə “siz həmin torpağı bizə birdəfəlik satmısınız” dedilər. Bildirdik ki, axı torpağı satası olsaq qanunvericiliyə görə gərək torpaq payı müəyyən edilən hər bir ailə üzvümüz ya dövlət notarial kontoruna, ya da ki, regional dövlət reyestr xidməti idarəsinə gedib rəsmi razılıq ərizələrimizi təqdim edəydik. Ortalıqda isə nə belə bir razılıq ərizələri, nə dəki, rəsmi alqı-satqı müqaviləsi bizə təqdim edilməmişdir. Son 5 ildə dəfələrlə yerli və yuxarı aidiyyatı orqanlara etdiyimiz şikayətlərə isə əsassız , formal cavab verməklə bu dələduz dəstənin bizim ailəyə qarşı törətdikləri cinayətət əməllərini ört-basdır etməklə məşğuldurlar. Bir daha xatırlatmaq yerinə düşərdi ki, ailəmizə məxsus 17 ha pay torpağımızın yerli bələdiyyə sədrinə satılması barədə nə Qobustan rayon dövlət otariat kantorunda, nə də Daşınmaz Əmlakın Şamaxı rayonu üzrə Reyestr Xidməti İdarəsində torpağımızın rəsmi satılmasına dair heç bir sənəd-sübut olmadığından bizə təqdim etmədilər.

Məsələilə bağlı bu ilin mart ayında Kənd Təsərrüfatı nazirinə etdiyim rəsmi müraciətə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərovun 01 may 2018-ci il tarixli formal cavabında bildirilir ki, “ Sizin iştirakınızla keçirilən qəbulda həm Ə.Musayev, həm də G.Paşayev mərhum atanızın iştirakı ilə torpağın 17 ha hissəsinin satılması və qalan 26 ha əraziyə yenidən çıxarış verilməsini bildirmişdir.” Mən də öz növbəmdə bildirirəm ki, İcra Hakimiyyətində məsələnin müzakirəsi zamanı hər iki məsul vəzifəli şəxs mənə yalnız şifahi olaraq bildirmişlər ki, mərhum atamın iştirakıilə 17 ha torpaq satılmışdır.Yenə həmin gün məni başçının müavini M.Ələkbərov Qobustan rayon İH-nin icra başçısı Adil Məmmədovun yanına apardı. Adil müəllimin qəbulu zamanı mənimlə birlikdə iştirak edən Əlikram və Gülpaşanın yanında mənə dedi ki, rəhmətlik atan torpağın 17 ha-nı satıb, ona görə də gərək 17000 manat verəsən ki, bu işi həll edə bilək. İcra başçısının bu təklifindən mən elə başa düşdüm ki, guya atam vaxtilə həmin torpağı satarkaən aldığı 17000 manatı torpağın indiki sahibinə qaytarmaq lazımdır ki, cənab başçı da bu problemi beləcə həll etsin. Mən cavab verdim ki, yerli bələdiyyə ilə bizim ailə arasında olan şifahi söhbətə görə 17 ha torpağımızı hər ha-sı 20 manat olmaqla 5 il müddətinə icarəyə vermişik və əvəzində bizə 1500 manat pul verilməli idi. Biz də 2013-cü ildən torpağımıza sahiblik etməli idik.” Başçı bizə heç bir cavab vermədi və biz otağı tərk etdik.

Mənim 13 dekabr 2018-ci il tarixli sonuncu şikayət məktubuma cavab olaraq DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi 21 dekabr tarixli, 184120002054 saylı cavab məktubuna əlavə olraq JN 0050 N-li torpağın dövlət aktını və 14 iyul 2010-cu il tarixli torpağın alqı-satqı müqavilələrinin surətlərini təqdim etmişdir.Sağ olsun ki, Heydər Əliyev Fondunun rəhbərliyi mənim müraciətimi nəzarətə götürmüşdür. Yoxsa ki, onlar mənə bu sənədləri verməzdilər. 14 iyul 2010-cu il tarixli iki alqı-satqı müqaviləsindən aydın olur ki, Qobustan rayonun ayrı-ayrı yerlərindən olan fiziki şəxslərin adından( eləcə də mənim atam Allahverdiyev Mürşüd və anam Allahverdiyeva Gülarə Gilo qızı arasında əvvəlcə Qobustan şəhər bələdiyyəsinin sədri ( 18 ildir ki, bu adam bələdiyyə sədridir) Vasif Novruzov Qobustan rayon Notariat Kontorunda etibarnamə verilmiş və dərhal sonra da V.Novruzovla Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mən.36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ( Bu adam Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuş və hazırda FHN-i K.Heydərovun müavini olan general Nazim Məmmədovun qardaşıdır.
Alqı-satqı müqaviləsində qeyd edilir ki, guya Qobustan şəhərində yerləşən torpağa görə atam 4 nəfərin payı olan 13.57 ha torpağı üçün 6500 manat, anam Gülarə isə özünə məxsus 3,43 ha torpağına görə isə 1500 manat pul alıbmış. Anam bu gün də sağdır. Və qeyd edir ki, o heç vaxt Vasif Novruzov adlı şəxslə görüşməyib və notariat kontoruna getməyib, alqı-satqı müqaviləsinə də imza etməyib. Eləcə də rəhmətlik atam bu adamı tanımayıb, etibarnamə verməyib və müqaviləyə də imza etməyib. Hələ bunlar qalsın bir kənara. Rəsmi alqı-satqı müqaviləsində qeyd edilir ki, torpaqların alqı-satqı müqaviləsi bağlanarkən ailə üzvlərinin razılığı alınmışdır.” Yalançının lap atasına lənət olsun!

Sağ olsun Baş prokurorluğu ki, məslənin ciddiliyini və kütləviliyini nəzərə alaraq araşdırma üçün Qobustan rayon Prokurorluğuna göndərmişdir. Budur, xanım müstəntiq məndən izahat alan zaman şikayəti kim yazdığını soruşdu və qeyd etdi ki, bunu sən yazmamısan. Dedim ki, təqdim etdiyim sənədlər də, başıma gələn oyunlar da sizə bəs etmirmi ki, şikayətin mənə aid olmasını sübut etməsin. Cavabı bu oldu ki, məsələ mülki xarakter daşıyır və məhkəməyə müraciət edə bilərsiniz. Mən artıq yerli prokurorluğun mənə hansı cavabı göndərəcəyi indidən məlum oldu. Və belə formal araşdırmaya qəti etirazımı bildiriəm. Budur, artıq əlimdə saxta alqı-satqı müqaviləsi, dövlət aktı, çıxarış, rəsmi cavablar var. Və mən inanmıram ki, Qobustan şəhər bələdiyyəsinin sədri oaln və eyni zamanda illərdir ki, icar başçılarının birbaşa göstərişləri və iznilə hərəkət edən Vasif Novruzov bu saxtakarlıqları icra edən zaman sadəcə bir fiqur rolu oynamış və makler haqqı olaraq özünə düşən payı götürmüşdür. İndi Bakıda evləri, kommersiya obyektləri var ki, heç 50 il elmdə saqqal ağardan akademikimizin bu qədər mülkü yoxdur. Bu adam vaxtilə Nərimankənd sakinlərinə məxsus və Qobustan şəhərinin gündoğar hissəsində yerləşən hektarlarla pay torpaqlarını icra başçısı olmuş və hazırda Neftçala rayonuna rəhbərlik edən İsmayıl Vəliyevin saxta sərəncamları əsasında kənar fiziki şəxslərə hər sotu 1500-2000 manata satmaqla birlikdə külli-miqdarda pul qazanıb mənimsəmişlər. Bu məsələ, yəni 16 ailənin pay torpağını onların xəbəri və razılığı olmadan satmış rayon rəhbərliyi yerli məhkəmələrdə pul hesabına “qələbələr” çalsa da hazırda Avropa Məhkəməsində kəndlilərin xeyrinə başa çatmaq üzrədir ki, tezliklə dövlət bu haramzadalara görə Nərimankənd sakinlərinə xeyli təzminat ödəmək məcburiyyətində qalacaqdır. Yəni. Demək istəyirəm ki, mənim ailəmin başına gətirilən və mülkiyyəti saxtakarlıqla əlindən alınan tək mən deyiləm, minlərlə Qobusatn rayonunun bütün kənd camaatının başına gətirilir. Digər fakt ondan ibarət dir ki, yenə də həmin Malik Məmmədov adlı (“Gilan” Holdinqin işçisi olan) şəxsə 2006-cı ilin aprelin 2-də Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayevlə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında 40 ailəyə məxsus 526 ha torpaq sahəsi saxtakarlıqla mənimsənilmişdir. Artıq Malik Məmmədov Qobustan rayonunun camaata məxsus pay torpaqlarını Ordubaddan gələrək yarısını demək olar ki, mənimsəmiş və “işğal” etmişdir. Biz də fikirləşirik ki, ermənilər Azərbaycanın 20 % torpağını işğal ediblər. Bəs daxili “ermənilər”in Azərbaycanın yerdə qalan torpağının neçə faizini “işğal” etməsini hesablayan varmı?

Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikramın audioyazısını da təqdim edirəm. Adam etiraf edir ki, “məndən cənab prezidentin tapşırığı adı altında rayonda inzibati binanın tikilməsi üçün 42000 manat aldılar. Neynirəm belə vəzifəni, ondansa gedib toyuq-cücəyə baxsam yaxşı olar.” Və yenə də etiraf edir ki, rəhbərlik etdiyi kəndlərin torpaqlarını məhz onun vasitəçiliyilə etibarnamə əsasında Məmmədov Malik Xeyrulla oğluna satmışdır.

Ümidlərim hələlik ölməyib. Və hesab edirəm ki, dövlətimizin qanunları işləyir. Və hesab edirəm ki, Qobustan rayon Prokurorluğunun başdansovudu araşdırmasına rəğmən bir savadlı və cürət sahibi olan prokuror işçisi tapılacaq ki, bizim məsələni ədalətlə araşdıracaq və qəti qərar qəbul edəcəkdir.

Cənab Prezident, Torpağım əlimdən alınandan sonra mən 6 nəfərlik ailə üzvlərimi dolandırmaq üçün Abşeron rayonunda kirayədə yaşamaq məcburiyyətindəyəm. Sizdən çox xahiş edirik ailəmizə məxsus torpaq mülkiyyətimizi etimadımızdan (İicarə adı altında) süi-istifadə etməklə, saxta sənədləşmə yoluilə ələ keçirmiş quldur dəstəsinin qanusuz hərəkətlərinin araşdırılmasına və hüquqi qiymətin verilməsi üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz”.

Müracıətdən göründüyü kimi vətəndaşlar bələdiyyə sədrləri tərəfindən aldadılmış, torpaqları satılmışdır. Qeyd edək ki, Qobustan rayonunun adıçəkilən kəndlərində tək Qaraş Allahverdiyevin başına gəlməyib.Adıçəkilən kəndlərdə Qaraş Allahverdiyev kimi yüzlərlə sakinlər var ki,aldadılaraq pay torpaqları satılıb. Gömrük Komitəsinin keçmiş sədr müavini Nazim Məmmədovun qardaşına. Nazim Məmmədovun da kimin adamı olduğunu hmı çox gözəl bilir. Onların torpaqlarını geri ala biləcəklərini isə heç kim bilmir. Aktualinfo.org
OXŞAR MÖVZULAR