Oqtay Şirəliyevin ətrafında müəmma böyüyür: nazirin seçkidə iştirak etməməsi səhhəti ilə bağlıdır?

17:26 16.04.2018 554
Oqtay Şirəliyevin ətrafında müəmma böyüyür: nazirin seçkidə iştirak etməməsi səhhəti ilə bağlıdır?
Səhiyyə naziri Oqtay Şirəliyevin 11 aprel Prezident seçkilərində iştirak etməməsi ətrafında müəmmalı vəziyyət cəmiyyətin böyük marağına səbəb olub.

Mia.az xatırladır ki, nazirin seçki kimi vacib bir tədbirdə də iştirak etməməsi haqda sensasiya sayılacaq iddianı ilk olaraq Unikal.org saytının baş redaktoru Asəf Rzayev yayıb.

Sayt rəhbərinin sözlərinə görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatdadır və o, aidiyyatı ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli idi: "Lakin o, seçici hüququndan istifadə etməyib”.

Faktı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev təsdiq edib.

O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin həqiqətən iştirak etmədiyini deyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.

Səhiyyə Nazirliyindən isə "Bizim yol”a əvvəlcə "Nazir seçkidə iştirak edib, bir azdan bunu təsdiq edən görüntü də yayacağıq” deyilsə də, sonra da heç telefonlara da cavab verilməyib.

Mia.az-ın əldə etdiyi məlumata görə, son aylar Oqtay Şirəliyevin səhhəti qənaətbəxş deyil. Məhz səhhəti ilə bağlı yaranmış problem üzündən nazir seçkiyə də qatıla bilməyib.

Bu barədə saytımıza məlumat verən nazirliyin əməkdaşlarından biri deyib ki, Oqtay Şirəliyev son günlər işə gəlmir: "Onu sonuncu dəfə nazir müavini Abbas Vəlibəyovun dəfn mərasimində gördüyümüzdür. Bundan sonra nə nazirlikdə, nə də digər dövlət tədbirlərində Oqtay müəllimi görən olmayıb. Düzdür, hərdən köməkçisindən qeyri-müəyyənliklə bağlı məlumat almaq istəyən olur. Lakin o da faktiki vəziyyəti bilmədiyini deyir. Ancaq Oqtay müəllimi son aylar görənlər deyir ki, nazirin səhhətində problem olduğu açıq hiss olunur”.

Yeri gəlmişkən, onu da xatırladaq ki, mart ayının sonunda Bakının Nizami rayonunda Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq səviyyəli xəstəxananın açılşında da Oqtay Şirəliyev olmayıb.

Bəzi ekspertlər bu və ya digər məqamları nəzərə alaraq, tezliklə onun vəzifəsindən azad olunacağını deyirlər: "Hətta yeni səhiyyə nazirinin Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin olacağını da indidədən dilə gətirən ciddi mənbələr var”.

Məlumat üçün onu da qeyd edək ki, Gəray Gəraybəyli 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektorudur. O, bu postda deputat Əhliman Əmiraslovu əvəzləyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO