AQTA bu şirkətə müdaxilə edəcəkmi? - Diqqət: TƏHLÜKƏ!

16:26 15.01.2019 462
AQTA bu şirkətə müdaxilə edəcəkmi? - Diqqət: TƏHLÜKƏ!

Qafqaz Müsəlmanları İdarəsinin illərdir halalıq zəmanəti vermədiyi halda, hələ də “Səhliyalı” ət və ət məhsulları market və supermarketlərdə əhaliyə halal adı ilə sırınır. Bu məhsulun hələ də az sayda da olsa, alıcısının qalması onun görüntüsünün cəlbediciliyi ilə əlaqədardır. Lakin bu məhsulun bir dəfə istifadəsi müalicəsi mümkün olmayan ağır xəstəliklərə səbəb ola bilir.

Zamantv.az Axar.az-a istinadən xəbər verir ki, artıq sözügedən şirkətin “Min bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosis məhsullarının qoca, südsüz inəklərin ətindən hazırlandığı hamıya məlumdur. Maraqlıdır ki, QMİ illərdir bu məhsula halallıq zəmanəti verməyib, amma şirkət “halal” adından sui-istifadə etməkdə davam edir.

Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

Mənşəyi məlum olmayan ətdən hazırlanan kolbasa

“Min bərəkət, halal nemət” nişanlı məhsulların tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var.

Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Bu şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi “sahliyali.com” saytında da məlumat yerləşdirilməyib.

Bir müddət qabaq şirkətin kolbasalarında nişastanın normadan artıq olduğu da aşkarlanmışdı.

Ard-arda, dayanmadan bu şirkətlə bağlı neqativ məlumatların getməsi, QMİ-nin sözügedən şirkətin məhsullarına halallıq zəmanəti verməməsi, məhsulların hansı heyvanın ətindən hazırlanması haqda məlumatın olmaması, həmçinin, sosiskadan siçan əti çıxması kimi hallar sübut edir ki, bu məhsulların istifadəsi orqanizm üçün təhlükəlidir

Saysız-hesabsız müştəri şikayəti

Bu günlərdə istehlakçılardan biri mağazadan “Səhliyalı” şirkətinin məhsulu olan “Russkiy vkus” kolbasası alıb. O, aldığı həmin kolbasanın zay çıxdığı haqda sosial şəbəkədə məlumat da paylaşıb.

Şikayətçi bildirib ki, olduqca bərbad və qeyri-adi dad verən kolbasa kəsilən kimi partlayıb:

“7 manat 80 qəpik verib aldım, evə gətirdim. Kolbasanın üzərindəki salafanı kəsən zaman kolbasa partladı, ikiyə bölündü. Sanki içi şişmişdi. Sonra dadına baxdım, üzərində qızartılar əmələ gəlmişdi. Belə məhsulu uşaqlarımıza, ailəmizə necə yedirək? Bu firma öz evinə kolbasa alıb aparmırmı?”

İstehlakçı kolbasa alarkən diqqətli olmağa, məhsulun istehsal tarixinə baxmağa, “Russkiy vkus” məmulatlarından uzaq durmağa çağırış edib.

İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman "Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə də rastlaşmaq olar.

Əhalinin canına qəsd edən “Səhliyalı”

Hətta İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.

Reklamını “halal məhsul” istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub.

Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər.

Bu şikayətlərlə Bəşirov qardaşlarının biznesi, həmin məhsulun istifadəçilərinin isə canı təhlükədədir.

Dadı bərbad, etiketi saxta

1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayan “Səhliyalı” müəssisəsi dəfələrlə aidiyyəti qurumların tənqidinə tuş gəlib. Belə ki, İqtisadiyyat Nazirliyinin rəsmiləri dəfələrlə müəssisədə yoxlama aparmış və məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarının 52,5 faiz təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar etməmişdilər. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə, “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar nazirlik “Səhliyalı” kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosisinin, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “Min bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...