V.Hüseynova təhsilə də, dövlətə də yükdür

12:25 25.12.2018 1 598
V.Hüseynova təhsilə də, dövlətə də yükdür
Təhsildəki çatışmazlıqlara şübhəsiz, bəzi rüşvətxor, milli inkişafda pay sahibi
olmayan harın və lovğa məmurlar səbəb olurlar. Müasir Azərbaycan təhsilini yarıtmaz
əməllərin qurbanına çevirmək cəhdində olan bu məmurların niyyətlərinin nədən ibarət
olduğunu bir özləri, bir də Allah bilir, lakin bizim bildiyimiz odur ki, belələri dövlət
dəyərlərini, müstəqillik ideyalarını daim aşağılamağa cəhd etməkdə israrlıdırlar. Bu
gün heç kim qarant verə bilməz ki, Tovuz rayon təhsil şöbəsinin müdiri Validə
Hüseynovanın təhsil islahatları günün tələblərinə cavab verir.
Açığı, poçtumuza daxil olan şikayətlər də, öz müşahidələrimiz də sübut edir ki, Tovuz
rayonunda təhsil açıq bazara çevrilib, buradakı alış-veriş işini, yəni, təhsil alverini də
V.Hüseynovanın Mədinə adlı bacısı öz üzərinə götürüb. Xüsusi istehkam təsiri verən
Tovuz təhsili V.Hüseynovanın şəxsi biznesidir. O, başı azacıq qeylü-qala ilişəndə,
deyir ki, arxalarında hakimiyyətə yaxın vəzifəli şəxs dayanır, kimsənin onlara gücü
çatmaz. Məhz həmin şəxsin havadarlığı altında V.Hüseynovanın özbaşınalığı
dözülməz həddə çatıb.
Bu gün Tovuz məktəblərində gerçək islahatçı zəminlər yox səviyyəsindədir; ortada
sadəcə V.Hüseynovanın öz şəxsi manevrləri xüsusi rüşvət potensialı kimi diqqət
çəkir. Məktəblərdəki hazırlıq prosesləri bilik imkanlarına qəti cavab vermir. İş o yerə
çatıb ki, məktəblərin qış hazırlığı valideynlərin üzərinə düşüb. Ərz edirlər ki, Tovuzda
təhsilin siyasi arqumentə çevrilməsi prosesi aparılır. V.Hüseynovanı ancaq pul
maraqlandırır; təhsilin ölü vəziyyətə düşməsi onu qəti narahat etmir.
Bu gün Tovuz məktəblərində o qədər ciddi nöqsanlar var ki, sadalamaqla qurtarmaz.
Məktəbə davamiyyət işi, şagirdlərin bilik səviyyələrindəki uğursuzluq, ixtisaslı
kadrların sıxışdırılması, işdən çıxarılması, məktəblərə qeyri-ixtisas sahiblərinin axını,
açıq alver, bir sözlə, Tovuz təhsilinin bazar münasibətləri dövlət dəyərlərinə tam
ziddir, bu işlərin kökündə də rüşvət, dövlətə niyrət hissləri aşkar bərqərardır. Ağzını
açıb bir söz demək istəyənə də V.Hüseynova hədə-qorxu gəlir, heç kimdən
çəkinmədiyini ərz etməklə məsələnin üstünü bağlayır.
Deyirlər ki, Tovuz məktəblərində ümumilikdə 800 müəllim işdən çıxarılıb. Bu, heç də
balaca rəqəm deyil və maraqlıdır ki, V.Hüseynova bu müəllimlərin yerinə kimləri işə
götürüb. Təsəvvür edirsinizmi 800 müəllimdən alınmış rüşvət neçə sandıq edir?! Bu
qədər pulla hər kim olsa, ağzına gələni danışar, kimsədən qorxmadığını deyər.
Bir yandan da, V.Hüseynovanı niyə qınayaq ki. O, vəzifədə qalmaq üçün yuxarılara
külli-miqdarda pul verir, havadarlarına görüm-baxım edir. Tovuz təhsili onun şəxsi
malı deyil ki, təki cibləri dolu olsun. Vəziyyəti onsuz da dövlət öz üzərinə götürür.
Deyirlər ki, V.Hüsynova köhnə işlərdən yeni hoqqalar çıxarmağın ustasıdır. Onun
Tovuz təhsilini gerilətmə faktları, məktəblərdə milli hissi minimuma endirmək
cəhdləri yeni hoqqalarının bir «örnəyidir». Sözsüz, bu cür ifadələrdən sonra düşünə
bilərsiniz ki, biz şöbə müdirinə xox gəlirik, əsla, məqsədimiz haqqın hansı rəngdə
olduğunu haqsızlıq odunda çabalayan ona göstərməkdir.

Xülasə, V.Hüseynovanın çirkin əməlləri bitmək fikrində deyil. Tovuzun milli
təhsilinə qənim kəsilən bu şəxs bu acınacaqlı hala necə dözür, bax, biz bunu
araşdırırıq.
Sakinlər deyirlər ki, V.Hüseynovanın ən böyük günahı odur ki, haram işlərə aludədir,
bizi - haqqı eşitmir. Ancaq nə vaxtadək?
Son günlər də Tovuz təhsilində bir sıra ciddi, biyabırçı, tük ürpədən qanun
pozuntularına yol verilib. Aidiyyatı orqanlar bu neqativ hallara məhəl qoymasa da, bu,
bizim diqqətimizdən yayınmır. Bizə hələ də qaranlıq qalır: görəsən, bu boyda hay-
küydən sonra Təhsil naziri nə üçün V.Hüseynovanı hələ də vəzifədə saxlayır. Axı o,
təhsilə də, dövlətə də yükdür.

Araşdırmamız davam edir,ardi var...
Vüsal Elgün
ZamanTv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO