"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - QALMAQAL

14:00 17.12.2018 645
"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - QALMAQAL

Neftçala Baytarlıq xidmətinin əməkdaşı isə barəsindəki iddiları təkzib edib

“Özünü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşı kimi təqdim edən Tahirov Qəhrəman Baloğlan oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşlalıq edir. İnsanların etirazı ilə qarşılaşanda deyir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun adamıyam, mənə heç kim heç nə edə bilməz”.

Bunu Bizimyol.info saytına şikayətində Neftçala rayon sakini Həsənov Racı Əliabbas oğlu bildirib.

Şikayətçi iddia edir ki, Q. Tahirov rayonda sahibkarlara hədə-qorxu gələrək rüşvət alır, rayonda bəzi torpaq sahələrini zəbt edir: “Baytar kimi bütün Neftçala rayonu sakinlərini bezdirib. Qanunsuz torpaq zəbt edir, dövlət qurumları nümayəndələrini – bələdiyyəni, icra hakimiyyətini və digər dövlət qurumlarını da şantaj edir. O, rayonda fəlaiyyət göstərən ayrı-ayrı sahibkarlara məxsus ət dükanı, restoranlardan baytar kimi pul yığmaqla məşğuldur. Hamını şantaj edir ki, mənə pul verməsəniz, ət məhsullarının yararsız olduğu barədə rəy verəcəm”.

R. Həsənov qeyd edib ki, rayon qəssabları, balıqçılarından pul tələb etməsinə görə, hüquq-mühafizə orqanlarına müraciət olunub.
Şikayətçinin sözlərinə görə, Qəhrəman Tahirov ona məxsus təsərrüfat sahəsinin yanındakı dövlətə məxsus ərazini qanunsuz zəbt edib: “Hansı ki, bu dövlət torpağıdı. Bu ərazidə qaz xəttinin üzərindədir. Heç bir sənədi də yoxdur. Buna etiraz etdiyimə görə, mənimlə bir neçə dəfə əlbəyaxa olub, məni şantaj edib. Mənə xəsarət yetirib, əlinə tüfəng alıb üstümə gəlir. Deyir torpaq mənimdi, burdan çıxan deyiləm. Bu barədə mən polisə məlumat vermişəm. Tahir Qəhrəmanov bir neçə dəfə məhkəmə tərəfindən cərimələnsə də, yenə davranışlarını dəyişməyib”.

R. Həsənov deyib ki, Qəhrəman Tahirovun baytar kimi diplomu da saxtadır: “Özü üçün orda sənədsiz baytarlıq apteki də açıb. Mən xahiş edirəm, bu şantajçı adam haqqında məlumatı yayasınız, müvafiq dövlət qurumları da bu barədə tədbir görsünlər”.

Şikayətçinin qeyd etdiyi iddialarla bağlı Qəhrəman Tahirovun da fikirlərini öyrəndik. O, Bizimyol.info saytına bildirib ki, Raci Həsənovun iddiaları əsassızdır:

“Mən hqəqitən də Neftçala Rayon Baytarlıq İdarəsinin əməkdaşıyam. Ancaq bildiyiniz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra Baytarlıq Xidmətində yoxlama səlahiyyəti yoxdur. Belə olan halda, mən necə pul yığa bilərəm?”.

O bildirib ki, nazirin adından istifadə etməsi ilə bağlı deyilənlər də düz deyil.

Raci Həsənovla əlbəyaxa olması, ona silah çəkməsi barədə iddialara gəlincə, Q.Tahirov deyir ki, əgər belə bir şey olsaydı, hüquq-mühafizə orqanları müvafiq tədbir görərdi.

O, dövlət torpağını qanunsuz zəbt etməsi ilə bağlı R.Həsənovun dediklərini də təkzib edib: “Həmin torpaq sahəsi mənə icra hakimiyyəti tərəfindən verilib və orada heyvandarlıqla məşğuldur”. Bizimyol.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO