Rəsul Quliyevlə Fatma Yolçuyevanı biri-birinə nələr bağlayır?... - Araşdırma

13:07 14.12.2018 1 020
Rəsul Quliyevlə Fatma Yolçuyevanı biri-birinə nələr bağlayır?... - Araşdırma

Zamantv.az Stimulxeber.az a istinadən xəbər verir ki Xəbər verdiyimiz kimi Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisçilərindən biri olan “FENCİNG” İdman Klubu ictimai birliyi mətbuat konfransı keçirərək onlara məxsus əmlakın bir qrup şəxsin qanunsuz yollarla mənimsəməsinə çalışdıqlarını bildirmişdi. Mətbuat konfransında vəkilin, “FENCİNG” İdman klubu İctimai birliyinin sədri Asəf Məlikovun açıqlamalarında maraqlı məqamların olması diqqətimizi çəkdi. Bu ətrafda apardığımız araşdırmalar zamanı məlum oldu ki, mübahisəli ərazi vaxtilə eks spiker Rəsul Quliyevə məxsus olub. Rəsul Quliyevsə öz növbəsində digər əmlakları kimi bu əraziləri də yaxın ətrafının adına sənədləşdirib. Rəsmi sənədlərdə adı çəkilən şəxs dünyasını dəyişəndən sonra müəmmalı hadisələr baş verməyə başlayıb.
“Biraz da döz, döz Fatma xanım. Pullarını qaytaracam”...
Özünü Rəsul Quliyevin aşbazı kimi təqdim edən Cahangir Quliyev adlı şəxs Fatma Yolçuyeva ilə birləşərək, əlillərin əmlakını mənimsəməyə cəhd edirlər. Bu həmin Fatmadır ki, Bakı şəhərində böyük məbləğlərdə faizə pul vəsaitləri verdiyi üçün “sələmçi Fatma” titulunu qazanıb. Nə sirrdirsə, Fatma Yolçuyeva hüquq mühafizə orqanlarında araşdırılan bütün işlərdən “qalib” kimi ayrılır. Fatma Yolçuyevanın böyük kapitala malik olması Cahangir Quliyevin diqqətindən yayına bilməzdi. İllərdir uzanan məhkəmə proseslərində saxta yollarla sənədlər əldə etmək üçün Fatma Yolçuyevanın maddi imkanlarından və bu imkanlar hesabına əldə etdiyi “iri çaplı məmur dostlar”ından yetərincə istifadə olunub. İddialara görə ümumi proseslərə xərclənmiş pulların müqabilində mübahisəli ərazinin böyük bir hissəsi Fatma Yolçuyevaya çatacaq. Məhkəmə proseslərinin illərlə uzanması deyəsən Fatma Yolçuyevanın əsəblərini tarıma çəkib. Belə ki, son məhkəmə proseslərində “sələmçi xanım” Cahangir Quliyevdən aşkar şəkildə faizə verdiyi pulları tələb edir. Cahangir Quliyev isə müxtəlif bəhanələr gətirərək, biraz da dözməyi təklif edir.
Rəsul Quliyev, Cahangir Quliyev və Fatma Yolçuyeva. “Bermud üçbucağı”nı birləşdirən şərtlər...
Baş verənləri təhlil edərkən belə nəticəyə gəlmək olur ki, Rəsul Quliyevin ölkədəki dayaqları hələ də sarsılmayıb. Onun Bakı şəhərində qoyub getdiyi əlakların üzərində baş verən qalmaqallar birinci dəfə deyil ki, ictimailəşir. Bu qalmaqallar zamanı hər dəfə “döyüş meydanı”nda müxtəlif simaları müşahidə edirik. Rəsul Quliyevlə sələmçi qadının iş birliyinin ilk dəfədir ki, şahidi oluruq. Görünür F. Yolçuyeva ilə birbaşa təmasdan ehtiyat edən R. Quliyev C. Quliyevi də oyuna qatmağa məcbur olub. Hüquqi prosesləri yemək bişirməklə səhv salan “aşbaz” isə deyəsən mətbəxlə məhkəmələri dəyişik salıb. Sənədlərin saxtalaşdırmasının dozasını o qədər yüksək edib ki, məhkəmələr də ədaləti müəyyən etməkdə çətinlik çəkirlər. Maraqlıdır, eks spiker R. Quliyev məhkəmə sistemindəki dayaqlarından istifadə edərək, əlillərin əmlakını mənimsəməkdə israrlı görünür, yoxsa F.Yolçuyevanın pilları qanunları üstələyir?!... Hər iki halda “bermud üçbucağını”nın gücü göz qabağındadır. Zavallı əlillər isə hər yerdən əllərini üzərək, Allahdan imdad istəyirlər.
Mövzu ətrafında araşdırmalarımız davam edir. Məqalədə adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırma qrupu.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO