Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə – 400 minlik toyla gündəmə gəlmişdi

10:30 13.04.2018 558
Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə – 400 minlik toyla gündəmə gəlmişdi
Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adını yenidən mətbuatın gündəminə qaytaracaq məhkəmə prosesi başlanır. Aprelin 13-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və dostları Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.

İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və Nuray Bayramlı yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.

Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib: “Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam”.

Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: “Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Bu gün həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır. Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oqtay Əhmədov rəhbərlik edib. Maşınının nömrə nişanlarını belə açıb özləri ilə aparıblar. Lakin Baş Polis İdarəsinin İstintaq İdarəsində işə obyektiv yanaşılmayıb. Nəsimi rayonu ərazisində Elşən Əsgərlinin döyülməsindən sonra məhkəmə tibb ekspertizası onun bədəni üzərindəki xəsarətləri fiksə edib və dərəcəsi haqda istintaq orqanına müvafiq rəy verib. Çox təəssüf ki, bu günə qədər həmin işin icraatı heç bir əsaslı səbəb olmadan dayandırılıb. Elşən Əsgərli həmin iş üzrə zərərçəkən olduğu bir vaxtda Nərimanov rayonu ərazisində Oktay Əhmədov yenidən onunla qarşılaşıb və xəsarət yetirib. Hesab edirəm ki, məhkəmə işə obyektiv baxacaq və hazırlıq iclasında işi ibtidai istintaqa qaytaracaq”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini “şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıda binalarda quraşdırılır: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat” alır. Mən özüm onun “Azəriqazbank”ın filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO