BDU yeni rektora qədər "təmizlənir".... - Təftişin yekunu həbslərə apara bilərmi?

10:20 19.11.2018 568
BDU yeni rektora qədər "təmizlənir".... - Təftişin yekunu həbslərə apara bilərmi?

Noyabrın 15-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun fəaliyyəti yoxlanılır. “Yeni Müsavat”a daxil olan məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb. Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır.

“Yeni Müsavat”a o da məlum olub ki, A.Məhərrəmovun “İspaniyadakı macəraları” haqda 15 noyabrda günün birinci yarısında Prezident Administrasiyasına dəvət edilən Qafqaz Müsəlmanları İdarəsinin sədrini dinləyiblər. Bu görüşdən dərhal sonra da A.Məhərrəmovla bağlı məlum sərəncam elan olunub. A.Məhərrəmovun içkinin təsiri altında həddini aşması, “universiteti ayağa qaldırmaq” təhdidi və gec saatlarına baxmayaraq, hörmətli Şeyxi narahat etməsi rektorun sonunu gətirib. Mənbə deyib ki, A.Məhərrəmovla məclis qurduğu deyilən adını çəkmək istəmədiyimiz bir deputat da PA-da rəhbərlik səviyyəsində ciddi danlanıb.

Adı çaxır biznesində hallanan A.Məhərrəmovun İspaniyadakı səfir oğlunun taleyinə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyi məlum qalmaqalla bağlı hələ mövqe bildirməyib. Amma səfir Anar Məhərrəmovdan da baş verənlərlə bağlı yazılı izahat alınıb. Gözlənilir ki, yaxın günlərdə onun da diplomatik fəaliyyətinə son veriləcək. A.Məhərrəmova bundan sonra XİN-də “xırda iş” veriləcəyi barədə də iddialar var. Yeri gəlmişkən, sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Digər qardaşı Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir.

Bu arada Abel Məhərrəmovun ünvanına YAP-ın Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun çox sərt ifadələr işlətməsinə hakim partiyanın Siyasi Şura üzvü olan keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayevdən gözlənilməz reaksiya gəlib. YAP-ın təşkilat sədri sabiq rektoru əxlaqsızlıqda suçlayıb: “Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına ”ispan çaxırı" adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki... bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur", deyə o saytlardan birinə deyib.

YAP Siyasi Şurasının üzvü isə gununsesi.org-a açıqlamasında bu barədə danışıb: “Abel Məhərrəmovun rektor vəzifəsindən azad edilməsindən sonra ona qarşı aparılan bu ”qara piar" məndə təəssüf doğurdu. Axı bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır? Biz bu adətimizi tərgitməliyik”, deyə o bildirib.

M.Musayev bunları əlavə edib: “Birincisi, Abel müəllim 19 il rektor olub. Bu, o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən, O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.

Qeyd edək ki, A.Məhərrəmovun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı da hələ bilinmir.

“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO