“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."

10:32 17.11.2018 492
“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."

“Azərsun Holding”in rəhbərinin keçmiş müavini, uzun illər ərzində Azərbaycanda bizneslə məşğul olan və aparıcı şirkətlərdə icraçı direktorluq edən Erdem Yunus Arifoğluun Türkiyədə qurduğu biznesini bağlayacağını deyir.

Zamantv.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Arifoğlu bunun səbəbini Aydın vilayətinin Germencik bölgəsində bir neçə il əvvəl qurduğu istixana kompleksinin ziyanla işləməsi ilə əsaslandırıb.

Erdem Yunus Arifoğlu 2015-ci ildə Azərbaycanda “nəyi varsa satıb” və bütün pullarını Türkiyəyə, istixana kompleksi qurmağa yatırıb. Deyir ki, bu işə 25 milyon TL yatırım qoyub. Amma bölgədə Geotermik Elektrik Stansiyası olan “Güriş Grup” şirkəti onun istixanasını isti su ilə təchiz etmək istəmir. Nəticədə biznesmen istixananı qızdırmaq üçün kömür yandırmalı olur və istehsal etdiyi pomidorun maya dəyəri yüksəlir.

Arifoğlu deyir ki, istixana kompleksinin yerin altından çıxan isti su ilə təchiz edilməməsi ucbatından ildə 3 milyon TL ziyan edir. “Azərbaycandakı bütün investisiyalarımı Türkiyəyə daşıdım. 2015-ci ildən bu yana 25 milyon yatırım qoydum. İldə bir milyon yarımlıq yuyulmuş kömür yandırırıq, nə qədər keyfiyyətli kömür yandırsaq da ətraf mühitə zərər dəyir. Bizdən cəmi 140 metr məsafədə yerləşən Geotermik Elektrik Stansiyasından isti su ala bilmirik, deyirlər ki, sizə versək Girmencik bölgəsi istixanalarla dolacaq. Onlara sumu çatdırarıq, elektrikmi çatdırarıq”-biznesmen şikayətlənir.

Arifoğlunun kompleksi ayda 120 ton tərəvəz istehsal edir, deyir ki, məqsədi istehsalı ayda 200 tona çatdırmaqdır. Amma belə davam etsə şirkətini bağlayacaq və Azərbaycana qayıdacaq. Nəticədə 50 nəfər işsiz qalacaq.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı daşıyan Arifoğlu Türkiyə KİV-lərinə birinci dəfə deyil həmin problemlə bağlı şikayətlənir. Lakin bir il əvvəl o Türkiyədə biznes üçün yaradılan şəraitdən məmnun görünürdü.

2017-ci ilin əvvəllərində Arifoğlu “Milliyet” qəzetinə demişdi ki, Türkiyə hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli şərtlərdən istifadə edərək Giremencikdə 15 milyon TL investisiya hesabına 44 min kvadratmetrlik sahədə torpaqsız istixana kompleksi qurub. Həmin kompleksdə 50 nəfərdən çox adamı işlə təmin edib və ayda 120 ton pomidor istehsal edir. O vaxt Arifoğlu biznesindən məmnun görünürdü.

Arifoğlu həmin ilin fevralında “Milliyet”in əməkdaşı ilə söhbətində deyirdi: “İstehsal etdiyimiz pomidorun 40 faizini ixrac edirik. Azərbaycana da ixrac etdik. Türkiyə hökumətinin iqtisadiyyat sahəsində yaxşı siyasət yürütdüyünü gördüksə bundan sonra bütün yatırımlarımı Türkiyəyə qoymağa qərar verdim. Hələ ev-eşiyimiz Azərbaycanda olsa da özüm iki ildir Türkiyədəyəm. Digər ailə üzvlərimiz də dönəcəklər. Malımızı, mülkümüzü, inşaat layihələrimizi satıb pula çevirən kimi onları da hökumətimizin aldığı müsbət qərarla bura gətirəcəyik”.

İndi isə Arifoğlu məyusdur və Türkiyədəki yatırımlarını çıxarıb Azərbaycana qayıtmaq istəyir. Erdem Yunus Arifoğlu 90-cı illərin ortalarından Azərbaycanda bizneslə məşğul olub. Özünün dediyi kimi oğlanları Azərbaycanda tikinti biznesi ilə məşğuldur. Özü isə 2015-ci ilədək “Azərsun Holding”in rəhbərliyində yer alıb. Holdinqin Bakıdakı marqarin zavodunu yenidən qurub. Holdinqin böyüməsində onun böyük rolu olduğu məlumdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO