Deputatların qıcıqlandırıcı açıqlamalarının səbəbi – Savadsızlıq, yoxsa…

13:13 12.04.2018 528
Deputatların qıcıqlandırıcı açıqlamalarının səbəbi – Savadsızlıq, yoxsa…
Hakimiyyətə yarınmaq istəyib hakimiyyətə problem yaradanlar

Cəmiyyətdə zaman-zaman deputatların verdiyi qalmaqallı açıqlamalar müzakirə mövzusu olur. Bəzən hansısa bölgədə baş verən olaya münasibətləri, yaxud problemlərdən “çıxış yolu” kimi göstərdikləri məqamlar insanları qıcıqlandırır. Onlardan bəzilərini yada salaq.

Deputat Hadı Rəcəblinin xalqın qəzəbinə səbəb olan açıqlamalarından biri “işdən sonra fəhləlik”lə bağlıdır. Həmin açıqlamanı xatırlayaq: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. Bunun nəyi pisdir ki?”

Onun daha bir açıqlaması isə məcburi köçkünlər barədə olub. Köçkünlərin yataqxanalardakı otaqlarında “plitka”nı yandırıb pəncərəni açıq qoyduqlarını bildirərək, onların bir qisminin güzəştlərdən məhrum edilməsinə haqq qazandırıb.

2016-cı ilin dekabrında YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov da xalq üçün “böhrandan çıxış xəritəsi” çəkdi: “Ayağını yorğanına görə uzat. Azdırsa az ye, çoxdursa çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

2016-cı ilin dekabrında Biləsuvarda məskunlaşan məcburi köçkünlərin keçirdiyi aksiya ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev aşağıdakı fikirləri bildirib: “Onların (Rusiyada yaşayanlar) içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin ”otxodları”. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

2015-ci ilin dekabrında isə deputat Naqif Həmzəyev musavat.com saytının əməkdaşının Məhəmməd Əmin Rəsulzadənin başına çuval keçirilən büstü ilə bağlı verdiyi sualına kəskin cavab verib. O, Rəsulzadəni vətən xaini adlandıraraq büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bilib. Naqif Həmzəyev “Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib.


Siyahını uzatmaq da olar. Amma bunlar cəmiyyətdə ən çox səs-küy yaradan açıqlamalardır. Hər belə açıqlamadan sonra sosial şəbəkədə, mediada bununla bağlı ciddi müzakirələr gedib və cəmiyyət bu sözlərin müəlliflərinə qarşı sərt təpki göstərdi. Medianın müşahidəsinə görə, adətən bu sayaq qalmaqallara səbəb olan deputatlar uzun müddət müsahibə verməkdən qaçır və ətraflarında yaranmış bumun səngiməsini gözləyirlər. Və təkcə qalmaqala səbəb olmuş şəxslər yox, digərləri də danışdıqları zaman ciddi səs-küy yaradacaqları üçün susmağı tərcih edirlər.

Media ekspertlərinin qənaətincə, mətbuat nümayəndələrinə, xüsusən də onların təcrübəli olanlarına müsahibə vermək ciddi hazırlıq tələb edir. Deputatlar yaxşı siyasətçi olduqlarını bu sayaq situasiyalarda göstərirlər. Qıcıqlı suallara tolerant olmaq, jurnalistin qurduğu “tələlərə” düşməmək, habelə hər fikrində xalqın tərəfində olmaq vacib şərtlərdən sayılır. Amma təhlillər onu göstərir ki, əksər deputatlar bu tələblərə cavab vermirlər. Bir çox hallarda sözün böyük mənasında siyasət yürütməyə ehtiyac görməyən deputatlar lazımsız səmimiyyət nümayiş etdirirlər ki, bu da sonradan onların əleyhinə çevrilir.

Nə hikmətdirsə, bütün bu cür səs-küylü açıqlamalarda deputatlar bir qayda olaraq xalqın qarşısında dayanırlar. Heç biri də çaşıb hakimiyyət əleyhinə, onun mənafeyinə zidd hər hansı söz danışmır. Bu halda belə onların hər dedikləri birbaşa hakimiyyətin ziyanına işləyir. Bir çox hallarda ekspertlər onların “özünü hakimiyyətə sipər” etdiyi düşüncəsində olur. Yəni hakimiyyətə yönələcək qıcıqları, neqativ reaksiyanı öz üzərlərinə çəkməklə əslində hakimiyyətə xidmət göstərmiş olurlar. Amma bu halda da hakimiyyətə problem yaratmırlarmı?

“Bu ölkənin deputatı nə vaxt xalqın yanında olacaq” haqlı sualı o səbəbdən tez-tez səslənir.(musavat.com)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO