Oqtay Şirəliyevin kadrına qarşı İTTİHAMLAR - Yaxşı cərrahdı, amma...

13:08 12.11.2018 522
Oqtay Şirəliyevin kadrına qarşı İTTİHAMLAR - Yaxşı cərrahdı, amma...
Bir çox sahələrdə olduğu kimi səhiyyə sistemi də problemlərin ağuşunda boğulur.
Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Mozalan.az- xəbər verir ki, belə tibb ocaqlarından biri də Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasıdır.
Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəşbərliyindən narazılıqları artırır. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.

Yaxşı cərrahdı, amma...

Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi cərrahdır, amma baş həkim kimi bacarıqsız və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. İddia olunur ki, Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır.
Sakinlər bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bunlar ən çox da Vaqif Abdullayevin rayona başçılıq etdiyi dönəmdə olub. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb. Həmin maxinasiyalar haqda mətbuat 2 il əvvəl yazmışdı.Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal" MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2" MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb.
Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet" MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub".

Açıq bazar

Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir.
Məlimatlar bununla yekunlaşmır. Beyləqanda verilən məlumata görə baş həkimin benzin maxinasiyası bir dəfə faciəyə də səbəb olub. Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimin cibinə gedirmiş. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururmuşlar. Çağırışların birində təcili yardım maşınında benzin qurtararaq yolda qalıb. Maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib.
Bir neçə il əvvəl isə morqa diri adamın göndərilməsi qalmaqalı yaşanmışdı.

Qara buludlar

2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu.
Qeyd olunurdu ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personalından "hərəkətə” gəlməyi tələb etmişdi.
Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilidi. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi. O zaman Əli Məmmədovun hamisi, sabiq icra başçısı Vaqif Abdullayev buna icazə vermədi, bütün gücündən istifadə edərək onu qorudu.

İndi hamisiz qalmış baş həkimin üstünü yenə qara buludlar alıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO