İcra başçısı Asif Ağayev olanda, sakinlər dərdlərini daşa danışar... - GİLEY

10:45 12.10.2018 608
İcra başçısı Asif Ağayev olanda, sakinlər dərdlərini daşa danışar... - GİLEY

Şamaxı rayonunun Mədrəsə kəndində bir həftədir ki, torpaq sürüşməsi səngimək bilimir. Kəndin sürüşməyə meylli ərazilərində son günlər aktivlik qeydə alınıb. Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb. DİA.AZ bildirir ki, amma buna rəğmən çətin vəziyyətdə qalan sakinlər çarəsiz durumda buraxılıblar. Redaksiyamıza şikayət edən sakinlər bildirir ki, dəfələrlə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etməyə çalışsalar da, buna nail olmayıblar: "Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Sakinlər isə dia.az-a dərdlərini danışaraq bildirirlər ki, son günlər yağan güclü leysan yağışları səbəbindən Mədrəsədə torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artaraq evlərə ciddi ziyan vurmağa başlayıb. Hazırda bir neçə evin divar və tavanında, eləcə də yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanların yaranmasına səbəb olub.

Kənd sakini Cəlal Çıxaidze deyir ki, əvvəl xırda-xırda çatları vardı, son iki-üç gündə yağan yağışlardan sonra isə çatlarda genişlənmə gedir: "Təhlükəli vəziyyət yaranıb. Bu evdə yaşamaq risklidir. Tavan düşür, divar gedir o tərəfə. Gündən-günə ev daha da qəzalı vəziyyətə düşür. Bəzi yerlərdə çatların eni 10-15 santimetrə çatır".

Digər sakin Vahid Qasımov da yaranmış durumdan narahatlığını dilə gətirir: "Qabaqlar da sürüşmə var idi, amma bu dərəcədə deyildi. Artıq gecə yatdığımız yerdə vahiməli səsə yuxudan oyanırıq. Durub görürük ki, divar aralanıb, evdə yarıqlar əmələ gəlib. Çox qorxulu vəziyyətdir".

"Artıq evimizin hər yeri zədələnib, tövlə ümumiyyətlə uçub, yoxdur, yardımçı tikilinin bütün divarları çatlayıb. Həyətdə torpaq ayağımızım altında oynayır, sürüşür. Xüsusilə, son yağışdan sonra vəziyyət daha da ciddiləşib" — deyir V.Qasımov.

Torpaq sürüşməsi nəticəsində sakinlərə məxsus meyvə ağacları, əkin və örüş sahələri də yararsız hala düşüb.

DİA.AZ xatırladır ki, torpaq sürüşməsi səbəbindən Şamaxı rayonunda 400-dən çox ev qəzalı vəziyyətdədir. Əsasən, sürüşmələr rayonun Cabanlı, Dədəgünəş, Keçmədin, Mədrəsə, Muğanlı, Sağyan və Meysəri kəndlərində baş verir. Amma bütün bunlara rəğmən Şamaxı sakinləri çarəsiz durumda buraxılıblar...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO